Modern.az

Özünü qatarın altına atan gəncin tələbə yoldaşları: “Şoka düşmüşük”

Özünü qatarın altına atan gəncin tələbə yoldaşları: “Şoka düşmüşük”

Aktual

9 Yanvar 2018, 12:35

Ötən gecə Bakı metrosunda 1995-ci il təvəllüdlü Gəncə şəhər sakini Mustafazadə Rəşad Əlixan oğlu özünü qatarın altına atıb. Hadisə “Ulduz” stansiyana daxil olarkən baş verib. Nəticədə oğlan dünyasını dəyişib.

Rəşad Mustafazdə 2015-ci ildə Gəncə Humanitar Kollecini bitirib. Həmin kollecdə təhsil alan Nigar Səmədova Modern.az-a açıqlamasında bildirib ki, Rəşad çox pozitiv gənc olub:


“Eyni təhsil müəssisəsində oxumuşuq. O, kollec vaxtı çox şənliklər, tədbirlər, turlar təşkil edirdi .İnstagram sosial şəbəkəsində  “Glamour turlar” adlı səhifəsi var. Yeni ilə aid pozitiv video paylaşmışdı. Heç düşünməzdim ki, 1 həftə sonra intihar edəcək. Çox pis olmuşam”.

Rəşad Mustafazdənin cinsi azlığın nümayəndəsi olduğu bildirilir. Nigar Səfərova bu haqda dəqiq məlumatının olmadığını qeyd edib:

“Mən onu ancaq qızlarla görmüşəm. Onun cinsi azlığın nümayəndəsi olmasına dair hər hansı bir sübut yoxdur”.

Cavid Kərimov Rəşadı Gəncə şəhərində QHT sektorunda çalışarkən tanıdığını vurğulayıb:

“Müsbət enerjili, həyat dolu gənc idi, həmçinin Gəncə şəhərinin İctimai sosial fəaliyyətində yaxından iştirak edirdi. Turizm şirkətində çalışırdı və musiqiyə xüsusi marağı var idi. “Eurovision” fanatıydı, hətta hər il “Eurovision”larda iştirak edirdi”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür