Modern.az

Sabah müxalifətin zirvə görüşü keçiriləcək

Sabah müxalifətin zirvə görüşü keçiriləcək

8 İyul 2011, 11:29

Vətəndaş Hərəkatı Forumu sabah müxalifətin zirvə görüşünü keçirməyə hazırlaşır. Bu barədə Modern.az –a KXCP sədrinin müavini Fikrət Cəfərli bildirib. Onun sözlərinə görə, görüşdə müxalifət qüvvələrinin demokratik seçki mühitinin yaradılması və qanunçuluğun bərpası istiqamətində birgə fəaliyyətin perspektivlərinin müzakirəsi gözlənilir.

Tədbirə  Müsavat, AXCP, KXCP, ADP, AMİP, ALP, Ümid və VİP dəvət edilib. Saat 11:00 - da BMM-də keçiriləcək görüşdə partiya rəhbərləri ölkədəki mövcud siyasi durum, birgə fəaliyyətin əsasları, forma və prespektivləri və ərəb ölkələrində, eləcə də başqa diktatura rejimli ölkələrdə baş verən prosseslərdən nəticə çıxararaq respublikamızdakı indiki vəziyyətin iqtidar-müxalifət dialoqu və islahatlar yolu ilə aradan qaldırılmasının mümkünlüyü barədə fikir mübadiləsi aparacaqlar.
Dəvət edilən partiyalar tədbirə gələcəklərini bildiriblər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir