Modern.az

“Atamın kitabxanasını düzəldə bilməmişəm” - Məmməd Aslanın qızı  

“Atamın kitabxanasını düzəldə bilməmişəm” - Məmməd Aslanın qızı   

9 Yanvar 2018, 14:39

“2017-ci ilin  24 dekabrında Məmməd Aslanın doğum günü idi. Dekabrın 26-da Yazıçılar Birliyində “Sözün özü” kitabının təqdimat mərasimi keçirildi”.


Bunu Modern.az-a açıqlamasında mərhum şair Məmməd Aslanın qızı Təbrizə Aslan deyib.

Onun sözlərinə görə, atasının kitabxanasını hələ ki, düzəldə bilməyib.

“Atamın kitabları Sumqayıtdadır. Onu Bakıya gətirmək istəyirlər. Həmçinin, “Adəmdən bu günə” kitabı da çap olunmalıdır. Bu kitablar  sağlığında işıq üzü görməyib. Bunun da səbəbləri var. Övladı olaraq bu kitabları çap etdirə bilməmişəm. Çox istəyirdim ki, çap etdirim. “Sözün özü” çap olundu. Ümumiyyətlə, sağlığında atam kitablarının nəşr edilməsinə çox çalışıb. Ölümündən 10 gün qabaq “Şair səlahiyyətləri” kitabı nəşr olundu. Gördüyü axırıncı kitab oldu. Bu iki kitabın çap olunmasını çox istəyirdim. Birinə nail oldum. Sadəcə vaxt baxımından çap etdirməyə imkanım yoxdur”.

Məmməd Aslan 1939-cu ildə Kəlbəcərin Laçın kəndində ziyalı ailəsində anadan olub. Bədii yaradıcılığa 1960-cı ildə “Azərbaycan müəllimi” qəzetində çıxan ilk şeirilə başlayıb.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!