Modern.az

Ermənipərəst komitə sədri Konqresi tərk edir  

Ermənipərəst komitə sədri Konqresi tərk edir   

Dünya

9 Yanvar 2018, 21:11

ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici işlər komitəsinin sədri, ermənipərəst mövqeyi ilə seçilən konqresmen Ed Roys seçkilərdə iştirak etməyəcəyini bəyan edib. Modern.az APA-ya istinadən xəbər verir ki, ilk dəfə 1992-ci ildə Konqresə seçilmiş Ed Roys çoxsaylı erməni icmasının yaşadığı Oranc dairəsini təmsil edib.

 

Konqresmen çalışdığı dövrdə daim separatçı Dağlıq Qarabağ rejiminə dəstək verib, ABŞ hökumətini uydurma “erməni soyqırımı”nı tanımağa çağırıb, ABŞ və Ermənistan arasında ticarət və investisiya əlaqələrinin genişləndirməsinin tərəfdarı olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır