Modern.az

Əflatun Amaşov Şimali Kiprdən gələn Məclis nümayəndəsilə görüşüb

Əflatun Amaşov Şimali Kiprdən gələn Məclis nümayəndəsilə görüşüb

Təhsil

8 İyul 2011, 14:34

Bu gün Azərbaycan Mətbuat Şurasında Şimali Kipr Türk Cumhuriyyətinin Cumhuriyyət Məclisinin mətbuat katibi Gökhan Gülərlə görüş keçirilib.

Qonağı salamlayan MŞ sədri Əflatun Amaşov Azərbaycan mediasının mövcud durumu barədə məlumat verib. Rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən söhbət açan Ə.Amaşov Şuranın beynəlxalq əlaqələrə daim böyük önəm verdiyini və bu münasibətlərdə Türkiyə, Şimali Kipr amilinin hər zaman böyük önəm daşıdığını vurğulayıb: «Azərbaycan jurnalistlərinin Şimali Kiprə səfərləri artıq ənənəyə çevrilib. Hesab edirik ki, bu, təcrübə mübadiləsi baxımdan mühüm məsələdir. Amma qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsinə, onun miqyasının böyüdülməsinə ehtiyac var».

G.Gülər Cumhuriyyət Məclisinin ictimaiyyətlə əlaqələr sahəsindəki fəaliyyətindən söhbət açıb. ŞKTC-də fəaliyyət göstərən media qurumlarını səciyyələndirən cəhətlərdən bəhs edən qonaq da diqqəti Azərbaycan və Şimali Kipr jurnalistləri arasında yaradıcılıq mübadilələrinin aparılmasının vacibliyinə və bu prosesin gücləndirilməsinin zəruriliyinə yönəldib.

Görüşdə qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsinin yolları ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!