Modern.az

ABŞ prezidenti 18 il sonra yenidən Davosda görünəcək

ABŞ prezidenti 18 il sonra yenidən Davosda görünəcək

10 Yanvar 2018, 01:24

ABŞ Prezidenti Donald Tramp 23-26 yanvar tarixlərində İsveçrənin Davos şəhərində baş tutacaq Dünya İqtisadi Forumunda iştirak edəcək. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ağ Ev sözçüsü Sara Sanders məlumat verib.

 

O bildirib ki, Tramp ölkəsinin iqtisadi mənafeyi baxımından bu kimi forumlarda iştirak etməyi önəmli hesab edir.

 

Qeyd edək ki, sonuncu dəfə 2000-ci ildə ABŞ Prezidenti Bill Klinton Davos forumuna qatılmışdı. Ondan sonra Corc Buş və Barak Obama foruma heyət göndərməklə kifayətlənmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir