23 sentyabr 2018, Bazar
Ana Səhifə - İQTİSADİYYAT - Azərbaycanda Banklar ÇÖKÜR - Ekspert bağlamaqdansa, birləşdirməyi TƏKLİF EDİR
Azərbaycanda Banklar ÇÖKÜR - Ekspert bağlamaqdansa, birləşdirməyi TƏKLİF EDİR
10.01.2018, 10:05

2014-cü ilin sonlarından başlayaraq neftin ucuzlaşması fonunda gəlirlərin azalmasının fəsadları ilk növbədə Azərbaycanın bank sektorunu vurdu. Bankların sayı 45-dən 30-a endi. 15 bank faktiki olaraq ölkədə baş vermiş devalvasiyanın “qurbanı” oldu. Nəticədə iqtisadi geriləmə başladı, kreditləşmə kəskin olaraq aşağı düşdü, xərclərin optimallaşdırılması siyasəti altında filial, kadr və maaş ixtisarları geniş vüsət aldı. Bankların aktivləri sürətlə azaldığı bir vaxtda passivləri artmağa başladı.
Ekspertlər yenicə daxil olduğumuz 2018-ci ildə də 10-a yaxın bankın bağlanacağı anonsunu veriblər. Siyahıda iki kommersiya bankının -  MBANK (1992) və PROMTEXBANK-ın (1994) birləşməsi nəticəsində 2002-ci ildə yaranmış “Unibank”ın da adı çəkilir.

İqtisadçı Natiq Cəfərli Modern.az-a deyib ki, konkret bank adı çəkərək, onun müştərilərini narahat etmək doğru deyil:

“Ümumilikdə bank sektorunda problemlər həll olunmadan qalır. Üç ildir problemlər bir-birinin üzərinə gəlir. Problemli kreditlərin həcmi artıb, kreditləşmə dayanıb, bankların gəlirliliyi aşağı səviyyədədir. Ötən il ümumiyyətlə kredit verilməsində 4 milyard manat azalma baş verdi, bank sektorunda ciddi problemlər yaşandı. Beynəlxalq reytinq agentliklərinin son açıqlamalarında Azərbaycanın zəif, problemlərin çox olduğu bankların adları yer alıb. O siyahıda “Unibank”ın da adı var. Deməli həmin bankla bağlı da problemlər var. Bu il sağlamlaşdırma başa çatmasa, dövlət dəstəyilə banklarla vətəndaşlar arasında yaranan problemlər aradan qalxmasa, “çürük banklar” öz gücləri hesabına bu məsələləri həll edə bilməyəcəklər. Ona görə bu problem tezliklə öz həllini tapmalıdır”.


Ekspert hesab edir ki, bankların bağlanması çıxış yollarından biridir:

“Əgər bank çox zəifdirsə, aktivləri aşağı, passivləri yüksəkdirsə, həmin bankı ayaqda saxlamağın mənası yoxdur. Addımlardan biri bağlanmaqdır. Amma daha yaxşı olardı ki, bir neçə kiçik bankların birləşdirilməsi üçün hökumət onlara təkliflər etsin, müəyyən maliyyə güzəştləri tətbiq etsin. Çünki bağlanmasındansa,  bir neçə kiçik bankın birləşdirilərək, sağlam bank yaradılması daha məqsədəuyğundur. Azərbaycanda isə bu, çox nadir görülən praktikadır. Bu səbəbdən 2018-ci ildə daha bir neçə bankın bağlanmasının şahidi olacağıq”.

N.Cəfərlinin özlərinə görə, bank sektorundakı dərinlik onun tez bir zamanda aradan qaldırılmasına imkan verməyəcək:

“Ümumi iqtisadi mənzərədə müsbətə doğru dəyişiklikər olacaq. Çünki bu il büdcə xərcləmələri 4 milyard manat artacaq. Bu, dayanıqlı yol olmasa da, bizim üçün çıxış yoludur. Baxmayaraq ki, Azərbaycanın uzun illərdir bu yolla getdiyini və effekt vermədiyini görürük. Hər halda 2018-ci il üçün müəyyən dərəcədə pozitivliyə köklənmək olar. Çünki büdcə xərcləmələri artdıqca yeni layihələrin, yeni iş yerlərinin yaranması həyata keçiriləcək. Amma yenə də hər şey neftin qiymətindən asılı olacaq. Bu il büdcə xərcləmələrinin 4 milyard manat artması ötən il üçün neftin qiymətlərinin nəzərdə tutulduğundan daha yüksək olması ilə bağlıdır. Hökumət 2017-ci il üçün neftin 1 barrelinin 50-55 dollar olacağını proqnozlaşdırırdı, amma qiymətlər 60 dolları keçdi. Bu il üçün isə neftin 1 barrelinin qiyməti 68-69 dollardır. Neftin qiymətində enmələr olacaqsa, o zaman vəziyyət qəlizləşə bilər”.


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Nobel mükafatı alan alim öldü
23.09.2018, 22:11

Nobel mükafatı alan alim öldü

İraqda qadın ilk dəfə prezidentliyə namizəd oldu
23.09.2018, 21:51

İraqda qadın ilk dəfə prezidentliyə namizəd oldu

Təhlükəsizlik qüvvələrinin 513 əməkdaşı öldürüldü
23.09.2018, 21:42

Təhlükəsizlik qüvvələrinin 513 əməkdaşı öldürüldü

Çempionlar Liqasında ilk turun ən yaxşı qolu seçildi - VİDEO
23.09.2018, 21:23

Çempionlar Liqasında ilk turun ən yaxşı qolu seçildi - VİDEO

Hökumət 4 min saytı blokladı
23.09.2018, 21:08

Hökumət 4 min saytı blokladı

Növbəti komanda-qərargah təlimi başa çatıb
23.09.2018, 20:57

Növbəti komanda-qərargah təlimi başa çatıb

Azərbaycan “OPEC”in iclasında təmsil olunub
23.09.2018, 20:46

Azərbaycan “OPEC”in iclasında təmsil olunub

Saatlıda kürəkənin törətdiyi qətlin təfərrüatları məlum oldu - VİDEO   
23.09.2018, 20:32

Saatlıda kürəkənin törətdiyi qətlin təfərrüatları məlum oldu - VİDEO  

Avropada müsəlmanlarla bağlı yeni qərar
23.09.2018, 20:15

Avropada müsəlmanlarla bağlı yeni qərar

Azərbaycanda yeni tipli gəmilər hazırlanır
23.09.2018, 20:01

Azərbaycanda yeni tipli gəmilər hazırlanır

Kəlbəcər həsrətli Məmməd Aslansız 3 il...
23.09.2018, 17:59

Kəlbəcər həsrətli Məmməd Aslansız 3 il...

Ruhani: “İran Əhvazda törədilən terror aktının cavabını ağır verəcək”
23.09.2018, 17:51

Ruhani: “İran Əhvazda törədilən terror aktının cavabını ağır verəcək”

Deputat Tahir Süleymanov: “Keçirdiyim hissləri bütün dostlara arzulayıram”
23.09.2018, 17:45

Deputat Tahir Süleymanov: “Keçirdiyim hissləri bütün dostlara arzulayıram”

“Son 1 ildə kirayə mənzil bazarında qiymətlər artıb”
23.09.2018, 17:16

“Son 1 ildə kirayə mənzil bazarında qiymətlər artıb”

Bakıda avtomobillər dağıntı altında qaldı - FOTO
23.09.2018, 16:10

Bakıda avtomobillər dağıntı altında qaldı - FOTO

Gürcüstanda silahlı insident nəticəsində 4 azərbaycanlı yaralanıb
23.09.2018, 16:02

Gürcüstanda silahlı insident nəticəsində 4 azərbaycanlı yaralanıb

Bakıda daha bir yol çökdü - FOTO
23.09.2018, 14:58

Bakıda daha bir yol çökdü - FOTO

Gürcüstanda prezident seçkilərində 25 namizəd iştirak edəcək
23.09.2018, 14:37

Gürcüstanda prezident seçkilərində 25 namizəd iştirak edəcək

Eldar Əzizov hava xəbərdarlığı ilə bağlı hərəkətə keçdi
23.09.2018, 14:17

Eldar Əzizov hava xəbərdarlığı ilə bağlı hərəkətə keçdi

“Azərsu”nun əməkdaşları subasma ərazilərinə səfərbər edilib
23.09.2018, 13:59

“Azərsu”nun əməkdaşları subasma ərazilərinə səfərbər edilib

Yağış suyu avtobuslara doldu - “7A” və “7 B”nin sərnişinləri yollarda qaldı - VİDEO
23.09.2018, 13:19

Yağış suyu avtobuslara doldu - “7A” və “7 B”nin sərnişinləri yollarda qaldı - VİDEO

Sabah sel və daşqınlar ola bilər - XƏBƏRDARLIQ
23.09.2018, 13:04

Sabah sel və daşqınlar ola bilər - XƏBƏRDARLIQ

Yağan yağış normadan artıqdır - RƏSMİ
23.09.2018, 12:51

Yağan yağış normadan artıqdır - RƏSMİ

Bakıda yerləşən dünyanın ikinci palçıq vulkan püskürdü - FOTO
23.09.2018, 12:41

Bakıda yerləşən dünyanın ikinci palçıq vulkan püskürdü - FOTO

Bakını su basdı, rəsmilər  “Bunu normal qarşılayın” deyir...
23.09.2018, 12:28

Bakını su basdı, rəsmilər  “Bunu normal qarşılayın” deyir...

Güclü yağış işıqları da söndürdü
23.09.2018, 12:18

Güclü yağış işıqları da söndürdü

Nazirlik Bakıya yağan yağışlarla bağlı hərəkətə KEÇDİ
23.09.2018, 12:01

Nazirlik Bakıya yağan yağışlarla bağlı hərəkətə KEÇDİ

70 yaşlı kişi laqonda ilə ayağını kəsib - ŞƏKİDƏ
23.09.2018, 11:40

70 yaşlı kişi laqonda ilə ayağını kəsib - ŞƏKİDƏ

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda sürət həddi endirildi
23.09.2018, 11:35

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda sürət həddi endirildi

Bulvarda kişi meyiti tapıldı
23.09.2018, 11:08

Bulvarda kişi meyiti tapıldı

Bakıya yağan yağış bu yolları iflic etdi - TIXAC YARANDI
23.09.2018, 11:03

Bakıya yağan yağış bu yolları iflic etdi - TIXAC YARANDI

Konsitusiya Məhkəməsinin problemli kreditlərlə bağlı qərarı nə vəd edir?
23.09.2018, 10:58

Konsitusiya Məhkəməsinin problemli kreditlərlə bağlı qərarı nə vəd edir?

Düşmən atəşkəsi 96 dəfə pozdu
23.09.2018, 10:02

Düşmən atəşkəsi 96 dəfə pozdu

Balakəndə ev yandı
23.09.2018, 09:34

Balakəndə ev yandı

Azərbaycana payız gəldi
23.09.2018, 09:28

Azərbaycana payız gəldi

ARXİV