Modern.az

Ağsuda gənclər yarışdılar (FOTO)

Ağsuda gənclər yarışdılar (FOTO)

Təhsil

8 İyul 2011, 15:00

“VƏTƏNİ TANI” Ümumrespublika  Kampaniyası bu dəfə Ağsu rayonunda olub. Ağsu şəhəri 1 saylı orta məktəbdə baş tutan yarışma gənclərin marağına səbəb olub. Ağsuda səfərdə olan Milli  Şuranın mətbuat katibi, işçi qrupunun rəhbəri Orxan Əli gəncləri kampaniyanın məqsədi barədə Ağsu gənclərini məlumatlandırıb. Rayon məktəblərindən olan 150 gənc “Vətəni tanı” kampaniyasının iştirakçısı olub.

Gənclər arasında kiçik sorğu keçirən işçi qrupunun üzvləri öyrəniblər ki, ölkəmizdə ilk dəfə olaraq keçirilən bu genişmiqyaslı kampaniya gənclər tərəfindən dəstəklənir. Ağsu rayonunda da 2 gənc respublika turuna vəsiqə qazanıb.

Bu kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları  nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin “AVA” Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.




Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!