Modern.az

Əhməd bəy Ağaoğlunun nəvəsi vəfat edib  

Əhməd bəy Ağaoğlunun nəvəsi vəfat edib   

10 Yanvar 2018, 11:13

Azərbaycan maarifçilik cərəyanının ən aktiv nümayəndələrindən olan jurnalist, ictimai xadim Əhməd bəy Ağaoğlunun nəvəsi, rus ədəbiyyatı və marksist əsərlərinin tərcümələri ilə tanınan Tektaş Ağaoğlu 84 yaşında vəfat edib.

Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, yazar və tərcüməçi Tektaş Ağaoğlu dünən Şişlidəki Amerika Xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, T.Ağaoğlu 1934-cü ildə İstanbulda anadan olub. Ankara Atatürk Liseyində orta təhsil  alan yazar İngiltərədə Oksford Universitetinin Hüquq fakültəsini bitirib. O, “Ölümdən həyata” adlı kitabı ilə ədəbiyyat dünyasına addım atıb.  1973-ci ildə Marks və Engelsin əsərlərindən seçərək dərc etdiyi “Siyasət və Fəlsəfə” adlı əsərinə görə Tektaş Ağaoğlu 7 il yarım həbsə məhkum  edilib, 5 ay həbsdə qalıb.

Yazarın  bir sıra qəzet və jurnallarda məqalələri dərc olunub. O, Türkiyə Sosialist İşçi Partiyası, Birləşmiş Sosialist Partiyasına rəhbərlik edib.  Bir neçə qəzet və jurnal dərc edən T.Ağaoğlu, BBC Radio-da  da redaktor kimi fəaliyyət göstərib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır