27 aprel 2018, Cümə
Ana Səhifə - CƏMİYYƏT - Goranboyda tapılan ağbirçəyin MÜƏAMMASI: 3 dildə yaxşı danışan biri niyə aldadılsın?
Goranboyda tapılan ağbirçəyin MÜƏAMMASI: 3 dildə yaxşı danışan biri niyə aldadılsın?
10.01.2018, 13:28

Azərbaycanda 104 yaşlı və çeçen olduğu deyilən qadınla bağlı yaranmış müəmmalar dərinləşir.

 

Daxili İşlər Nazirliyi (DİN) Goranboyda tapılan "104 yaşlı çeçen qadın"la bağlı məsələyə aydınlıq gətirib.

 

Nazirliyin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov APA-ya bildirib ki, 2017-ci il dekabrın 23-də Goranboy rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində küçədə köməksiz vəziyyətdə olan bir ahıl qadını aşkar ediblər.

 

Həmin qadının üzərində şəxsiyyətini təsdiq edən heç bir sənəd olmayıb. Qadın müayinədən keçirilmək üçün rayon xəstəxanasına yerləşdirilib. Ona 3 gün xəstəxanada tibbi yardım göstərilib, daha sonra “Təmiz Dünya” İctimai Birliyinin Bakdakı sığınacağına təhvil verilib.  Polis əməkdaşlarının onunla apardığı söhbət zamanı özünü Mədinə Əliyeva kimi təqdim edən qadın 1913-cü ildə Dağıstanın Xasavyurt rayonunda anadan olduğunu və milliyətcə çeçen olduğunu bildirib. Dərhal məsələ ilə bağlı araşdırmalara başlanılıb. Dağıstana və Çeçenistana müvafiq sorğular göndərilib. Rusiya hüquq-mühafizə orqanları sorğuya cavab olaraq bu təvəllüd, ad və familiyada vətəndaşlarının olmadığını bildiriblər.

 

Qadının özü haqqında dediklərinin heç biri təsdiqini tapmayıb. Həmçinin, Dövlət Sərhəd Xidməti ilə birgə araşdırma aparılıb, bu ad və familiyada şəxsin ölkəyə giriş-çıxışının olmadığı məlum olub. Qadının rabitəsiz danışığı onun səhhətində psixoloji cəhətdən  ciddi problemlərin olduğu  qənaətinin yaradıb.

 

E. Zahidov bildirib ki, Bütün bunlara baxmayaraq, həmin məsələ DİN-nin rəhbərliyinin nəzarətindədir. Hər gün DİN əməkdaşları sığınacaqda olan qadına baş çəkirlər. Hətta nazirliyin əməkdaşları həmin qadına ərzaq yardımı da aparıb, lakin sığınacaqda bu ərzaq yardımı qəbul edilməyib.

 

Hazırda həmin qadının şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.

Birinci müəmma bundan ibarətdir ki, qadın həqiqətən də çeçen və ya digər millətin nümayəndəsidirsə, Azərbaycana necə daxil olub? DİN-in açıqladığı məlumatda da bu məqama diqqət çəkilib.

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov 104 yaşlı olduğu deyilən qadının şəxsiyyəti ilə bağlı şübhə doğuracaq fikirlər səsləndirib:

 

“Son vaxtlar Rusiya və Azərbaycan KİV-də Çeçenistan sakini Mədinə Əliyevanın Goranboy rayonunda küçədə soyuqdan donmuş halda tapılması barədə xəbərlər yayılıb. Bütün məlumatlar bir mənbəyə istinadən yazılıb. Mən dərhal məsələnin dəqiqləşdirilməsi barədə göstəriş verdim.

 

Azərbaycan DİN əməkdaşları, qadının yerləşdirildiyi “Tereza Ana” sığınacağı və “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyin rəhbərliyi, eləcə də Mədinə Əliyevanın özü ilə söhbətdən sonra məsələyə aydınlıq gətirildi. Xasavyurt rayonun Osmanyurt və Xasav-Yurt kəndlərində yaşadığını iddia edən qadın bildirir ki, onun heç bir qohumu yoxdur”- R.Kadırov bildirib.

 

Çeçenistan rəhbəri həmçinin qeyd edib ki, Osmanyurt kəndinin administrasiyasında qadın barədə heç bir məlumat yoxdur, lakin M.Əliyevanın bu kənddən olması barədə arayışı var.

 

“Çeçenistan Miqrasiya Xidmətinin məlumatına əsasən, 1914-cü il təvəllüdlü Mədinə Əliyeva Çeçenistanda heç bir sənəd almayıb və burada qeydiyyatda olmayıb. Ola bilsin ki, yaşının çox olması səbəbindən Mədinə Əliyeva harada yaşadığını dəqiq xatırlamır” - Kadırov əlavə edib.

 

Bununla belə R. Kadırovun göstərişi ilə Çeçenistan nümayəndələri qadına baş çəkiblər, ona lazımi ərzaq veriblər:

 

“Rusiya Səfirliyinin dəstəyi ilə Mədinə Əliyevanın Azərbaycandan Çeçenistana göndərilməsinə dair məsələ öz həllini tapacaq. Əsas odur ki, Mədinə Əliyevaya hal-hazırda təcili kömək lazımdır. Bu kömək ona göstəriləcək. Onun haradan olması vacib deyil

 

Göründüyü kimi, “çeçen qadın” haqqında elə də səhih məlumatlar yoxdur. Bəs o kimdir? Bu suala aydınlıq gətirilməsi üçün güc strukturları çalışır.

 

Biz isə bəzi şübhəli tərəflərə nəzər yetirmək istəyirik. Ötən gün Azərbaycan deputatları həmin qadına baş çəkiblər.

 

Deputatlar Aydın Mirzəzadə, Flora Qasımova, Hikmət Məmmədov, eləcə də YAP Qadınlar Şurasının fəalı, Yasamal rayon 52 saylı məktəbin direktoru Elmira Ələsgərova həmin qadının yerləşdiyi sosial sığınacağa gələrək ona baş çəkiblər.

Deputatlar yaşlı qadının vəziyyəti ilə maraqlanıblar.

Fotodan aydın görünür ki, həmin qadın hazırda “Tereza Ana” sığınacağındadır. “Tereza Ana” sığınacağı eyni adlı adamın adının şərəfinə qoyulub.

 

Bəs Tereza Ana kim olub?

 

1910-cu ildə Makedoniyada Agnes Gonxhe Bojaxhiu adıyla doğulmuş Tereza Ana 1949-cu ildə Xeyriyyə Missionerləri icmasının əsasını qoyub. Və həyatını Kəlküttədəki yoxsul və xəstə insanların qayğısına həsr edib.

 

Tereza Ana  xəstə və yoxsullara xidmətlə məşğul olan «Missioner Məhəbbət Bacıları» qadın rahibə konqreqasiyasının yaradıcısıdır. Ölərkən Tereza Ana Ordeninin 100 ölkədə 517 missiyada çalışan 4000-dən çox missioneri var idi.

 

“Yoxsulluğun müqəddəsi” kimi tanınan Tereza Ana, cəhdlərinə görə bütün dünyada bəyənilir.

 

Lakin onu tənqid edənlər də az deyil. Tereza Ananı diktatorlarla əlaqələrdə və sərt katoliklikdə ittiham edirlər.

 

Məlumatlara görə, Tereza Ana 1997-ci ildə vəfat etdikdən sonra üzünə nur gəlib – bu, 2003-cü ildə müqəddəsliyə doğru ilk addım kimi qəbul edilib.

O, Hindistanın Kəlküttə şəhərindəki yoxsul məhəllələrdə işinə görə şöhrət qazanıb və Nobel Sülh Mükafatının alıb.

Tereza Ana 2003-cü ildə Papa John Paul II-nin ona aid möcüzəni tanımasından sonra, övliyalar sırasına daxil edilib.

 

Tereza Ananın  adı çoxlarının yaddaşında mərhəmət anlayışı ilə eyniləşdirilsə də, bunun əksini göstərən iddialar da ortaya atılıb.  2014-cü ildə  fransız dilində çıxan "Religiuses" jurnalı bu qadının əslində dünyaya tanıdıldığı kimi biri olmadığını araşdırıb.


Həmin məlumata görə, onun missiyasına gələn insanların 1/3-i heç bir yardım almadan ölürmüş.

 

Bildirilib ki, Mərhəmət Missiyasının sığınacaqları isə çox pis şəraiti ilə fərqlənib: hər yer çirk içində olub, xəstələr şəraitsiz yerlərdə zəif avadanlıqlarla təchiz olunmuş müəssisələrdə yatırdılar. Həmçinin xəstələr  kifayət qədər ağrıkəsici və qida ilə təmin olunmurdular.

 

Jurnal qeyd edib ki, bunu vəsait çatışmazlığı ilə əlaqələndirməyin də yeri yoxdur. Çünki Tereza Ana bütün dünyadan yüz minlyonlarla dollar ianələr alırdı. Ancaq fondun analizi göstərdi ki, Mərhəmət Missiyasına daxil olan vəsaitin sadəcə 7 faizi xeyriyyə üçün xərclənirmiş.

 

İlk baxışda Azərbaycanda tapılan yaşlı qadının “Tereza Ana” sığınacağına verilməsində təəccüblü bir şey  görmək olmaz. Lakin düşünməyə dəyər. Şəxsiyyəti tam müəyyənləşdirilməyən qadın bəlkə missionerdir? Çünki onun dini dünyagörüşü də ziddiyyətli görünür, baxmayaraq ki, özü Kərbəlaya getmək istədiyini söyləyib.

Üstəlik, bəlkə də onun heç 104 yaşı yoxdur? Bütün bunlar yəqin ki, dəqiqləşəcək.

 

Deputat Aydın Mirzəzadə Mədinə Əliyeva ilə baş tutan görüşün təfərrüatlarını azvision.az-la bölüşüb. 

O bildirib ki, qadının şüuru tamamilə özündə olan, suallara cavab verən haldadır:

“Əvvəlcə qeyd edim ki, qadının yerləşdirildiyi sığınacaqda yaşlı və qulluq tələb edən insanlar üçün bütün şərait yaradılıb. Yaşının 100-dən artıq olması nəzərə alınaraq onun daim diqqətdə olması tələb olunur. Bu məqsədlə qadına xüsusi tibb bacıları xidmət göstərir. Qadın tamamilə şüuru özündə olan, suallara cavab verən haldadır. Gəlişimizə çox sevindi və bizə maraqlandığımız üçün təşəkkür etdi. Onunla həm təklikdə, həm də sığınacaq personalı ilə birlikdə söhbət etdik. Məişət şəraiti, yeməyi ilə maraqlandıq. Heç bir şikayəti yoxdur”.


A.Mirzəzadə deyib ki, qadın dəfələrlə Azərbaycanda olub: “O, bizə bildirdi ki, Azərbaycanda dəfələrlə olub. Dilimizi çox yaxşı bilir. Dağıstanın Xosovyurd rayonunun bir kəndidə daimi yaşadığını, orada evinin olduğunu bildirdi. Dini ibadətlə məşğuldur. Azərbaycanca, rusca təmiz danışır. Eyni zamanda bizə bildirdilər ki, qadın çeçəncə də bilir.

 

Sığınacaqdan məlumat verdilər ki, bir neçə gün əvvəl Çeçenistandan xüsusi nümayəndə gəlib. Onunla çeçen dilində danışıb və qadının çeçen olduğunu qəbul edib. Hazırda onun Azərbaycana hansı şəraitdə düşməsi, anket məlumatları dəqiqləşdirilir. Çeçenistan tərəfi də onu hansısa qocalar evində yerləşdirməyə hazır olduğunu bildirib. Amma onun sənədləri yoxdur və Azərbaycana necə gəlib çıxması məlum deyil. Hesab edirəm ki, onunla bağlı proses yekunlaşdıqdan sonra ola bilsin ki, Çeçenistana aparılsın”. 


Deputat  qeyd edib ki, qadın görüş zamanı Azərbaycana İrandan gəldiyini deyib: “Yaşlı qadın Azərbaycana gəlməmişdən öncə bir il yarım İranda yaşayıb. İrana nə üçün getdiyini izah edə bilmədi. İrandan Azərbaycana keçdiyini söyləsə də, hansı sərhəd məntəqəsindən keçdiyini izah edə bilmədi. Qeyd etdi ki, Azərbaycana gələrkən tək olmayıb, onunla kimlərsə olub. Əlavə etdi ki, onu müşayiət edən azərbaycanlı olmayan insanlar bir neçə qızıl zinət əşyasını, 200 manata qədər pulunu əlindən alıblar. Amma, qadının qolunda qızıl qolbağ vardı. Dediyinə görə, onun yerini bilmədiklərindən apara bilməyiblər. Goranboyda necə peyda olduğuna isə heç bir izahat verə bilmədi”. 

Sual olunur, bəs İran haradan çıxdı? İrandan gəlibsə belə, DİN-lə Dövlət Sərhəd Xidmətinin apardığı birgə araşdırmada həmin şəxsin ölkəyə giriş-çıxışının olmadığı faktı hara getdi? Yaxşı Kərbəlaya getmək üçün İrandan Azərbaycana gəlməyə nə ehtiyac var idi?...

 

Yaşlı birinə baş çəkmək mərhəmət göstəricisidir, bu, təqdirolunasıdır. Bəs onun milliyyətini həqiqətənmi bilirlər?

 

Biz də dəqiqini bilmirik, ən azından ona görə ki, rəsmi təsdiq olunan bir məlumat yoxdur. Üstəgəl, deputatın dediklərinə görə, qadın 3 dildə yaxşı bilir.

3 dildə yaxşı danışan o qadın kimdir... Dələduzluğun qurbanı olan biri, yoxsa...


Aqşin KƏRİMOV
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
AvroLiqada yarımfinal – Bir qələbə, bir heç-heçə    
27.04.2018, 08:43

AvroLiqada yarımfinal – Bir qələbə, bir heç-heçə  

Bu gün Bakıda Formula 1 Azərbaycan Qran-Prisi başlayır
27.04.2018, 08:40

Bu gün Bakıda Formula 1 Azərbaycan Qran-Prisi başlayır

Manatın bugünkü MƏZƏNNƏSİ 
27.04.2018, 08:39

Manatın bugünkü MƏZƏNNƏSİ 

Azərbaycanla sərhəddə xüsusi əməliyyat - 11 İŞİD-çi öldürüldü
27.04.2018, 00:07

Azərbaycanla sərhəddə xüsusi əməliyyat - 11 İŞİD-çi öldürüldü

Azərbaycan neftinin SON QİYMƏTİ
27.04.2018, 00:03

Azərbaycan neftinin SON QİYMƏTİ

Tarixi görüş sabah baş tutacaq   
26.04.2018, 23:58

Tarixi görüş sabah baş tutacaq  

Bakıda bağçada insident: Uşaq döyülüb, yoxsa yıxılıb  
26.04.2018, 23:53

Bakıda bağçada insident: Uşaq döyülüb, yoxsa yıxılıb  

 Ahıllar üçün alternativ “Facebook” yaradıldı
26.04.2018, 23:51

 Ahıllar üçün alternativ “Facebook” yaradıldı

Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb
26.04.2018, 23:48

Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb

Maarifçilik ideyalarına görə güllələnən Cümhuriyyət  alimi və əlifba “inqilabçısı” - ARAŞDIRMA
26.04.2018, 23:26

Maarifçilik ideyalarına görə güllələnən Cümhuriyyət  alimi və əlifba “inqilabçısı” - ARAŞDIRMA

Olimpiada çempionları yetişdirən ucqar kənd müəllimi - LAYİHƏ
26.04.2018, 23:07

Olimpiada çempionları yetişdirən ucqar kənd müəllimi - LAYİHƏ

Sabunçuda yaşayış binasında yanğın - 15 nəfər təxliyə edildi
26.04.2018, 22:35

Sabunçuda yaşayış binasında yanğın - 15 nəfər təxliyə edildi

"Beşiktaş" yarım qalan oyuna çıxmaqdan İMTİNA ETDİ
26.04.2018, 22:29

"Beşiktaş" yarım qalan oyuna çıxmaqdan İMTİNA ETDİ

Çernobıl əlillərinin təqaüdü 181,5  manata çatdırıldı
26.04.2018, 21:51

Çernobıl əlillərinin təqaüdü 181,5  manata çatdırıldı

“Mən seçilməsəm, heç kim seçilməyəcək” - PAŞİNYAN
26.04.2018, 21:40

“Mən seçilməsəm, heç kim seçilməyəcək” - PAŞİNYAN

 ABŞ-ın dövlət katibi oldu - Pompeo
26.04.2018, 21:37

 ABŞ-ın dövlət katibi oldu - Pompeo

Dünyanın ən təhlükəli saytlarından biri bağlandı
26.04.2018, 21:27

Dünyanın ən təhlükəli saytlarından biri bağlandı

Putin Karapetyanla Ermənistandakı vəziyyəti müzakirə etdi
26.04.2018, 21:20

Putin Karapetyanla Ermənistandakı vəziyyəti müzakirə etdi

Güləşçimiz erməni rəqiblərini məğlub edib çempion oldu
26.04.2018, 21:12

Güləşçimiz erməni rəqiblərini məğlub edib çempion oldu

Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” keçirilib 
26.04.2018, 21:06

Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” keçirilib 

SOCAR-la BP arasında yeni  saziş imzalandı
26.04.2018, 20:56

SOCAR-la BP arasında yeni  saziş imzalandı

Metroda sərnişinlər üçün YENİLİK - Yemək satılacaq
26.04.2018, 20:38

Metroda sərnişinlər üçün YENİLİK - Yemək satılacaq

İlham Əliyev Böyük Britaniya Baş naziri ilə  görüşdü
26.04.2018, 20:38

İlham Əliyev Böyük Britaniya Baş naziri ilə  görüşdü

Rusiya XİN:
26.04.2018, 18:55

Rusiya XİN: "Ümid edirik ki, danışıqlar bəpra olunacaq"

İnam Kərimov nazirliyin tabeliyində olan müəssisələrlə tanış olub-FOTO
26.04.2018, 18:46

İnam Kərimov nazirliyin tabeliyində olan müəssisələrlə tanış olub-FOTO

Sabah Bakının 2 rayonunda qaz olmayacaq
26.04.2018, 18:40

Sabah Bakının 2 rayonunda qaz olmayacaq

“Qaçqınkom”un sədri Dünya Bankının nümayəndələrini qəbul edib
26.04.2018, 18:34

“Qaçqınkom”un sədri Dünya Bankının nümayəndələrini qəbul edib

Ölü dənizdə 10 nəfər itkin düşdü
26.04.2018, 18:29

Ölü dənizdə 10 nəfər itkin düşdü

DİN-də geniş əməliyyat müşavirəsi keçirilib
26.04.2018, 18:17

DİN-də geniş əməliyyat müşavirəsi keçirilib

Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə ekskursiya
26.04.2018, 18:08

Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə ekskursiya

Mətbuat Şurası Zakir Fəxrinin 70 illiyinə toplandı   
26.04.2018, 17:56

Mətbuat Şurası Zakir Fəxrinin 70 illiyinə toplandı  

Böyük Britaniya səfirliyi Formula 1 ərəfəsində Bakıda tədbirlər keçirəcək
26.04.2018, 17:48

Böyük Britaniya səfirliyi Formula 1 ərəfəsində Bakıda tədbirlər keçirəcək

Hüseyn Abdullayevin həbsi barədə rəsmi məlumat yayıldı - Əlavə ittiham irəli sürüldü  
26.04.2018, 17:46

Hüseyn Abdullayevin həbsi barədə rəsmi məlumat yayıldı - Əlavə ittiham irəli sürüldü  

Tramp Rusiyadan DANIŞDI: “Putindən də soruşa bilərsiniz”
26.04.2018, 17:43

Tramp Rusiyadan DANIŞDI: “Putindən də soruşa bilərsiniz”

Akademiyada doktorantura və dissertanturaya qəbul planı müzakirə olundu   
26.04.2018, 17:40

Akademiyada doktorantura və dissertanturaya qəbul planı müzakirə olundu  

ARXİV
SORĞU
Ali məktəblərə qəbul imtahanlarının qiymətlərinə necə baxırsınız?
İmtahan qiymətləri çox yüksəkdir(4.90%)
İmtahan qiymətləri normalıdr(3.92%)
İmtahan qiymətləri aşağıdır(1.96%)
Qiymətlər ləğv edilməli, imtahanlar pulsuz olmalıdır(70.5%)
İmtahan qiymətləri azaldılmalıdır(4.90%)
İmtahan qiymətləri artırılmalıdır(13.7%)