Modern.az

Saakaşvili Ukrayna Təhlükəsizlik Xidmətinə ifadə verir

Saakaşvili Ukrayna Təhlükəsizlik Xidmətinə ifadə verir

Dünya

10 Yanvar 2018, 13:39

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukrayna Təhlükəsizlik Xidmətinin binasına gəlib. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Saakaşvili qanunsuz cinayətkar şəbəkə yaratma ittihamına cavab vermək üçün xüsusi xidmət orqanına ifadə verəcək.

 

Vəkillərinin əhatəsində binaya daxil olan siyasətçi baş verənlərin onun siyasi fəaliyyətinə mane olmaq üçün atıldığını xatırladıb.

“Mən iufadə verirəm, istintaq hərəkətlərində iştirak edirəm, müntəzəm şəkildə məhkəmə qarşısına çıxıram. Əslində bizi aldadırlar və özümüz də bilmirik ki, nə işlə məşğul oluruq” –deyə siyasətçi Ukrayna hakimiyyətindən gileylənib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır