Modern.az

Bakıda kvas satışı qəti qadağan olunub

Bakıda kvas satışı qəti qadağan olunub

8 İyul 2011, 15:45

Sərinləşdirici içkilərin keyfiyyəti ilə bağlı məsələ həmişə aktual olaraq qalır. Bakıda yolların kənarında, park və bağlarda qoyulan kvas çəlləklərini görməmiş olmazsınız. Kvas satanların yanından keçəndə, ayaq saxlaqıb bu sərinləşdirici içkinin dadına baxanlar az olmur. Kvas satanlar sanitar normalara riayət edirlərmi?
Amma məlum oldu ki, əslində bu il kvas sərinləşdirici içkisinin satışı qəti qadağan olunub. Bu barədə Modern.az saytına Respublika Gigiyena və Epidemologiya Mərkəzinin qida gigiyenası şöbəsinin rəhbəri İmran Abdullayev məlumat verib. Onun sözlərinə görə, kvas içkilərinin satışına sertifikatların verilməsi tamamilə ləğv olunub. 
“İçkilər və dondurmalar laboratoriyalarda yoxlamalardan keçməlidir. Şəraiti olmayan yerlərdə sərinləşdiriçi içkilərin satılması qadağandır. Bu barədə Rayon Gigiyena və Epidemiologiya mərkəzlərinə göstəriş vermişik ki, bu halların qarşısı alınsın”.  

İ.Abdullayevin sözlərinə görə, “Sədərək” bazarında və maşın bazarında kvas satış aşkarlanıb və bunun qarşısının alınması üçün müfaviq tətbirlər görülür.
“Gözdən yayınan yerlərdə, “Sədərək” bazarında, maşın bazarında əməkdaşlar tərəfindən qanunsuz satış yerləri aşkarlanıb. Buna qarşı tədbirlər görüləcək”-deyə İ.Abdullayev əlavə edib.

Sədaqət SÜLEYMANOVA

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi