24 aprel 2018, Çərşənbə
Ana Səhifə - MƏDƏNİYYƏT - Sosial şəbəkələrdə İNTİM TƏKLİFLƏR - Hər seksual şəkilə, hər açıq-saçıq sözə İNANMAYIN!
Sosial şəbəkələrdə İNTİM TƏKLİFLƏR - Hər seksual şəkilə, hər açıq-saçıq sözə İNANMAYIN!
10.01.2018, 15:00

İstifadəçilər sosial şəbəkələrdən müxtəlif məqsədlər üçün istifadə edirlər. Məsələn, dost tapmaq, yaxın adamlarla ünsiyyətdə olmaq, xəbərləri izləmək və sair. Amma bu istifadəçilər arasında insanları aldadaraq müəyyən qənimət əldə etmək istəyənlər də var.

Yəqin ki, “Odnoklassniki”, “ Facebook” və bir sıra şəbəkələrdə açıq-saçıq şəkillərini paylaşanlara rast gəlmisiniz. Bu şəkilləri paylaşıb izləyicilərinə intim münasibət təklif edənləri də. Ən acınacaqlı məqam ondan ibarətdir ki, bu “təklifi”  edən xanımın statusunda bəylər necə deyərlər, bir-biri ilə “yarışa çıxır”. Ancaq heç də həmişə bu “təkliflər”in arxasında dayanan əsas məqsəddən xəbərdar olmurlar. Belə ki, bu “təkliflər”in müəyyən hissəsi sadəcə insanları aldadaraq “nələrsə” əldə etmək məqsədi daşıyır.


Məsələni şərh edən keçmiş kriminalist Mahmud Hacıyev Modern.az saytına bildirib ki, bu yollarla insanların aldadılmasına kifayət qədər rast gəlinib:

“Son illərdə dəfələrlə aldadılan şəxslər məhkəməyə müraciət ediblər. Müraciətlərə baxılıb, istintaq prosesi həyata keçirilib. Bu işdə “professionallar” insanları aldadaraq, onlarla internet vasitəsilə əlaqə qurub, görüşüb, müəyyən miqdarda pul tələb edib və ya cinsi əlaqədə olub, sonra şantaj edirlər. Təcrübədə bu hadisələrə rast gəlinir”.


Mahmud Hacıyevin sözlərinə görə, internetə don geyindirərək, azad məkan kimi təqdim edirlər: “İstifadəçilər sosial şəbəkələrdə nə istəsə paylaşır, sonra da deyir ki, bu, söz azadlığıdır. Təqsirləndirilənlər deyirlər ki, intim münasibət barəsində sadəcə qarşı tərəfə təklif edib. Amma əsas məsələni gizlədirlər. Görüş təyin edib, müəyyən məbləğdə pul istəmək, təxribat xarakterli hərəkətlər etmək kimi cinayət tərkibli əməlləri nəzərdə tuturam”.


Mahmud Hacıyev deyib ki, cinayət tərkibli əməllər müxtəlif ola bilər.
“Bu, şəxsin qarşı tərəfə hədə yolu ilə etdiyi “təklif”lərdən asılıdır. Görüşüb zərərçəkən şəxsə qarşı quldurluq edə bilər, intim əlaqəyə girib, müəyyən çəkilişlər apara bilər və bundan istifadə edərək ona qarşı təxribat xarakterli hərəkətlər edə bilər. Bunlar ayrı-ayrı cinayət tərkibli əməllərdir”.



Müsahibimiz bildirib ki, intim təkliflər din və milli mentalitet baxımından da düzgün hərəkət deyil:
“Ola bilər ki, sadəcə tərəflər intim münaqibət qurmaq üçün əlaqə saxlasın, amma heç bir cinayət tərkibli əməl olmasın, bu sadəcə milli mentalitetimizə uyğun gəlmir, amma ayrılıqda heç bir cinayət tərkibi yoxdur. İntim həyat azaddır. Hər hansı bir insanın şəxsi intim həyatına qarışmağa qanun qadağa qoyub. Buna görə bu məsələyə iki aspektdən yanaşmaq lazımdır. Biri cinayət tərkibli əməllər, digəri isə milli mentalitet tərəfindən”.

 
Keçmiş kriminalist bildirib ki, bu yoldan istifadə etməklə zorla insanların  əmlakını əlindən almaq quldurluq, sadəcə aldadaraq əmlakını ələ keçirmək dələduzluqdur: 

“Zərərçəkən dərhal hüquq-mühafizə orqanlarına hadisə ilə bağlı xəbər verməlidir. Elə hallar da olur ki, zərərçəkən hədələrə aldanır, qorxur və qarşı tərəfə müəyyən məbləğ ödəyir. Buna baxmayaraq o, sonradan hüquq-mühafizə orqanlarına bu barədə məlumat verə bilər”.

Mahmud Hacıyevin sözlərinə görə, bu gün də ölkəmizdə “əxlaqsızlıq yuvaları”na rast gəlinir: “Müəyyən bir ad altında, müəyyən fəaliyyət növü adı altında gizlənərək, fəaliyyət göstərirlər. Bu məsələ də bir qədər mürəkkəbdir. Onları ifşa etdikdə müəyyən detallara da baxılır. Azyaşlı uşaqlar cəlb edilibmi, hər hansı zor tətbiq edərək, bu işə kimsə məcbur edilibmi, yaşlı insanlar cəlb edilibmi və ya ondan mütəmadi olaraq qul əməyi kimi istifadə edibmi və sair. Bəzən də elə hadisəyə rast gəlirik ki, kimsə 5-6 yeniyetmə uşağı öyrədib, əxlaqsızlığı onların vasitəsilə yayır”.


Əbülfəz KƏRİMOV
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
 Metropoliten rəsmisi üzr istədi   
24.04.2018, 21:50

 Metropoliten rəsmisi üzr istədi  

Azərbaycan “Avro-5” standartlı benizin ixrac edəcək
24.04.2018, 21:44

Azərbaycan “Avro-5” standartlı benizin ixrac edəcək

İran şahı Rza Pəhləvinin mumiyası tapılıb
24.04.2018, 21:32

İran şahı Rza Pəhləvinin mumiyası tapılıb

Azərbaycanlı turistlər  ən çox bu ölkələrə səfər edirlər -STATİSTİKA
24.04.2018, 21:17

Azərbaycanlı turistlər  ən çox bu ölkələrə səfər edirlər -STATİSTİKA

AMEA alimləri Avropada elmi tədqiqat apara biləcəklər
24.04.2018, 21:06

AMEA alimləri Avropada elmi tədqiqat apara biləcəklər

AŞPA Türkiyəni növbədənkənar prezident seçkilərini təxirə salmağa çağırıb
24.04.2018, 20:13

AŞPA Türkiyəni növbədənkənar prezident seçkilərini təxirə salmağa çağırıb

Azərbaycanın əməkdar artisti vəfat etdi
24.04.2018, 20:10

Azərbaycanın əməkdar artisti vəfat etdi

Jirinovski Moskvadan Yerevana metro xətti çəkməyi təklif etdi
24.04.2018, 18:51

Jirinovski Moskvadan Yerevana metro xətti çəkməyi təklif etdi

Hüseyn Cavid prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılır
24.04.2018, 18:46

Hüseyn Cavid prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

İrandan Azərbaycana narkotik keçirən qadın həbsdə ölüb
24.04.2018, 18:32

İrandan Azərbaycana narkotik keçirən qadın həbsdə ölüb

Şəmkirdə toya gedənlər qəzaya düşdü: 2 ölü, 3 yaralı
24.04.2018, 18:24

Şəmkirdə toya gedənlər qəzaya düşdü: 2 ölü, 3 yaralı

"Instagram" işləmir - Problem yaranıb
24.04.2018, 18:15

"Instagram" işləmir - Problem yaranıb

Makedoniyalı siyasətçi: “Fuad Muradov bacarıqlı insandır”    
24.04.2018, 18:00

Makedoniyalı siyasətçi: “Fuad Muradov bacarıqlı insandır”  

Elçibəyin 80 illik yubileyi üçün Heydər Əliyev Sarayı istənilir
24.04.2018, 17:56

Elçibəyin 80 illik yubileyi üçün Heydər Əliyev Sarayı istənilir

Xocalıda hər iki valideynini itirən gənclər Rövşən Rzayevin təyinatına seviniblər
24.04.2018, 17:53

Xocalıda hər iki valideynini itirən gənclər Rövşən Rzayevin təyinatına seviniblər

Qiymətli kağızları bazarında vəziyyət dəyişdi – 2.7 dəfə artdı
24.04.2018, 17:48

Qiymətli kağızları bazarında vəziyyət dəyişdi – 2.7 dəfə artdı

Naxçıvanda gömrükçülər 108 kq heroin saxladı
24.04.2018, 17:43

Naxçıvanda gömrükçülər 108 kq heroin saxladı

Nikol Paşinyan: “Baş nazir olmağa hazıram”
24.04.2018, 17:41

Nikol Paşinyan: “Baş nazir olmağa hazıram”

Prezident İlham Əliyev Türkiyəyə gedib
24.04.2018, 17:37

Prezident İlham Əliyev Türkiyəyə gedib

Ermənistanda yeni baş nazirin seçiləcəyi tarix AÇIQLANDI
24.04.2018, 17:28

Ermənistanda yeni baş nazirin seçiləcəyi tarix AÇIQLANDI

Nəsimi sakinləri prezidentdən kömək istədilər - MÜRACİƏT+FOTOLAR
24.04.2018, 17:22

Nəsimi sakinləri prezidentdən kömək istədilər - MÜRACİƏT+FOTOLAR

Ramiz Mehdiyev daha bir eks-məmuru
24.04.2018, 17:16

Ramiz Mehdiyev daha bir eks-məmuru "vurdu": “...rüşvətxorluğa son qoyulmalıdır”

Manatın sabahkı MƏZƏNNƏSİ 
24.04.2018, 17:13

Manatın sabahkı MƏZƏNNƏSİ 

BMT-nin baş katibi İlham Əliyevi təbrik etdi
24.04.2018, 16:57

BMT-nin baş katibi İlham Əliyevi təbrik etdi

Rövşən Rzayev “Dövlətqaçqınkom”un kollektivinə təqdim olundu - FOTO   
24.04.2018, 16:51

Rövşən Rzayev “Dövlətqaçqınkom”un kollektivinə təqdim olundu - FOTO  

Serj Sarkisyan yetim qaldı – Anası da öldü
24.04.2018, 16:51

Serj Sarkisyan yetim qaldı – Anası da öldü

Bakı Metropoliteninin vəzifəli şəxsi rayonluları aşağıladı - FOTOLAR
24.04.2018, 16:39

Bakı Metropoliteninin vəzifəli şəxsi rayonluları aşağıladı - FOTOLAR

Fransadan Novruz Məmmədova təbrik gəldi   
24.04.2018, 16:29

Fransadan Novruz Məmmədova təbrik gəldi  

1 milyonun ölkədən çıxarılmasının qarşısı alındı 
24.04.2018, 16:24

1 milyonun ölkədən çıxarılmasının qarşısı alındı 

Üç deputat Azərbaycanın beynəlxalq nümayəndə heyətlərinin tərkibindən çıxarılacaq - ADLAR   
24.04.2018, 16:23

Üç deputat Azərbaycanın beynəlxalq nümayəndə heyətlərinin tərkibindən çıxarılacaq - ADLAR  

AzTU tələbələrinin Rusiyaya ezamiyyəti başa çatıb
24.04.2018, 16:21

AzTU tələbələrinin Rusiyaya ezamiyyəti başa çatıb

Nazim İbrahimov qızının toyunu niyə təxirə saldı...
24.04.2018, 16:15

Nazim İbrahimov qızının toyunu niyə təxirə saldı...

Ərdoğan ermənilərə başsağlığı verdi
24.04.2018, 16:09

Ərdoğan ermənilərə başsağlığı verdi

Fuad Muradov Dövlət Komitəsinin kollektivinə təqdim olundu - FOTO
24.04.2018, 16:00

Fuad Muradov Dövlət Komitəsinin kollektivinə təqdim olundu - FOTO

Yeni nazir Muxtar Babayev tanınmış bəstəkarın oğluymuş - VİDEO
24.04.2018, 15:38

Yeni nazir Muxtar Babayev tanınmış bəstəkarın oğluymuş - VİDEO

ARXİV
SORĞU
Ali məktəblərə qəbul imtahanlarının qiymətlərinə necə baxırsınız?
İmtahan qiymətləri çox yüksəkdir(6.32%)
İmtahan qiymətləri normalıdr(3.79%)
İmtahan qiymətləri aşağıdır(2.53%)
Qiymətlər ləğv edilməli, imtahanlar pulsuz olmalıdır(73.4%)
İmtahan qiymətləri azaldılmalıdır(3.79%)
İmtahan qiymətləri artırılmalıdır(10.1%)