Modern.az

Umud Rəhimoğlu BMT baş katibinin qatıldığı tədbirdə çıxış edib

Umud Rəhimoğlu BMT baş katibinin qatıldığı tədbirdə çıxış edib

Qarabağ

8 İyul 2011, 16:54

O, “Konfliktlərin həll edilməsi, qaçqınların və məcburi köçkünlərin dogma yurdlarına, məktəblərinə qayıtmaları üçün səsinizi qaldırın ”, deyə ECOSOC-a səslənib


Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu iyulun 4-8 də İsveçrənin Cenevrə şəhərində keçirilən BMT-nin İqtisadi və Sosial Şurasının  (ECOSOC) Yüksək Səviyyəli Toplantısına qatılıb. Bu barədə BAMF-ın informasiya departamenti Umud Rəhimoğluna istinadən məlumat verib. Onun sözlərinə görə, “Le des Nations” sarayında təşkil olunan bu mötəbər tədbirdə dünyanın tanınmış isimləri, o cümlədən, Braziliyanın prezidenti Dilma Vana Rousseff, Böyük Britaniyanın sabiq baş naziri Gordon Broun, UNESCO-nun baş direktoru Irina Bokova, UNICEF – in icraçı direktoru Anthony Lake, Dünya Bankının Təhsil üzrə Direktoru Elizabeth King, ECOSOC- un prezidenti Lazarous Kapambe, BMT-nin müxtəlif qurumlarının rəhbərləri, habelə, Almaniyanın, Belarusun, Seneqalın, Banqladeşin, Pakistanın, Qətərin, Zambiyanın, Mavritaniyanın təhsil və digər sahələr üzrə nazirləri iştirak və çıxış ediblər. Toplantının ilk günüdə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev də çıxış edib.

Əvvəlcədən planlaşdırıldığı kimi, BMT-nin Baş Katibi Pan Gİ Mun Yüksək Səviyyəli Toplantı çərçivəsində 4-cü günü keçirilən sesiyaya qatılıb və çıxış edib. Həmin gün U.Rəhimoğlu Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üçün “Təhsildə beynəlxalq səviyyədə razılaşdırılmış məqsəd və öhdəliklərin yerinə yetirilməsi” mövzusuna həsr edilmiş tədbirdə “Azərbaycandakı müharibə qurbanları və onların ailə üzvlərinin müstəqilliyinin təmin edilməsində təhsil insanları bərabər inkişafa həvəsləndirən vasitə kimi” adlı məruza ilə çıxış etmişdir. Çıxışı zamanı o, Azərbaycan müstəqilliyini əldə edəndən sonra yaradılan yeni təhsil sistemindən və bu sistemin inkişaf yollarından  danışıb. U.Rəhimoğlu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemini, bu problemin ölkəmizə, o cümlədən Azərbaycanın təhsil sisteminə vurduğu ağır zərbənin nəticələrini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğal olunduğunu vurğulayan BAMF sədri çıxışının sonunda “Konfliktlərin həll edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına, məktəblərinə qaytıtmaları üçün səsinizi qaldırın”, deyə ECOSOC-a səslənib.

Tədbir çərçivəsində U.Rəhimoğlu BMT-nin Baş Katibi Pan Gİ Munla görüşüb. Toplantıya Türkiyənin BMT-nin Cenvrə ofisindəki səlahiyyətli nümayəndəsi, dünyanın nüfuzlu universitetlərinin araşdırmaçı alimləri, müxtəlif beynəlxalq fondların rəsmiləri də yüksək səviyyəli toplantıya qatılıblar.

Xatırladaq ki, BAMF 2007-c ildən ECOSOC-un xüsusi məşvərətçi statuslu üzvüdür. BAMF bununla yanaşı  BMT-nin bir çox qurumları ilə - BMT QAK, UNDAF, UNİCEF, UNESKO, BqMT- və sairə agentlikləri ilə yaxından əməkdaşlıq edir, yaxud da birgə əməkdaşlıq üçün müzakirələr aparır. Bu istiqamətdə BAMF öz imkanları hesabına Azərbaycandakı qaçqın və məcburi köçkünlərə, aztəminatlı ailələrə, müharibədən zərərçəkən insanlara beynəlxalq humanitar yardımların çatdırılmasında yaxından iştirak edir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar