Modern.az

Qasırğa Fransada 7 can aldı  

Qasırğa Fransada 7 can aldı   

10 Yanvar 2018, 20:19

Fransada tüğyan edən "Eleanor" qasırğası nəticəsində ölənlərin sayı artıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, qasırğa nəticəsində həlak olanların sayı 7 nəfərə çatıb.

 

Məlumata görə, qasırğa bır sıra  dağıntılara da yol açıb.

 

Qeyd edək ki, artıq bir neçə gündür Fransa ərazisində davam edən qasırğa güclü yağışlarla müşayiət olunur. Leysan yağışları nəticəsində son günlər Sena çayında suyun səviyyəsi 3 metr artıb ki, bununla əlaqədar Parisdə daşqınlar olması barədə xəbərdarlıq edilib.

 

"Eleanor" qasırğasının Fransaya vurduğu ziyan 200 milyon avro dəyərində hesablanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir