24 aprel 2018, Çərşənbə
Ana Səhifə - REPORTAJ - Cəbrayıldan Varşavaya  – Böyük Vətən Müharibəsinin AZƏRBAYCANLI QƏHRƏMANLARI
Cəbrayıldan Varşavaya  – Böyük Vətən Müharibəsinin AZƏRBAYCANLI QƏHRƏMANLARI
10.01.2018, 23:11

1941-ci ilin iyun ayında könüllü olaraq hərbi xidmətə getmək istəyəndə, komissarlıq yaşına görə onu geri qaytarıb. Nəhayət, 6 ay keçdikdən sonra, 18 yaşı tamam olanda Cəmil Əhmədov Cəbrayıl rayonundan hərbi xidmətə, birbaşa cəbhəyə yollanıb. Savadlı, çevik, intizamlı olduğundan onu əvvəlcə Orconikidze hərbi məktəbinə göndəriblər. Cəmil Əhmədov həmin məkəbi bitirdikdən sonra leytenant rütbəsində, taqım komandiri vəzifəsində Şimali Qafqaz cəbhəsində xidmətə başlayıb.

 

Modern.az saytının “Böyük Vətən Müharibəsinin AZƏRBAYCANLI QƏHRƏMANLARI” rubrikasının növbəti yazısı Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədov haqqındadır.

 

Cəmil Əhmədov 1924-cü ildə Cəbrayılda anadan olub. Orta məktəbi əla qiymətlərlə bitirib. Savadı, tərbiyəsi, hələ yeniyetməlik yaşlarından vətənpərvər olması ilə fərqlənib.

 

Böyük Vətən Müharibəsi başlananda o da bir çox həmyaşıdları kimi könüllü olaraq cəbhəyə getmək, döyüşçülər sırasında dayanmaq arzusunda olub. Hərbi təhsil alarkən hərb elminin sirrlərinə dərindən yiyələnən Cəmil Əhmədov cəbhədə olduğu ilk günlərdən komandanlığın diqqətini çəkib. Qısa müddət keçdikdən sonra ona hətta məxfi sayılan hərbi əməliyyatlar da etibar olunub.

 

Şimali Qafqaz, Ukrayna, Belarusiya cəbhələrində uğurlu döyüşlərə görə qvardiya leytenantı Cəmil Əhmədov “Aleksandr Nevski”, “Qırmızı Ulduz” ordenləri ilə təltif olunub.

 

1943-cü ildə iki dəfə yaralanmasına baxmayaraq, gənc leytenant səhra şəraitində tibbi yardım alaraq komandiri olduğu taqımın önündən geri çəkilməyib.

 

Cəmil Əhmədovun Belarusiyanın Qomel vilayətində göstərdiyi şücaət çoxmillətli sovet ordusunda bu azərbaycanlı oğlunun nə qədər qorxmaz olduğunu bir daha sübut edib. Ağır döyüşlərdə almanlarla təkbətək üz-üzə qalan Cəmil Əhmədov ölümün gözünə dik baxaraq canlı sədd qurmuş onlarla alman əsgərini məhv edərək döyüş yoldaşlarını mühasirəyə düşmək təhlükəsindən qurtarıb.

 

 

Həmin döyüşdən sonra Cəmil Əhmədov Malın kəndinin ətrafından keçən Tremiya çayında, suyun içində mövqe tutaraq düşmənə bu kəndi ələ keçirməyə imkan verməyib. Əlavə qüvvələr gələnə qədər taqım kiçik bir qüvvə ilə bu böyük kəndi almanlara təhvil verməyib.

 

Bu döyüşdə ağır yaralanan Cəmil Əhmədov səhra hospitalına aparılıb. Müalicəsini sona qədər almayan leytenant yenidən cəbhələrə atılıb.

 

Bu dəfə isə istiqamət Polşaya doğru olub. Bir-birinin ardınca uğurlu hərbi əməliyyatlara imza atan Cəmil Əhmədov 1944-cü il iyun ayının 10-da Polşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

 

Döyüş yoldaşlarının yaddaşına peşəkar hərbçi olmaqla yanaşı, həm də qayğıkeş komandir, əsl dost kimi həkk olunan Cəmil Əhmədov Varşavada -sovet döyüşçüləri üçün ayrılmış Qəhrəmanlar Xiyabanında dəfn edilib.

 

SSRİ Ali Soveti Rəyasət heyətinin  24 mart 1945-ci il tarixli fərmanı ilə Cəmil Əhmədov ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüb.

 

Xatırladaq ki, Cəmil Əhmədov yazıçı Sabir Əhmədovun qardaşıdır.

 

1985-ci ilin may ayında Qələbənin 50-illik yubileyi münasibəti ilə Cəbrayıl rayonunda Cəmil Əhmədovun ev muzeyi açılıb. 1988-ci ildə qəhrəmanın xatirə kompleksinin yaradılmasına qərar verilib, heykəli isə Ömər Eldarov tərəfindən hazırlanmıb. Muzey öz fəaliyyətinə 500-ə yaxın eksponatla başlayıb, sonradan bu eksponatların sayı 800-ə çatdırılıb. İgid azərbaycanlı oğlunun xatirə muzeyi Cəbrayıl rayonunun diyarşünaslıq muzeyinin filialı kimi fəaliyyət göstərib və ermənin təcavüzü nəticəsində, 1993-cü ildə öz fəaliyyətini dayandırıb.


İlham Cəmiloğlu
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
 Metropoliten rəsmisi üzr istədi   
24.04.2018, 21:50

 Metropoliten rəsmisi üzr istədi  

Azərbaycan “Avro-5” standartlı benizin ixrac edəcək
24.04.2018, 21:44

Azərbaycan “Avro-5” standartlı benizin ixrac edəcək

İran şahı Rza Pəhləvinin mumiyası tapılıb
24.04.2018, 21:32

İran şahı Rza Pəhləvinin mumiyası tapılıb

Azərbaycanlı turistlər  ən çox bu ölkələrə səfər edirlər -STATİSTİKA
24.04.2018, 21:17

Azərbaycanlı turistlər  ən çox bu ölkələrə səfər edirlər -STATİSTİKA

AMEA alimləri Avropada elmi tədqiqat apara biləcəklər
24.04.2018, 21:06

AMEA alimləri Avropada elmi tədqiqat apara biləcəklər

AŞPA Türkiyəni növbədənkənar prezident seçkilərini təxirə salmağa çağırıb
24.04.2018, 20:13

AŞPA Türkiyəni növbədənkənar prezident seçkilərini təxirə salmağa çağırıb

Azərbaycanın əməkdar artisti vəfat etdi
24.04.2018, 20:10

Azərbaycanın əməkdar artisti vəfat etdi

Jirinovski Moskvadan Yerevana metro xətti çəkməyi təklif etdi
24.04.2018, 18:51

Jirinovski Moskvadan Yerevana metro xətti çəkməyi təklif etdi

Hüseyn Cavid prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılır
24.04.2018, 18:46

Hüseyn Cavid prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

İrandan Azərbaycana narkotik keçirən qadın həbsdə ölüb
24.04.2018, 18:32

İrandan Azərbaycana narkotik keçirən qadın həbsdə ölüb

Şəmkirdə toya gedənlər qəzaya düşdü: 2 ölü, 3 yaralı
24.04.2018, 18:24

Şəmkirdə toya gedənlər qəzaya düşdü: 2 ölü, 3 yaralı

"Instagram" işləmir - Problem yaranıb
24.04.2018, 18:15

"Instagram" işləmir - Problem yaranıb

Makedoniyalı siyasətçi: “Fuad Muradov bacarıqlı insandır”    
24.04.2018, 18:00

Makedoniyalı siyasətçi: “Fuad Muradov bacarıqlı insandır”  

Elçibəyin 80 illik yubileyi üçün Heydər Əliyev Sarayı istənilir
24.04.2018, 17:56

Elçibəyin 80 illik yubileyi üçün Heydər Əliyev Sarayı istənilir

Xocalıda hər iki valideynini itirən gənclər Rövşən Rzayevin təyinatına seviniblər
24.04.2018, 17:53

Xocalıda hər iki valideynini itirən gənclər Rövşən Rzayevin təyinatına seviniblər

Qiymətli kağızları bazarında vəziyyət dəyişdi – 2.7 dəfə artdı
24.04.2018, 17:48

Qiymətli kağızları bazarında vəziyyət dəyişdi – 2.7 dəfə artdı

Naxçıvanda gömrükçülər 108 kq heroin saxladı
24.04.2018, 17:43

Naxçıvanda gömrükçülər 108 kq heroin saxladı

Nikol Paşinyan: “Baş nazir olmağa hazıram”
24.04.2018, 17:41

Nikol Paşinyan: “Baş nazir olmağa hazıram”

Prezident İlham Əliyev Türkiyəyə gedib
24.04.2018, 17:37

Prezident İlham Əliyev Türkiyəyə gedib

Ermənistanda yeni baş nazirin seçiləcəyi tarix AÇIQLANDI
24.04.2018, 17:28

Ermənistanda yeni baş nazirin seçiləcəyi tarix AÇIQLANDI

Nəsimi sakinləri prezidentdən kömək istədilər - MÜRACİƏT+FOTOLAR
24.04.2018, 17:22

Nəsimi sakinləri prezidentdən kömək istədilər - MÜRACİƏT+FOTOLAR

Ramiz Mehdiyev daha bir eks-məmuru
24.04.2018, 17:16

Ramiz Mehdiyev daha bir eks-məmuru "vurdu": “...rüşvətxorluğa son qoyulmalıdır”

Manatın sabahkı MƏZƏNNƏSİ 
24.04.2018, 17:13

Manatın sabahkı MƏZƏNNƏSİ 

BMT-nin baş katibi İlham Əliyevi təbrik etdi
24.04.2018, 16:57

BMT-nin baş katibi İlham Əliyevi təbrik etdi

Rövşən Rzayev “Dövlətqaçqınkom”un kollektivinə təqdim olundu - FOTO   
24.04.2018, 16:51

Rövşən Rzayev “Dövlətqaçqınkom”un kollektivinə təqdim olundu - FOTO  

Serj Sarkisyan yetim qaldı – Anası da öldü
24.04.2018, 16:51

Serj Sarkisyan yetim qaldı – Anası da öldü

Bakı Metropoliteninin vəzifəli şəxsi rayonluları aşağıladı - FOTOLAR
24.04.2018, 16:39

Bakı Metropoliteninin vəzifəli şəxsi rayonluları aşağıladı - FOTOLAR

Fransadan Novruz Məmmədova təbrik gəldi   
24.04.2018, 16:29

Fransadan Novruz Məmmədova təbrik gəldi  

1 milyonun ölkədən çıxarılmasının qarşısı alındı 
24.04.2018, 16:24

1 milyonun ölkədən çıxarılmasının qarşısı alındı 

Üç deputat Azərbaycanın beynəlxalq nümayəndə heyətlərinin tərkibindən çıxarılacaq - ADLAR   
24.04.2018, 16:23

Üç deputat Azərbaycanın beynəlxalq nümayəndə heyətlərinin tərkibindən çıxarılacaq - ADLAR  

AzTU tələbələrinin Rusiyaya ezamiyyəti başa çatıb
24.04.2018, 16:21

AzTU tələbələrinin Rusiyaya ezamiyyəti başa çatıb

Nazim İbrahimov qızının toyunu niyə təxirə saldı...
24.04.2018, 16:15

Nazim İbrahimov qızının toyunu niyə təxirə saldı...

Ərdoğan ermənilərə başsağlığı verdi
24.04.2018, 16:09

Ərdoğan ermənilərə başsağlığı verdi

Fuad Muradov Dövlət Komitəsinin kollektivinə təqdim olundu - FOTO
24.04.2018, 16:00

Fuad Muradov Dövlət Komitəsinin kollektivinə təqdim olundu - FOTO

Yeni nazir Muxtar Babayev tanınmış bəstəkarın oğluymuş - VİDEO
24.04.2018, 15:38

Yeni nazir Muxtar Babayev tanınmış bəstəkarın oğluymuş - VİDEO

ARXİV
SORĞU
Ali məktəblərə qəbul imtahanlarının qiymətlərinə necə baxırsınız?
İmtahan qiymətləri çox yüksəkdir(6.32%)
İmtahan qiymətləri normalıdr(3.79%)
İmtahan qiymətləri aşağıdır(2.53%)
Qiymətlər ləğv edilməli, imtahanlar pulsuz olmalıdır(73.4%)
İmtahan qiymətləri azaldılmalıdır(3.79%)
İmtahan qiymətləri artırılmalıdır(10.1%)