Modern.az

Şeyxin idarəsi Kvemo-Kartli qubernatorunun azərbaycanlı müavininə kəskin cavab verdi

Şeyxin idarəsi Kvemo-Kartli qubernatorunun azərbaycanlı müavininə kəskin cavab verdi

Ölkə

8 İyul 2011, 17:15

“Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Gürcüstanın Kvemo-Kartli qubernatorunun müavini Hüseyn Yusifovun qeybət formatlı söhbətlərinə heç bir şərh verməyəcək. Əgər onun əlində Gürsütandakı nümayəndəmizlə bağlı faktı varsa, idarəyə müraciət etsin”.

Bu sözləri QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Modern.az-a açıqlamasında qubernator müavinin “Borçalı” Cəmiyyətində görüş zamanı qurumun ünvanına səsləndirdiyi ittihamlara münasibət bildirirəkən deyib.

Onun sözlərinə görə, Dünya Azərbaycanlılarının Qurultayı kimi mötəbər bir toplantıya dəvət almış şəxsin oturub azərbaycanlılarla, öz dini mərkəzi ilə həmrəylik nümayiş etdirməkdənsə,  belə fikirlər səsləndirməsi acınacaqlı haldır.

“Dünya azərbaycanlılarının birliyinə, vəhdətinə xidmət etmək məramı ilə düzənlənmiş bir tədbirə qatılan şəxsin azərbaycançılıq  məfkurəsindən tamamilə uzaq fikirlər səsləndirməsi, bir azərbaycanlı olaraq məndə yalnız təəssüf hissi oyadır. Azərbaycançılıq məfkurəsinə sadiq olan bir insan tərəfindən belə fikir heç zaman dilə gətirilməzdi. Bu formalı çıxış yalnız milli təfriqə yaratmağa yönəlmiş məqsədli addımdır.”.

QMİ-nin sözçüsu həmçinin qubernator müavinin əmlakla bağlı səsləndirdyi ittihamlara münasibət bildirib.
“O, əmlakla bağlı bir neçə fikir səsləndirib. Qafqaz Müsəlmanları İdarəsi Tiflisdə heç vaxt əmlak məsələrinə baxmayıb. Əmlakın inventarlaşmasını aparmamışıq. Ona görə də bunu  bizim yoxlamaq imkanımız yoxdur. Əgər onun  faktları var idisə, vaxtında müraciət edərdi. Əgər indi vaxtı varsa, müraciət eləsin. Amma hər halda bu formada deyilmiş fikirlərə QMİ-i  heç bir şərh verməyəcək.”-deyə R. Dadaşova vurğulayıb.

Qeyd edək ki, vitse-qubernator QMİ-yə yönəlik ittihamlarda qurumu bir sıra məsələlərdə günahlandırıb. O, QMİ-ni Faxralı məscidinin bərpasının əleyihinə çıxmaqda, Tiflisdə Cümə məscidində bahalı xalçaların itməsində  ittiham edib. 

Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) yaradılması səbəblərinə aydınlıq gətirən H.Yusifov deyib ki, bu idarə son zamanlar Gürcüstanda dini sahədə xeyli xoşagəlməz hadisələrdən sonra yaradılıb. “Əhalisinin 80-85 faizini  azərbaycanlılar təşkil edən Marneuli Zaqafqaziya yeqovistlərinin mərkəzinə çevrilmişdi. Gördük vəziyyət nəzarətdən çıxır, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) isə səs çıxmır. Buna laqeyd qalmaz olmazdı”-deyə qubernator müavini deyib.

Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır