21 yanvar 2018, Bazar
Ana Səhifə - PARLAMENT - “Vergidəki dəyişikliklər sahibkarların xeyrinə olacaq” - Deputatlar nazirin islahatlarından danışdılar
“Vergidəki dəyişikliklər sahibkarların xeyrinə olacaq” - Deputatlar nazirin islahatlarından danışdılar
11.01.2018, 10:28

Vergi inzibatçılığının təkmilləşdirilməsi, daha çevik idarəetmə mexanizmlərinin tətbiqi və yeni çağırışlara cavab verən vergi sisteminin formalaşdırılması məqsədilə Vergilər Nazirliyində struktur və kadr islahatlarına başlanılıb.

Bununla əlaqədar olaraq, vergilər nazirinin müvafiq əmrləri ilə 64 nəfər vergi xidməti əməkdaşı tutduğu vəzifədən azad edilərək, nazirliyin sərəncamına götürülüb ki, onların arasında nazir müşavirləri, struktur bölmə rəhbərləri və digər vəzifəli şəxslər var.

Paralel olaraq, vergi sistemində şəffaflığın təmin olunması, sahibkarların aktiv fəaliyyətinə yaradılan süni maneələrin aradan qaldırılması üçün əsassız vergi borclarının silinməsinə başlanıldığı da bildirilir.

Yeni nazirdən ən çox gözləntisi olanlar, əlbəttə, sahibkarlardır. Sabiq nazir Fazil Məmmədovun rəhbərliyi altında olarkən vergi orqanları ilə sahibkarlar arasında ciddi problemlər yaranması heç kimə sirr deyil. Belə ki, büdcə proqnozuna əməl olunması bəhanəsi ilə minlərlə sahibkara əsassız vergilər hesablanıb. Hesablanan vergini ödəməyənlərə irihəcmli cərimələr yazılıb, bir çoxları məhkəməyə verilib, bəzilərinin əmlakı müsadirə olunub. Bir çox hallarda Vergilər Nazirliyinin hesabladığı borclara görə məhkəməyə müraciət edən sahibkarın hüquqları pozularaq, məhkəmənin yekunu gözlənmədən hesablarına həbs qoyulub, əmlakı əlindən alınıb.

 

Qeyd edək ki, vergi orqanlarının bu fəaliyyəti son vaxtlar bütün ölkəboyu narazılıqlara səbəb olmuşdu. İş o yerə çatmışdı ki, vergi orqanları ölkədə sahibkarlığın inkişafını əngəlləyən başlıca maneəyə çevrilmişdi. Fazil Məmmədov vəzifəsindən alınandan sonra aparılan müzakirələr göstərdi ki, bu narazılıqlar, vəziyyətin kritik həddə çatması yuxarı dövlət qurumlarına məlum olub və sonda  mümkün olan qədər sahibkarların haqlı mövqeyi nəzərə alınıb.


Məsələn, Azərbaycan Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının sədri Hikmət Mirzəyevin mətbuata verdiyi açıqlamaya görə, 2016-cı ildə inzibati-iqtisadi məhkəmələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən Vergilər Nazirliyinin struktur qurumlarına qarşı qaldırılmış 869, 2017-ci ilin birinci yarısında 218 iddiaya baxılıb. Bunlardan 688 (63,3 faiz) iş üzrə qərarlar vergi ödəyicilərinin xeyrinə verilib. 184 (16,9 faiz) iş üzrə iddialar təmin edilməyib, 215 (19,8 faiz) iddia isə mümkün sayılmayıb:

Göründüyü kimi, açıqlanan rəqəmlər onu göstərir ki, vergi ilə yaranmış mübahisələr əksər halda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin xeyrinə həll edilir.

Lakin məhkəmələrin bu qərarları vergi orqanlarının sahibkarlara yönəlik mövqeyini dəyişmək üçün yetərli olmadı. Getdikcə artan narazılıqlar sonda ölkə rəhbərliyinin diqqətinə çatdırıldı və F.Məmmədov nazir postu ilə vidalaşmalı oldu.

Mikayıl Cabbarovun təhsil naziri postundan Vergilər Nazirliyinə rəhbər gətirilməsi müəyyən qədər gözlənilməz olsa da, son günlərdə baş verənlər seçimin düzgün və məqsədli olduğunu göstərməkdədir.

Belə ki, biznes çevrələrindən "Yeni Müsavat”a verilən məlumatlara görə, yeni ilin ilk günlərindən etibarən əvvəlki illərdə çoxsaylı sahibkarlara, şirkətlərə hesablanmış vergi borclarının ləğv olunması prosesinə start verilib. Bununla bağlı iş adamlarına müraciət olunaraq, borcların əsassızlığını sübut edən sənədlərin hazırlanaraq vergi orqanlarına təqdim olunması istənilir.

Məlumatda sahibkarların vergi orqanlarından narazılıqlarının qısa müddətdə aradan qaldırılması, bu iki subyekt arasındakı münasibətlərin qarşılıqlı əməkdaşlıq müstəvisinə keçirilməsi barədə ölkə rəhbərliyi tərəfindən tapşırıq verildiyi bildirilir. M.Cabbarovun qarşısına qoyulan ilk və əsas vəzifə məhz bu münasibətləri səmərəli müstəviyə keçirmək, vergi sistemini sahibkarlığın inkişafına təkan verən quruma çevirməkdir. Bu səbəbdən də ilk növbədə əvvəlki illərdə hesablanmış, ödənilməyən, yaxud ödənilməsi mümkün olmayan borcların silinməsi prosesinə start verilib.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Modern.az-a bildirib ki, Mikayıl Cabbarov start verdiyi islahatlar öz nəticəsini verəcək:

“Ölkədə sahibkarlıq mühitinin yaxşılaşdırılması, cəmiyyətdə vergi mədəniyyətinin formalaşdırılması və vergi ödəyicilərinə xidmətin yüksəldilməsi yolunda mühüm dəyişikliklər olacağına əminəm. Hər bir yeni təyinat almış nazir yeni struktur təşkil etməlidir, bu, normaldır. Vergilər Nazirliyində çox böyük strukturlar, idarələr var. Mikayıl müəllim təcrübəli bir insan kimi, hansıların lazımlı, yaxud lazımsız olduğunu görür. Bunun müqabilində də müvafiq işlər həyata keçiriləcək. Rəsmi məlumatlardan da göründü ki, 64 nəfər vergi xidmətindən uzaqlaşdırılıb. Məqsəd işləyən yeni struktun formalaşdırılmasıdır. Aparılan islahatların əsas mahiyyəti də budur ki, sahibkarlar incidilməsin, öz məsuliyyətini dərk etsin. İnsanlar anlasın ki, bu vergini ödəməyə borcludur. Xüsusilə əsassız vergi yoxlamaları ilə bağlı başlanan işlər diqqətəlayiqdir”. 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a vergi sahəsindəki problemlərin hər kəsə məlum olduğunu açıqlayıb:

“Başladılan islahatlar vergi ödəyicilərinin xeyrinə olacaq. İnanıram ki, Mikayıl Cabbarov bu işlərin öhdəsindən gələcək.

Hansı vergidən, hansı faizlərdən, hansı borclardan söhbət gedir... Çünki vergidəki problemləri biz də çox gözəl bilirik. Ona görə də dəqiqləşdirmə apaırlmalıdır. Biri var ki, dövlətin qanunla müəyyən etdiyi vergi, biri də var qeyri-qanuni tələblər nəticəsində formalaşan vergilər.

Əgər əsassız “vergilər”in ləğvinə start verilibsə, bu, müsbət haldır. Çünki hamıya məlumdur ki, belə “vergilər” kifayət qədərdir. Hansı ki, sahibkarların fəaliyyətinə ciddi maneə yaradırdı. Bəzən mübahisələr düşürdü. Ona görə də belə “vergilər” aradan götürülürsə, sahibkarlar əlavə yükdən azad olacaqlar”.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin digər üzvü Tahir Mirkilşili Modern.az-a deyib ki, vergi gəlirləri 2018-ci ilin dövlət büdcəsi gəlirlərinin təqribən 40%-ni təşkil edir:

“Eyni zamanda, ölkədə sahibkarlıq mühitinin cazibadarlığının artırılmasında fiskal siyasətin mühüm rolu var. Ölkədə artıq yeni iqtisadi artım modeli formalaşmaqdadır, iqtisadiyyatın geniş şaxələndirilməsi baş verir, rəqabət getdikcə artır, ixraca yönəlik addımlar intensivləşdirilir. Belə bir şəraitdə təbii olaraq vergi tutma və vergi toplama alətlərinin də təkmilləşdirilməsinə və daha innovativ vasitələrdən istifadəyə ehtiyac yaranıb. İnanıram ki, bu sahədə atılacaq addımlar məhs yuxarıda dediyim istiqamətləri əhatə edəcək”.


Gülşən RAUFQIZI
Xəbərin müəllifi

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Saatlıda polis əməkdaşı bıçaqlanıb
21.01.2018, 20:02

Saatlıda polis əməkdaşı bıçaqlanıb

“Sinemanın kral və kraliçası” seçildi - Fotolar
21.01.2018, 19:45

“Sinemanın kral və kraliçası” seçildi - Fotolar

Kabildə otelə silahlı hücum nəticəsində ölənlərin sayı 43-ə çatıb - YENİLƏNİB
21.01.2018, 17:44

Kabildə otelə silahlı hücum nəticəsində ölənlərin sayı 43-ə çatıb - YENİLƏNİB

Ərdoğan yenidən Ermənistana arxivləri açmağı təklif edib
21.01.2018, 17:00

Ərdoğan yenidən Ermənistana arxivləri açmağı təklif edib

Fransa BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb   
21.01.2018, 16:34

Fransa BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb  

Ağdamda bir ailənin 5 üzvü qidadan zəhərlənib   
21.01.2018, 15:47

Ağdamda bir ailənin 5 üzvü qidadan zəhərlənib  

Azərbaycanda “çürük banklar”ın sayı  ARTIR
21.01.2018, 15:30

Azərbaycanda “çürük banklar”ın sayı  ARTIR

Azərbaycan XİN-dən “Zeytun Budağı” əməliyyatı ilə bağlı AÇIQLAMA - RƏSMİ
21.01.2018, 14:46

Azərbaycan XİN-dən “Zeytun Budağı” əməliyyatı ilə bağlı AÇIQLAMA - RƏSMİ

Azərbaycanla Türkiyə arasında viza rejimi ləğv edilməlidir
21.01.2018, 14:25

Azərbaycanla Türkiyə arasında viza rejimi ləğv edilməlidir

Paytaxtın bu ərazilərində su yoxdur
21.01.2018, 14:00

Paytaxtın bu ərazilərində su yoxdur

Sabaha olan hava PROQNOZU
21.01.2018, 13:05

Sabaha olan hava PROQNOZU

Deputatların “bazar günü”: “Bazar günü mənim üçün sıradan bir gündür və xüsusi əhəmiyyət daşımır”
21.01.2018, 12:50

Deputatların “bazar günü”: “Bazar günü mənim üçün sıradan bir gündür və xüsusi əhəmiyyət daşımır”

Elxan Şahinoğlu: “Heç bir dövlət bunu bizə qadağan edə bilməz”
21.01.2018, 11:56

Elxan Şahinoğlu: “Heç bir dövlət bunu bizə qadağan edə bilməz”

Türkiyə tankları Afrinə daxil olub
21.01.2018, 11:50

Türkiyə tankları Afrinə daxil olub

Vəzifəsindən azad olunan təhsil nazirinin müavininə Vergilər Nazirliyində yüksək vəzifə verildi
21.01.2018, 10:46

Vəzifəsindən azad olunan təhsil nazirinin müavininə Vergilər Nazirliyində yüksək vəzifə verildi

Azərbaycan ermənilərə zərbə endirməyib - RƏSMİ
21.01.2018, 10:21

Azərbaycan ermənilərə zərbə endirməyib - RƏSMİ

Düşmən iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəsi pozub
21.01.2018, 09:41

Düşmən iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəsi pozub

Nyu-Yorkda
21.01.2018, 09:34

Nyu-Yorkda "Azadlıq" heykəli bağlandı

Azərbaycanlı çoban “O səs Türkiyə”də növbəti turda - Video
21.01.2018, 00:56

Azərbaycanlı çoban “O səs Türkiyə”də növbəti turda - Video

Məmmədyarov
21.01.2018, 00:39

Məmmədyarov "Tata Steel Chess"də 3-cü qələbəsini qazandı

Çexiyada otel yanğınında 2 nəfər öldü
21.01.2018, 00:17

Çexiyada otel yanğınında 2 nəfər öldü

Otelə hücumda ölənlərin sayı artıb
20.01.2018, 23:53

Otelə hücumda ölənlərin sayı artıb

Hindistanda fabrik yandı: 17 ölü
20.01.2018, 23:35

Hindistanda fabrik yandı: 17 ölü

“Qalatasaray”a yeni president seçildi
20.01.2018, 23:23

“Qalatasaray”a yeni president seçildi

İsveçdə məscidin qapısına faşist svastikasının təsviri çəkildi
20.01.2018, 23:09

İsveçdə məscidin qapısına faşist svastikasının təsviri çəkildi

Üç ölkənin səfiri Türkiyə XİN-ə çağırıldı
20.01.2018, 22:54

Üç ölkənin səfiri Türkiyə XİN-ə çağırıldı

Şizofren pasientin etirafları: “Şeytanı eşidirəm və görürəm”   
20.01.2018, 22:31

Şizofren pasientin etirafları: “Şeytanı eşidirəm və görürəm”  

Azərbaycanda manyak: Polis hər yerdə onu axtarır - Foto
20.01.2018, 22:14

Azərbaycanda manyak: Polis hər yerdə onu axtarır - Foto

“Azadlığa aparan yol”  - Serbiya ictimaiyyəti 20 Yanvar dəhşətləri barədə məlumatlandırıldı
20.01.2018, 21:47

“Azadlığa aparan yol”  - Serbiya ictimaiyyəti 20 Yanvar dəhşətləri barədə məlumatlandırıldı

Tikinti sahəsində özbaşınalıq: yüzlərlə insanın həyatı təhlükədədir - Fotolar
20.01.2018, 21:27

Tikinti sahəsində özbaşınalıq: yüzlərlə insanın həyatı təhlükədədir - Fotolar

Türkiyə “Zeytun budağı” əməliyyatı ilə 108 hədəfi vurdu - Yenilənib
20.01.2018, 21:07

Türkiyə “Zeytun budağı” əməliyyatı ilə 108 hədəfi vurdu - Yenilənib

Ərdoğan 20 Yanvar şəhidlərini anıb
20.01.2018, 20:56

Ərdoğan 20 Yanvar şəhidlərini anıb

Qarabağda erməni hərbçısı yaralandı
20.01.2018, 20:34

Qarabağda erməni hərbçısı yaralandı

20 Yanvar 28 il sonra FOTOLARDA
20.01.2018, 20:19

20 Yanvar 28 il sonra FOTOLARDA

Çinin Rusiyadan aldığı  “S-400” geri qaytarılır
20.01.2018, 20:03

Çinin Rusiyadan aldığı  “S-400” geri qaytarılır

ARXİV
SORĞU
Hansı şirkətlər sosial layihələrə dəstək verir, xeyriyyəçilik edir?
BP Azərbaycan(36.6%)
SOCAR(16.6%)
Azersun Holding(10%)
Azercell(3.33%)
Bakcell(13.3%)
Nar mobile(3.33%)
Gilan Holdinq(3.33%)
Nurgun Group(0%)
Paşa Holding(3.33%)
Akkord(10%)