Modern.az

Yazıçıları Birliyinin mətbuat katibinə ağır itki   

Yazıçıları Birliyinin mətbuat katibinə ağır itki     

11 Yanvar 2018, 11:22

Şairə Tamaşa Xəyali vəfat edib. Azərbaycan Yazıçıları Birliyindən APA-ya verilən məlumata görə, o uzun sürən xəstəlikdən sonra yanvarın 11-də vəfat edib. Tamaşa Xəyali bu gün Suraxanı qəsəbəsindəki Dədə Qorqud qəbiristanlığında torpağa tapşırılacaq.

 

T. Xəyali 1954-cü ildə anadan olub. 1987-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. O,  “Bu dünyada nələr gördüm”, “Qara Yanvar şikəstəsi”, Ölməzliyə gedən yol” və s. kitabların müəllifidir.

 

Qeyd edək ki, T. Xəyali Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi, şair Xəyal Rzanın anasıdır. 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır