Modern.az

Kremlin yeni hərbi strategiyası qorxu yaratdı - ABŞ Rusiya tanklarını “əzmək” üçün plan HAZIRLADI

Kremlin yeni hərbi strategiyası qorxu yaratdı - ABŞ Rusiya tanklarını “əzmək” üçün plan HAZIRLADI

Dünya

11 Yanvar 2018, 12:09

Rusiya və ABŞ – bir çoxları hələ də düşünür ki, bu iki nəhəng dövlət bir-birinə qarşı müharibə edər. Lakin elə deyil, bu supergüclər arasında yalnız hibrid müharibə gedir.

 

Nə Kreml, nə də Ağ Ev bir-birinə qarşı birbaşa müharibəyə başlaya bilər. Səbəb isə çoxdur və bunları ümumiləşdirsək deyə bilərik ki, Amerika da, Rusiya da bu müharibədən çəkinir. Ən azından birinin digərinə müdaxilə olacağı təqdirdə nüvə müharibəsi riski arta bilər, analitiklər, strateqlər isə bəyan edir ki, belə xoşagəlməz ssenarilərdə Rusiya və Amerika ilə yanaşı digər dövlətlər də ziyan çəkər.

 

Bunu Rusiyanın və ABŞ-ın yüksək rütbəli hərbçiləri və ölkələrinin xarici siyasət konsepsiyalarını hazırlayan strateqləri də dərk edir. Amma bu iki ölkə arasındakı rəqabət məcbur edir ki, müharibəni başqa poliqonlarda aparsınlar. Məsələn, Suriya, Ukrayna kimi.

 

Burada iqtisadi güc çox böyük əhəmiyyətə malikdir, lakin bununla paralel olaraq hərbi əzələ nümayişi də ön plandadır. Buna görədir ki, Moskva və Vaşinqton rəqabətin diktələri əsasında silahlanmaya üstünlük verirlər.

 

Qərbin nüfuzlu agentlikləri və hərbi sahə üzrə ixtisaslaşan nəşrləri isə yazırlar ki, Rusiya bu silahlanmada üstün mövqelərə malikdir.

 

Rusiya baş nazirinin müavini Dmitri Roqozinin verdiyi açıqlama da Qərb mətbuatında müzakirə mövzusuna çevrilib.

Belə ki, Roqozin bildirib ki, Rusiya növbəti onillikdə silahlanmanı gücləndirmək üçün yeni dövlət proqramı qəbul edəcək və bu, əvvəlki illərdəkindən əhəmiyyətli dərəcədə fərqlənəcək. Məlumata görə yeni dövlət proqramı bu il başlanacaq və 2027-ci ildə bitəcək.

 

Bu hərbi proqramın məqsədi yüksək dəqiqliyə malik olan silahların daha da modernləşdirilməsidir. Roqozin bildirib ki, planda yeni qitələrarası ballistik və səsdən sürətli raket növlərinin hazırlanması qeyd olunub.

 

Belə plan isə ilk növbədə NATO və ABŞ-ın narahatlığına səbəb olur.

 

“Rusiyanın yüksək dəqiqlik göstəricilərinə malik silahlara malik olması NATO və ABŞ üçün narahatlıq yaradır. Hal-hazırda yüksək dəqiqliyə malik silahlardan qoruna biləcək, hava hücumuna qarşı hər hansı effektiv sistem mövcud deyil. Bizdə bu təhdiddən qorunmaq üçün inkişaf etmiş sistem yoxdur. Bu, bizim Avropadakı müttəfiqlərimizə də aiddir” – bunu ABŞ Silahlı Qüvvələrinin Strateji Komandanlığının rəhbəri Con Hayten Senatdakı dinləmələr zamanı bildirib. 

 

Bu arada, Amerikanın nüfuzlu “The National İnterest” nəşri yazıb ki, Pentaqon Rusiya ilə rəqabətdə üstün olmaq üçün yeni silah və zirehli texnika yaratmaq niyyətindədir.

 

Məlumata görə, qarşıdakı illərdə ABŞ-ın quru qoşunları “Mobile Protected Firepower” proqramı çərçivəsində yeni yüngül zirehli texnikanın təcrübəli nümunələrini yaratmağı planlaşdırır.

 

Gözlənilir ki, bu texnika yerüstü müharibənin xarakterini dəyişdirəcək və öz xarakteristikaları ilə Rusiya analoqlarını üstələyəcək.

 

“Bu proqram olduqca faydalıdır. Çünki burada ənənəvi marşrutlardan kənara çıxıb hərəkət etməyə imkan var. Biz rəqibə bununla asan zərbə vura bilərik, çünki müdafiə ilə hücum paraleldir”- bunu isə ABŞ-ın Quru qoşunlarının döyüş tətbiqi prinsiplərinin hazırlanması komandanlığı qərargahının rəis müavini Rikey Smit qeyd edib.  

 

Lakin Smit yeni tankın göstəriciləri barədə danışmayıb, bununla belə vurğulayıb ki, ən optimal variantlar üzərində çalışırlar. Və söyləyib ki, yeni texnika ən yüksək modern göstəricilərə malik olacaq və bütövlükdə Rusiya nümunələrini üstələyəcək.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür