Modern.az

Zakir Qaralov 4 rayona yeni prokuror təyin edib

Zakir Qaralov 4 rayona yeni prokuror təyin edib

8 İyul 2011, 17:53

Baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Azərbaycanın prokurorluq orqanlarında yeni təyinatlar olub. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov  məlumat verib.
Belə ki, Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru Kamran Əhmədov, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin böyük prokuroru Ariz Əliyev, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Azər Osmanov və Şəmkir rayon prokurorunun müavini Şıxəli Alməmmədov tutduqları vəzifələrdən azad ediliblər. Kamran Əhmədov Ağdam, Ariz Əliyev Kəlbəcər, Azər Osmanov Zəngilan və Şıxəli Alməmmədov Xocalı rayon prokuroru vəzifələrinə təyin ediliblər.


Mail Ağaxanov
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır