Modern.az

Ermənilər Gürcüstanda qarışıqlıq yaratmaq istəyir - Gürcüstanlı deputatdan şok AÇIQLAMA  

Ermənilər Gürcüstanda qarışıqlıq yaratmaq istəyir - Gürcüstanlı deputatdan şok AÇIQLAMA   

11 Yanvar 2018, 14:56

Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin bir neçə gün öncə parlamentdə çıxışı zamanı Ermənistandan gələn yüklərin fors-major hallarda Abxaziya və Cənubi Osetiyadan keçməklə Rusiyaya çatdırılması təklifi Azərbaycanda da etirazla qarşılanıb.Hökumət başçısı deyib ki, bu yoldan fors-major hallarda təkcə Ermənistan deyil, Türkiyə və digər ölkələr də istifadə edə bilər. Həmin vaxt Gürcüstan müxalifəti baş nazirin təklifini sərt tənqid edib.

 

Baş nazirin bu təklifi Ermənistan hökumətinin siyasi planlarına yaxın olduğundan hər vasitə ilə dəmiryol xəttinin açılmasına razıdırlar.

 

Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Azər Süleymanov  Modern.az-a açıqlamasında deyib ki, bu məsələ real ola bilməz.

 

“Baş nazir çox söz deyə bilər. Əgər bu gün Gürcüstanda torpaq məsələsi həll olunmasa, gürcü xalqı dəmir yol xəttinin açılmasına icazə verməz. Çünki torpaqlar dəmir yoluna qurban verilə bilməz. Ümumiyyətlə, Abxaziyadan dəmir yol xəttinin keçiriləcəyi söhbətlərinə ermənilər daha çox canfəşanlıq göstərirlər. Görünür, hansısa ölkələrin təzyiqi ilə qeyri-stabil vəziyyət yaratmaq istəyirlər”.

Azər Süleymanov ASALA erməni terror təşkilatının Gürcüstanda aktivləşəcəyinə dair yaranan söhbətlərə də aydınlıq gətirib.

 

“Gürcüstan 1990-cı illərin Gürcüstanı deyil. Suveren dövlətdir. Hansısa bir ölkənin terror təşkilatı orada ağalıq etməyi bacarmaz. Sadəcə olaraq onu deyə bilərəm ki,  ermənilərin təşkilatları qeyri-stabil şərait yaratmağa çalışırlar. ASALA da erməni terror təşkilatıdır. Hansısa vasitələrlə qarışıqlıq salmaq istəyirlər. Amma Gürcüstan hökuməti bu cür halların qarşısını zamanında alır. İnanmıram ki, ASALA terror təşkilatı Gürcüstanda geniş şəkildə baş qaldırsın. Amma ermənilər separatizm işlərinə həmişə əl atmağı sevirlər”.

 

Deputat Gürcüstanda yaşayan ermənilərlə azərbaycanlıların münasibətindən də  söz açıb.

 

“Gürcüstan demokratik ölkədir. Ermənilər, azərbaycanlılar normal qaydada yaşamağa davam edirlər. Düzdür, Cavaxetiyada  ermənilərin sayı daha çoxdur.

 

Azərbaycanlılar isə Marneulidə  daha çox yaşayırlar. Ümumiyyətlə, Gürcüstan hökuməti ölkəsində yaşayan qeyri-millətlərin stabilliyinə xüsusi fikir verir. Ermənilər isə Gürcüstanda erməni məsələsini həmişə diqqətdə saxlayır. Özgə torpaqlarında belə, nələrəsə iddialı olurlar. Bu, bir növ onların həyat tərzidir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər