Modern.az

Baş Prokurorluq 100 ştat vahidi üzrə işçi axtarırı

Baş Prokurorluq 100 ştat vahidi üzrə işçi axtarırı

8 İyul 2011, 19:06

Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 100 ştat vahidi üzrə müsabiqə elan edilib. Bu barədə Modern.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

"Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə, tam aşkarlıq şəraitində və şəffaf prosedurlar əsasında hökumət və qeyri-hökumət, beynəlxalq təşkilatlar və kütləvi informasiya vasitələri nümayəndələrinin müşahidəsi altında keçirilən əvvəlki 9 müsabiqə nəticəsində işə qəbul olunmuş 391 gənc mütəxəssis hazırda prokurorluq işçilərinin ümumi sayının 41 faizini təşkil edir-deyə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib..

Prokurorluq orqanlarına işə qəbulla bağlı müsabiqənin ikinci mərhələsi olan yazılı imtahan 21 iyul 2011-ci il tarixdə Azərbaycan Texniki Universitetinin "İdman Sarayı"nda keçiriləcək (ünvan: Bakı şəhəri, Ayna Sultanova küçəsi 5). İmtahan saat 10.00-da başlanıb saat 14-00-da qurtaracaq.

Namizədlər yalnız "Yazılı imtahana buraxılış vərəqəsi"ni və şəxsiyyət vəsiqəsini təqdim etməklə imtahanda iştirak edə bilərlər. "Yaddaş kitabçası"nda imtahanın keçirilmə qaydası barədə ətraflı məlumat verilib.

İmtahana buraxılmış namizədlər "Yaddaş kitabçası"nı və "Yazılı imtahana buraxılış vərəqəsi"ni 18-19 iyul 2011-ci il tarixlərdə saat 09.00-dan 18.00-dək Baş Prokurorluğun inzibati binasının Qəbul otağında (ünvan: Bakı şəhəri, N.Rəfibəyli küçəsi 7) şəxsiyyət vəsiqəsini təqdim etməklə ala bilərlər.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər