Qazaxıstanda son illərin ən sərt hava şəraiti qeydə alınıb. Yanvarın 11-də gecə saatlarından başlayan güclü qar fırtınası səbəbindən Qazaxıstan paytaxtında fövqəladə vəziyyət elan olunub. Paytaxt Astanada intensiv qar yağışı və şiddətli külək həyatı iflic edib. Modern.az Axar.az-a istinadən xəbər verir ki, sürəti saniyədə 76 kilometrə çatan qasırğa nəticəsində insanlar yollarda qalıb, bir çox obyektlərə və yaşayış binalarına ziyan dəyib. Şəhər daxilində nəqliyyatın hərəkəti təmin edilsə də, paytaxtın digər şəhərlərlə əlaqəsində fasilələr yaranıb. Eyni zamanda, Nursultan Nazarbayev adına Astana Beynəlxalq hava limanından uçuşlar təxirə salınıb.
Günorta saatlarında Astana şəhər icra hakimiyyəti yaydığı yazılı açıqlamada şəhərdə fövqəladə vəziyyət elan olunduğunu və vətəndaşların mümkün qədər evlərindən çıxmamaları barədə xəbərdarlıq edib. Eyni zamanda, səhər saatlarında sosial şəbəkələr vasitəsilə məktəblərdə və kolleclərin aşağı kurslarında dərslərin təxirə salındığı barədə xəbər verilib. Həyati əhəmiyyətli xidmətlər istisna olmaqla, digər təşkilatlara fəaliyyətlərini müvəqqəti olaraq dayandırmaq tövsiyə edilib. Ölkənin hidrometeorologiya xidmətindən yayılan açıqlamada qar çovğununun davam edəcəyi və havanın temperaturunun - 25 dərəcəyə qədər enəcəyi bildirilib.
Bununla belə, kəskin çovğuna baxmayaraq, gün ərzində şəhərdə nəqliyyatın hərəkətini asanlaşdırmaq məqsədilə yollarda qarın təmizlənməsi işləri fasiləsiz davam etdirilib. Astana meriyasından verilən məlumata görə, bu işlərə 1345 maşın cəlb edilib və 35 min ton qar şəhər kənarına daşınıb.
Qeyd edək ki, qış mövsümünün beş-altı ay davam etdiyi Astana şəhəri Monqolustanın paytaxtı Ulan-Batordan sonra dünyanın ikinci ən soyuq paytaxtı hesab olunur.
Azərbaycanla sərhəddə xüsusi əməliyyat - 11 İŞİD-çi öldürüldü
Azərbaycan neftinin SON QİYMƏTİ
Tarixi görüş sabah baş tutacaq
Bakıda bağçada insident: Uşaq döyülüb, yoxsa yıxılıb
Ahıllar üçün alternativ “Facebook” yaradıldı
Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb
Maarifçilik ideyalarına görə güllələnən Cümhuriyyət alimi və əlifba “inqilabçısı” - ARAŞDIRMA
Olimpiada “çempionları” və 600 bal toplayanları yetişdirən, rekorda imza atan ucqar kənd müəllimi - LAYİHƏ
Sabunçuda yaşayış binasında yanğın - 15 nəfər təxliyə edildi
"Beşiktaş" yarım qalan oyuna çıxmaqdan İMTİNA ETDİ
Çernobıl əlillərinin təqaüdü 181,5 manata çatdırıldı
“Mən seçilməsəm, heç kim seçilməyəcək” - PAŞİNYAN
ABŞ-ın dövlət katibi oldu - Pompeo
Dünyanın ən təhlükəli saytlarından biri bağlandı
Putin Karapetyanla Ermənistandakı vəziyyəti müzakirə etdi
Güləşçimiz erməni rəqiblərini məğlub edib çempion oldu
Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” keçirilib
SOCAR-la BP arasında yeni saziş imzalandı
Metroda sərnişinlər üçün YENİLİK - Yemək satılacaq
İlham Əliyev Böyük Britaniya Baş naziri ilə görüşdü
Rusiya XİN: "Ümid edirik ki, danışıqlar bəpra olunacaq"
İnam Kərimov nazirliyin tabeliyində olan müəssisələrlə tanış olub-FOTO
Sabah Bakının 2 rayonunda qaz olmayacaq
“Qaçqınkom”un sədri Dünya Bankının nümayəndələrini qəbul edib
Ölü dənizdə 10 nəfər itkin düşdü
DİN-də geniş əməliyyat müşavirəsi keçirilib
Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə ekskursiya
Mətbuat Şurası Zakir Fəxrinin 70 illiyinə toplandı
Böyük Britaniya səfirliyi Formula 1 ərəfəsində Bakıda tədbirlər keçirəcək
Hüseyn Abdullayevin həbsi barədə rəsmi məlumat yayıldı - Əlavə ittiham irəli sürüldü
Tramp Rusiyadan DANIŞDI: “Putindən də soruşa bilərsiniz”
Akademiyada doktorantura və dissertanturaya qəbul planı müzakirə olundu
Azərbaycan, İran və Rusiyanın energetika nazirləri protokol imzaladılar
Ədliyyə Nazirliyi daha 20 QHT-ni rəsmi qeydiyyata aldı
Manatın sabahkı MƏZƏNNƏSİ
Şərh yaz