Modern.az

Modern.az-ın işıqları yenə söndürülmüşdü

Modern.az-ın işıqları yenə söndürülmüşdü

23 Noyabr 2009, 18:24

Bu gün saat 14.50-dən 18.20-dək Nərimanov rayonu ərazisinin bir hissəsinə elektrik enerjisinin verilməsində növbəti problem yaşanıb. Bu, ərazidə yerləşən digər təşkilatlar kimi Modern.az-ın redaksiyasının da işini pozub. Həmin problemlə əlaqədar sayta vaxtlı-vaxtında xəbərlər yerləşdirmək mümkün olmayıb. Bizdən asılı olmayan səbəblərdən saytın fəaliyyətində məcburi fasilə yaranıb. Amma təəssüf ki, bu problemin təkrar yaşanmayacağına da təminatımız yoxdur. Vəziyyət belə davam etsə, deyəsən ünvanı dəyişmək məcburiyyətində qalacağıq.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi