Modern.az

İkili standartlar münaqişələrin həllinə mane olur

İkili standartlar münaqişələrin həllinə mane olur

11 Yanvar 2018, 23:36

Azərbaycan ATƏT-in İtaliya sədrliyinin hərbi-siyasi məsələlər üzrə dialoqa yardım etmək niyyətini dəstəkləyir. Modern.az “Trend”ə istinadən xəbər verir ki, bunu ATƏT-in Daimi Şurasının Vyanada keçirilən xüsusi iclasında Azərbaycan nümayəndə heyəti ATƏT-ə sədrlik edən İtaliyanın xarici işlər naziri Angelino Alfanonun çıxışına cavab olaraq bəyanatında bildirib.

 

Bəyanatda qeyd olunub ki, Azərbaycan İtaliyanın bu çətin dövrdə təşkilata sədrliyin məsuliyyətini üzərinə götürmə istəyini yüksək qiymətləndirir: "Bizim italiyalı həmkarlarımız qarşıda duran vəzifələrin həyata keçirilməsində Azərbaycan nümayəndə heyətinin aktiv və konstruktiv iştirakına ümid edə bilər".

 

Nümayəndə heyəti həmçinin bəyanatda qeyd edib ki, mövcud münaqişələr milyonlarla insanı onların əsas hüquq və azadlıqlarından məhrum edir: "Onların bu çətin vəziyyətini yalnız münaqişədə olan ölkələrin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış dövlət sərhədlərinin toxunulmazlığı əsasında ədalətin bərpası və qanunun aliliyi yolu ilə səmərəli şəkildə həll etmək olar. Bəzi ölkələr tərəfindən tətbiq edilən ikili standartlar münaqişələrin sülh yolu ilə həlli istiqamətində səylərə mane olur".

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər