Modern.az

Universitetlərdə elmi iş müdafiə edənlər - 2017-də hansı ali məktəb öndə olub? - SİYAHI  

Universitetlərdə elmi iş müdafiə edənlər - 2017-də hansı ali məktəb öndə olub? - SİYAHI   

Təhsil

12 Yanvar 2018, 08:57

Həm dövlət, həm də özəl universitetlərdə  hər il mütəmadi olaraq elmi işlər müdafiə edilir. Bunun əsasında bir sıra universitet əməkdaşları elmi adlara sahib olurlar.

Maraqlıdır, 2017-ci ildə Azərbaycan ali təhsil ocaqlarında neçə elmi iş müdafiə olunub? Universitet əməkdaşları hansı adlar ala biliblər?

Modern.az saytı bununla bağlı bir neçə ali təhsil müəssisinə müraciət edib.


Azərbaycan Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev:

“2017-ci ildə Azərbaycan Texniki Universitetində (AzTU) 14 nəfərin işi fəlsəfə doktorluğu üzrə müdafiəyə təqdim edilib. 5 nəfərin işi isə elmlər doktorluğu üzrə təqdim olunub. Ümumilikdə 19 nəfər elmi ad alıb, yaxud da elmi ad almaq üçün təqdim olunub. Qeyd etmək istərdim ki, müdafiəyə təqdim olunan elmi işlərin hər biri ölkənin sənayesinin, texniki elminin inkişafı üçün son dərəcə mühüm mövzulardır. Məsələn, elmlər doktoru adını alan Sevda Qasımovanın mövzusu "Əks etdirməyən mikrodalğa ölçüləri və onların dielektrik, maqnit parametrlərinin ölçülməsi üsullarının işlənməsi"dir. Bu mövzu müdafiə sənayemiz üçün zəruri mövzudur. Sevda  Qasımova bu mövzunu müdafiə etməklə hərbi obyektlərin düşmən tərəfindən aşkar olunmasını mümkünsüzləşdirib. Belə ki, Dopler qanuna görə, siqnal göndərərək əks olunma ilə obyektin yerini müəyyən etmək mümkündür. Bu, ötürücüdən qəbulediciyə siqnal göndərilərkən qəbuledicinin siqnalı əks etdirməsi nəticəsində baş verir. Sevda Qasımovanın mövzusunda əks etdirmənin aradan qaldırılma yolları göstərilib. Bu işə əsasən, biz elə bir qəbuledici hazırlaya bilərik ki, o siqnalı tamamilə udsun, əks etdirməsin.

Bilirsiniz, hərbi sənayesi yüksək inkişaf etmiş ölkələr bu texnalogiyaya sahibdirlər. Onlar bu texnalogiyanı bəzən bizlərə satmırlar, yaxud da çox yüksək qiymətə satırlar. Bu baxımdan bu elmi işi sənayemiz, xüsusi ilə hərbi sənayemiz üçün böyük yenilik hesab etmək olar”.

Azərbaycan Dövlət Pedaqoji Universitetin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri  Mənsur İbrahimov:

“2017-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşlarından  6 nəfər elmlər doktorluğu dissertasiyası, 20 nəfər  isə fəlsəfə doktorluğu dissertasiyası müdafiə edib”.


Memarlıq və İnşaat Universitetinin mətbuat xidmətinin rəhbəri Nəcibə Mirzəyeva:

“Azərbaycan Memarlıq və İnşaat Universitetində elmi işlərin müdafiəsi üzrə iki Dissertasiya Şurası fəaliyyət göstərir: Memarlıq və texniki elmlər üzrə.

Memarlıq üzrə Dissertasiya Şurasında 2017-ci ildə 6 müəllim elmi iş müdafiə edib. 5-i fəlsəfə doktoru proqramı üzrə, 1 nəfər - Emir Hüseynov isə elmlər doktoru proqramı üzrə müdafiə edib. Texnika üzrə Dissertasiya Şurasında isə 2017-ci ildə 3 müəllim fəlsəfə doktoru proqramı üzrə müdafiə edib. Ümumilikdə 6 şəxs memarlıq, 3 şəxs texnika üzrə müdafiə edib. 2017- ci ildə Ali Attestasiya Komissiyasından yalnız 2 müəllim - İradə Şirinzadə professor, Aqil Mürsəlov dosent adını alıb”.

Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətinin rəhbəri Günel Aslanova:

2017 ci ildə ATU-da fəaliyyət göstərən 5 Dissertasiya Şurasından ümumilikdə 28 iş müdafiə olunub.Bunlardan 4-ü elmlər doktoru, 24-ü fəlsəfə doktoru elmi adı almaq üçün müdafiə olunan elmi işlərdir”.

Azərbaycan Dillər Universitetinin (ADU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ağa Cəfərli:

“Azərbaycan Dillər Universiteti nəzdində Dissertasiya Şurasında 2017-ci ildə müdafiə edən doktorant və dissertantların sayı 21 nəfərdir. Bunlardan 17-si filologiya üzrə fəlsəfə doktoru,  2-si pedaqogika üzrə fəlsəfə doktoru, 3-ü isə filologiya üzrə elmlər doktoru  istiqamətində müdafiə işlərini aparıb”.

Bakı Avrasiya Universitetinin mətbuat şöbəsinin rəhbəri Şəfayət Əliyev:

“2017-ci ildə universitet əməkdaşları müxtəlif dissertasiya  istiqamətləri üzrə elmi iş müdafiə edib. Onlardan türk və xarici ölkə filologiyası kafedrasının 2 əməkdaşı elmlər doktoru, o cümlədən regionşünaslıq və iqtisadiyyat kafedrasının  1 müəllimi professor elmi adı, 3 əməkdaşımız dosent, 1 əməkdaşımız isə tarix üzrə fəlsəfə doktoru adını alıb”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub