26 aprel 2018, Cümə axşamı
Ana Səhifə - GÜNDƏM - “Azərbaycan dilinin saflığının qorunması” müzakirə olundu
“Azərbaycan dilinin saflığının qorunması” müzakirə olundu +
12.01.2018, 10:55

Yanvarın 11-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan dilçiliyi kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının (ETL) birgə təşkilatçılığı ilə “Azərbaycan dilinin saflığının qorunması” mövzusunda dəyirmi masa keçirilib.

 

Modern.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Adil Babayev hər hansı xalqın böyüklüyünün onun say tərkibindən yox, beynəlxalq nüfuzu, fəaliyyəti, təbliğ etdiyi dəyərlərdən asılı olduğunu bildirib. O, əlavə edib ki, bu baxımdan Azərbaycan xalqı böyük xalqdır. “Dil millət varlığının yeganə amilidir” -deyən A.Babayev dəyirmi masanın dilin saflığının qorunmasına həsr edildiyini qeyd edərək tədbirin siyasi, mənəvi-ictimai və tədris məsələlərinə xidmət etdiyini bildirib. A.Babayevin sözlərinə görə, Ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra ana dilimizin qorunmasına xüsusi önəm verib. Ulu öndərin dilimizin zamanın tələblərinə uyğunlaşması və təkmilləşdirilməsinə  xidmət edən fərman və sərəncamlarından söz açan professor bu ənənənin ölkə prezidenti İlham Əliyevin siyasətində də öz əksini tapdığını sözlərinə əlavə edib.

 

AMEA-nın Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, dosent Sevinc Əliyeva mövzunun aktuallığını ön plana çəkərək məsələnin respublika rəhbərliyi səviyyəsində həll olunduğunu qeyd edib. Dili xalqın etnomədəni göstəricisi, onun tarixini, mədəniyyətini özündə əks etdirən bir vasitə kimi xarakterizə edən S.Əliyeva qloballaşma dövründə dilə yad elementlərin daxil olduğunu söyləyib və bu inteqrasiya prosesində ana dilimizin daxili saflığı, müstəqilliyi və milliliyinin qorunmasının zəruriliyini vurğulayıb. Daha sonra S.Əliyeva dilin qorunmasında önəmli olan faktorlardan, dilin zənginləşməsi prosesindən, KİV-də ədəbi dilin normalarının pozulması və s.-dən söz açıb.

 

Azərbaycanşünaslıq ETL-in elmi işçisi Elçin İbrahimov Azərbaycan ədəbi dilinin saflığının qorunmasında dövlətin apardığı dil siyasəti və dillə bağlı qəbul edilmiş sərəncamlar haqqında,Azərbaycan dilçiliyi kafedrasının dosenti Yeganə Hacıyeva, həmin kafedranın müəllimi Aynur Səfərli təhsil müəssisələrində şagird və tələbələrə ədəbi dil normalarının düzgün formada öyrədilməsinin zəruriliyi, dil haqqında qanunlar, dil siyasətinin hökumətin prioritet məsələlərindən olmasından danışıblar.

 

 

AMEA-nın Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu dili xalqın ən böyük sərvəti kimi qiymətləndirib və onu qorumağın hər bir vətəndaşın mənəvi borcu olduğunu söyləyib. Ana dilinə sevginin beşikdən başladığını qeyd edən akademik bu işdə valideynlərin mühüm rol oynadığını vurğulayıb. M.Nağısoylu daha sonra ana dilinin saflığının qorunmasını və ədəbi dil normalarına əməl etməyi tövsiyə edib. O, ADU ilə Dilçilik İnstitutunun müştərək layihələr həyata keçirməsi, eyni zamanda lüğətlər, danışıq kitabları, əcnəbilər üçün dərsliklər hazırlanması istiqamətində təkliflər səsləndirib.

 

 

Sonda çıxış edən ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla dilin qorunmasının onun inkişafını şərtləndirdiyini bildirib və qorumaqla inkişafı bir-birini tamamlayan anlayışlar kimi xarakterizə edib. Onun sözlərinə görə, dilin qorunması ilə bağlı bir çox məsələlərdə dəqiq meyarlar tapılmalıdır. Dilin qorunması onun qrammatikasını öyrənməklə yanaşı, qanun və  qaydalarının yeni nəsilə ötürülməsi ilə bağlıdır və eyni zamanda onun tədqiq kontekstinin genişlənməsi ilə əlaqədardır. Bu mənada dilçilərlə birlikdə ali məktəb strukturunun müxtəlif sahələrinin nümayəndələrinin görüşlərinə böyük ehtiyac var. Rektor bədii ədəbiyyatın mütaliə olunmasının da dilin saflığının qorunması məsələsində vacib olduğunu vurğulayıb. “Hər hansı bir dəyişmə inkişaf etməkdir”-deyən K.Abdulla bildirib ki, dilin inkişafının mahiyyətini düzgün anlamaq lazımdır.

 

 

Rektor çıxışının sonunda bu tip tədbirlərin mütəmadi olmasının zəruriliyini diqqətə çatdıraraq kafedraların müştərək tədbirlər təşkil etməsini tövsiyə edib.

 

Dəyirmi masa müzakirələrlə yekunlaşıb.

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Dünyanın ən varlı terror təşkilatı məlum oldu  
26.04.2018, 00:12

Dünyanın ən varlı terror təşkilatı məlum oldu  

Türkiyədə silahlı toqquşma: 1 şəhid, 4 yaralı   
26.04.2018, 00:09

Türkiyədə silahlı toqquşma: 1 şəhid, 4 yaralı  

Putin Sarkisyana zəng vurub
26.04.2018, 00:07

Putin Sarkisyana zəng vurub

Nalbandyan Moskvaya getdi
26.04.2018, 00:01

Nalbandyan Moskvaya getdi

Azərbaycan  Cümhuriyyətinin 100 illiyi ilə bağlı yeni medal təsis edilir
25.04.2018, 23:10

Azərbaycan  Cümhuriyyətinin 100 illiyi ilə bağlı yeni medal təsis edilir

Azərbaycan nefti yenə bahalaşdı
25.04.2018, 23:00

Azərbaycan nefti yenə bahalaşdı

Azərbaycanlı professor beynəlxalq  mükafata layiq görülüb
25.04.2018, 21:41

Azərbaycanlı professor beynəlxalq  mükafata layiq görülüb

Rəsmi Moskva Ermənistandakı vəziyyətə münasibət bildirdi
25.04.2018, 21:35

Rəsmi Moskva Ermənistandakı vəziyyətə münasibət bildirdi

ATƏT-in baş katibi Azərbaycan prezidentini təbrik edib
25.04.2018, 21:05

ATƏT-in baş katibi Azərbaycan prezidentini təbrik edib

Avropanın ən çox və ən az  borcu olan ölkələri bunlardır 
25.04.2018, 21:00

Avropanın ən çox və ən az  borcu olan ölkələri bunlardır 

FİFA-nın prezidenti "Qarabağ"ı təbrik edib
25.04.2018, 20:54

FİFA-nın prezidenti "Qarabağ"ı təbrik edib

Ermənistanda hakim koalisiya dağılıb
25.04.2018, 20:53

Ermənistanda hakim koalisiya dağılıb

Bakıda 6500-ə yaxın şagird “İnformatika” fənnini yeni formatda öyrənir
25.04.2018, 20:48

Bakıda 6500-ə yaxın şagird “İnformatika” fənnini yeni formatda öyrənir

AŞPA azərbaycanlı məcburi köçkünlərə dair qətnamə qəbul edib
25.04.2018, 20:35

AŞPA azərbaycanlı məcburi köçkünlərə dair qətnamə qəbul edib

Bakının bu hissələrində sabah qaz olmayacaq
25.04.2018, 20:26

Bakının bu hissələrində sabah qaz olmayacaq

Azərbaycanda yeni növ avtomobil və gəmi yanacağı istehsal ediləcək
25.04.2018, 20:14

Azərbaycanda yeni növ avtomobil və gəmi yanacağı istehsal ediləcək

“Qaçqınkom” Gəncədəki yanğınla bağlı açıqlama verdi
25.04.2018, 18:53

“Qaçqınkom” Gəncədəki yanğınla bağlı açıqlama verdi

Məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada yanğın olub
25.04.2018, 18:44

Məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada yanğın olub

“Fenerbahçe” – “Beşiktaş” oyunu qaldığı yerdən davam etdiriləcək
25.04.2018, 18:31

“Fenerbahçe” – “Beşiktaş” oyunu qaldığı yerdən davam etdiriləcək

Zakir Həsənov Çinə səfər edəcək
25.04.2018, 18:25

Zakir Həsənov Çinə səfər edəcək

Salyanda 28 yaşlı gənc özünü bıçaqlayaraq öldürüb
25.04.2018, 18:14

Salyanda 28 yaşlı gənc özünü bıçaqlayaraq öldürüb

“Böhtan atan şəxs öz vicdanı və Allah qarşısında məsuliyyət daşıyır...”
25.04.2018, 18:05

“Böhtan atan şəxs öz vicdanı və Allah qarşısında məsuliyyət daşıyır...”

İlham Əliyevin Türkiyə səfəri başa çatdı
25.04.2018, 17:57

İlham Əliyevin Türkiyə səfəri başa çatdı

PA işçiləri üçün tikilən  yaşayış kompleksi gələn ilin payızında istifadəyə veriləcək
25.04.2018, 17:55

PA işçiləri üçün tikilən  yaşayış kompleksi gələn ilin payızında istifadəyə veriləcək

Bu yolda hərəkət məhdudlaşdırılacaq   
25.04.2018, 17:43

Bu yolda hərəkət məhdudlaşdırılacaq  

DİN Bakıda məktəblinin zorlanması xəbərinə münasibət bildirdi
25.04.2018, 17:25

DİN Bakıda məktəblinin zorlanması xəbərinə münasibət bildirdi

Yerevanın mərkəzinə zirehli texnika yeridildi
25.04.2018, 17:18

Yerevanın mərkəzinə zirehli texnika yeridildi

Manatın sabahkı MƏZƏNNƏSİ 
25.04.2018, 17:15

Manatın sabahkı MƏZƏNNƏSİ 

“Onlar Prezidentin etimadını doğruldacaqlar”    
25.04.2018, 16:45

“Onlar Prezidentin etimadını doğruldacaqlar”  

Bakıda daha bir piyada ölümü
25.04.2018, 16:34

Bakıda daha bir piyada ölümü

İlham Əliyev Ankaradan dünyaya mesaj verdi 
25.04.2018, 16:28

İlham Əliyev Ankaradan dünyaya mesaj verdi 

Yarımçıq qalmış “Fənərbağça" - "Beşiktaş" matçı barədə son qərar verildi   
25.04.2018, 16:28

Yarımçıq qalmış “Fənərbağça" - "Beşiktaş" matçı barədə son qərar verildi  

Prezidentin sərəncamı 11193 nəfərə şamil olunacaq - AÇIQLAMA   
25.04.2018, 16:15

Prezidentin sərəncamı 11193 nəfərə şamil olunacaq - AÇIQLAMA  

Ermənistanda 10-a yaxın partiya Paşinyanı dəstəklədi
25.04.2018, 16:13

Ermənistanda 10-a yaxın partiya Paşinyanı dəstəklədi

İlham Əliyevlə Ərdoğanın təkbətək görüşü - YENİLƏNİB 
25.04.2018, 16:12

İlham Əliyevlə Ərdoğanın təkbətək görüşü - YENİLƏNİB 

ARXİV
SORĞU
Ali məktəblərə qəbul imtahanlarının qiymətlərinə necə baxırsınız?
İmtahan qiymətləri çox yüksəkdir(5.68%)
İmtahan qiymətləri normalıdr(4.54%)
İmtahan qiymətləri aşağıdır(2.27%)
Qiymətlər ləğv edilməli, imtahanlar pulsuz olmalıdır(70.4%)
İmtahan qiymətləri azaldılmalıdır(5.68%)
İmtahan qiymətləri artırılmalıdır(11.3%)