Modern.az

“Putinin müdaxiləsinə qarşı iş aparırlar, Tramp buna mane olur” – Məşhur senatordan İTTİHAM

“Putinin müdaxiləsinə qarşı iş aparırlar, Tramp buna mane olur” – Məşhur senatordan İTTİHAM

Dünya

12 Yanvar 2018, 11:01

ABŞ siyasətinin tanınmış simalarından olan senator Ben Kardin Rusiya və Amerika rəhbərlərini müqayisə edən təhlil yazısı ilə çıxış edib.

 

Modern.az saytının məlumatına görə, Ben Kardin nüfuzlu “The Washington Post” nəşrində yazıb ki, Rusiya prezidenti Vladimir Putin 20 ildir yorulmadan xarici demokratik institutlara, universal dəyərlərə və qanunun aliliyinə qarşı mübarizə aparır.

 

Senatorun fikrincə, Putin əlində olan resursların köməyi ilə kiberhücumlar həyata keçirir, dezinformasiyalar dövriyyəyə buraxır, Rusiyanın maraqlarına xidmət edən siyasi qrupları dəstəkləyir və hətta hərbi təcavüzə əl atır.

 

“Putin məhz belə texnikalardan istifadə edir, çünki hazırda onun, Rusiyanın mövqeləri zəifləyir. Ölkə iqtisadiyyatı laxlayır, Rusiya ordusu dünyada ikinci növ ordular sırasındadır. Buna görədir ki, Putinin son bir neçə il ərzində hücumları daha intensiv və mürəkkəb oldu”- Ben Kardin belə yazıb.

 

Onun sözlərinə görə, Amerikanın Avropadakı partnyorları özünü Rusiyadan daha yaxşı qorumalıdır. Ben Kardin ABŞ prezidenti Donald Trampı da kəskin tənqid edib, onu milli təhlükəsizliyə zərər verməkdə təqsirləndirib.

 

“Rəhbərlikdə olan bəzi şəxslər Amerikanın milli təhlükəsizliyini qorumaq üçün səylər edirlər, Rusiyanın stabilliyi pozmağa yönəlik addımlarına qarşı tədbirlər görməyə çalışırlar. Lakin buna bir nəfər mane olur – və o, ABŞ prezidentidir”-deyə Kardin bildirib.

 

Senator həyəcan təbili çalıb, yazıb ki, əgər Amerika təcili adekvat cavablar verməsə, Moskva rejimi daha çox ürəklənəcək, Avropada sabitliyi dağıtmağa çalışacaq, 2018-ci ildə Konqressə keçiriləcək seçkilərə, 2020-ci ildə isə prezident seçkilərinə müdaxilə imkanlarını artıracaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir