Modern.az

Ya ailə, ya da iş... - İlk övladını dünyaya gətirən qadınların yaş həddi ARTIR  

Ya ailə, ya da iş... - İlk övladını dünyaya gətirən qadınların yaş həddi ARTIR   

12 Yanvar 2018, 11:35

Dünyada iş qadınları arasında ilk övladın gec dünyaya gətirilməsi halları geniş yayılıb. Əksər  qadınlar erkən yaşda evlənsələr  də, uzun illər uşaq dünyaya gətirmirlər. Bəzən hamiləliklərin gecikməsinin tibbi səbəblərlə bağlı olmasına baxmayaraq, bu, əksər qadınların şəxsi seçimidir.

Ekspertlərin fikrincə, qadınlar indiki dövrdə gec ərə gedir və karyera yüksəlişi onlar üçün daha önəmli olduğuna görə təhsilə üstünlük verirlər. Cəmiyyət və ictimai siniflər də qadınların evlilik və ilk uşağını dünyaya gətirdiyi ortalama yaş həddinə  təsirini artırır. Bəzi ölkələrdə qadınların ilk ana olduqları yaş həddi 31 yaşdır ki, bu siyahıya Yunanıstan, Avstraliya, Cənubi Koreya, Yaponiya və İtaliya daxildir.

Yunanıstan uşaqların müdafiəsinə görə dünyada ən yaxşı 19 ölkədən biri hesab edilir. Lakin ənənəvi mühafizəkar ailə dəyərləri hələ Aralıq dənizinin digər ölkələrində olduğu kimi, Yunanıstanda da qorunub saxlanılmaqdadır. Yunanıstanda boşanmaların sayında azalma müşahidə olunsa da, orada gender bərabərsizliyi hələ də yüksək səviyyədədir. Orada ilk dəfə ana olan qadınların orta yaş həddi 31.20-dir və onlar dünyada ən yüksək ortalama yaş həddinə sahibdirlər.

Ən yüksək yaş ortalaması düzgün və formal uşaq baxımının olmaması, qeyri-kafi iş mühiti və sosial ayrı-seçkiliklə bağlıdır. Qadınların qarşılaşdıqları çətinliklər onları ailə və iş arasında seçim etmək məcburiyyətində qoyur.  Ölkədəki böhranla əlaqədar olaraq qadınların əksəriyyəti işləməyi seçir, uşaq dünyaya gətirməyi gecikdirirlər.

Böyük Britaniyada ilk övladını dünyaya gətirən qadınların orta yaş həddi 2000-ci ildə 25 olduğu halda, 2017-ci il üzrə 26 yaş və üzərində dayanır.

Modern.az-ın məlumatına görə, tədqiqatlar nəticəsində müəyyən olunub ki, son illər ərzində demək olar ki, bütün dövlətlər, əcnəbi və etnik kateqoriyalar arasında yaş həddi bir dərəcə olsa belə,   artıb. İlk dəfə ana olanların ortalama yaş həddi dünya ölkələrində fərqlidir.


Qadınların ilk dəfə ana olduqları ortalama yaş həddinin ən yüksək olduğu ölkələr:


1. Yunanıstan (31.20)

2. Avstraliya (30.50)

3. Şimali Koreya, Yaponiya və İtaliya (30.30)

4. İsveçrə və Lüksemburq (30.20)

5. Sinqapur, İspaniya, Honq Konq və İrlandiya (29.80)

6. Hollandiya (29.40)

7. Almaniya və Portuqaliya (29.20)

8. Danimarka (29.10)

9. İsveç (28.90)

10. Sloveniya (28.80)

 

Qadınların ilk dəfə ana olduqları ortalama yaş həddinin ən aşağı olduğu ölkələr:


1. Angola (18)

2. Bangladeş və Nigeriya (18.10)

3. Çad (18.20)

4. Mali (18.60)

5. Qvineya, Uqanda, Mozambik və Malavi (18.90)

6. Tanzaniya and Efiopiya (19.60)


Azərbaycan və Azərbaycana qonşu olan ölkələrdə ortalama yaş həddi:

Azərbaycan ( 25 )

Türkiyə  ( 22.30 )

Rusiya ( 24.60 )

Gürcüstan ( 24 )

Ermənistan  ( 25 )

Türkmənistan ( 24.60 )

Qazaxıstan  ( 25 )

Rəsmi məlumatlara görə, Ermənistanda 1990-cı ildə qadınlar orta hesabla ilk övladlarını 23 yaşında, 2016-cı ildə isə 25 yaşında dünyaya gətirib. 2016-cı ildən ilk dəfə 35-39, 40-44 yaşlarında ana olan qadınların sayı da artıb.

Erməni ekspertlərinin fikrincə, ailə qurmuş cütlüklərözlərini yetəri qədər imkanlı hesab etmədikləri üçün uşağın minimal ehtiyaclarını ödəyə bilməməkdən çəkinirlər. Çoxlarının mənzili yoxdur. Onlar mənzil problemini həll edəcəkləri vaxtı gözləyir və yalnız bundan sonra övlad sahibi olurlar. Bu da, təbii olaraq, qadınların ilk dəfə ana olduqları ortalama yaş həddinə təsirsiz ötüşmür.

Araşdırmalar nəticəsində aydın olub ki, hamiləliyini müəyyən səbəblərdən, bilərəkdən gecikdirən qadınlar erkən yaşda ana olan qadınlara nisbətən karyera və təhsil sahəsində daha çox uğur əldə edə biliblər. Onların orta təhsil səviyyələri erkən yaşda doğum edən qadınlarla müqayisədə daha yüksəkdir. Müxtəlif səbəblərdən dolayı gec ailə quran və ya başqa səbəblərdən dolayı 35 yaşa kimi hamilə qalmayan qadınlar ana olmaq qərarı verəndə çətin bir dönəm yaşayırlar. Çünki hamiləliyin yaranmasında və davamında müəyyən problemlər yarana bilər. Ümumiyyətlə, qadınların yumurtalıqlarının ən məhsuldar yaş dövrü 20-32 yaş arasıdır. Gecikmiş hamiləlik çox risklidir, bu yaşda qadınların daun sindromlu uşaq dünyaya gətirmək ehtimalı çoxdur.


Nəzrin CAVİD

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər