Modern.az

Jurnalist Əfqan Muxtarlıya 6 il iş kəsildi - YENİLƏNİB

Jurnalist Əfqan Muxtarlıya 6 il iş kəsildi - YENİLƏNİB

12 Yanvar 2018, 15:21

Jurnalist Əfqan Muxtarlıya 6 il həbs cəzası kəsildi. Modern.az xəbər verir ki, yanvarın 12-də Balakən Rayon Məhkəməsində hakim Hümbət Səlimov jurnalistə belə hökm çıxarıb.

***

Bu gün Balakən Rayon Məhkəməsində jurnalist Əfqan Muxtarlının barəsində olan cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Modern.az "Report"a istinadən xəbər verir ki, hakim Hümbət Səlimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında Ə.Muxtarlının 8 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Məhkəmə heyəti müşavirəyə gedib.

Qeyd edək ki, Ə.Muxtarlı mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən Ə.Muxtarlı xidmət əməkdaşlarına müqavimət göstərib. Ə.Muxtarlı inzibati qaydada tutularaq üzərində şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanaraq götürülüb.

Ona Cinayət Məcəlləsinin 318-ci (Dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb.

Səbail Rayon Məhkəməsində Ə.Muxtarlı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Daha sonra həbs qətimkan tədbiri bir neçə dəfə uzadılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?