Modern.az

Ukraynada avtoxuliqanlıq edən bakılı qadın qalmaqal yaratdı - FOTOLAR

Ukraynada avtoxuliqanlıq edən bakılı qadın qalmaqal yaratdı - FOTOLAR

Ölkə

12 Yanvar 2018, 13:20

Ukraynada bahalı maşınlarda gəzərək, yol hərəkəti qaydalarını pozan, qəzalar törədən 26 yaşlı azərbaycanlı Elnarə Əbiyeva yerli medianın haqqında ən çox danışılan personajına çevrilib.

 

Modern.az saytı Ukrayna KİV-nə istinadən xəbər verir ki, sonuncu dəfə Lvov şəhərində tramvay yollarında avtomobil sürdüyü üçün polis tərəfindən saxlanılan Əbiyeva hadisə zamanı narkotik maddənin təsiri altında olub. Polislərin tələbinə məhəl qoymayaraq, avtomobili asayiş keşikçiləinin üzərinə sürən Əbiyeva onların xəsarət almasına səbəb olub.

 
Daha sonra qara rəngli “Peugeot” avtomobili ilə ərazini tərk edən azərbaycanlı avtoxuliqan hələ də həbs olunmayıb. Sosial şəbəkələrdəki şəxsi profillərində isə Elnarə Əbiyeva kiçi kqızı ilə Bakıdakı istirahətindən fotolar paylaşır. Hadisə ilə bağlı isə “mənim polislərə yazığım gəlmir. Mən ulduzam və ürəyimdə bir okean sevgi var” –deyə şərh yazıb.

 

 

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub