Modern.az

Qarətçilər Azercell-ə 34 min manat ziyan vurublar

Qarətçilər Azercell-ə 34 min manat ziyan vurublar

9 İyul 2011, 15:16

Bakıda Azercell şirkətinin əməkdaşlarına silahlı basqın olub. Bu barədə APA-ya Nərimanov rayon Polis İdarəsindən məlumat verilib. Hadisə rayonun Atatürk prospektində qeydə alınıb.
Azercell-in əməkdaşları Namiq Hüseynov və Bayram Bayramov şirkətin Nərimanov rayonundakı ofisindən çıxaraq özlərinə məxsus «VAZ-2107» markalı avtomobillə Atatürk prospekti ilə hərəkət ediblər. Şirkətdən çıxarkən onların üzərində 34 min manat olub. Onlar həmin pulu banka aparırmış.

İşıqforda avtomobili saxlayarkən naməlum avtomobildən düşən bir neçə şəxs N. Hüseynov və B. Bayramova tapança ilə basqın ediblər. Basqınçıların əlində odlu silahdan başqa qaz balonu və soyuq silah da olub. Naməlum şəxslər N. Hüseynov və B. Bayramova kəsici alətlə xəsarət yetirib, onların əlindəki pulu alaraq hadisə yerindən qaçıblar.

Hazırda polis hadisəni törədən şəxsləri axtarır.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir