Modern.az

Vəkil olmaq istəyənlərin imtahanı keçiriləcək

Vəkil olmaq istəyənlərin imtahanı keçiriləcək

12 Yanvar 2018, 14:01

Vəkillər Kollegiyası vəkil olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. Qurumdan Modern.az-a verilən məlumata görə, vəkilliyə namizədlərlə yazılı test imtahanının Dövlət İmtahan Mərkəzi ilə birgə, cari ilin yanvar ayının 28-də keçirilməsi nəzərdə tutulur. İmtahanın yeri, o cümlədən buraxılış vərəqələrinin təqdim olunması və s. məsələlərə dair məlumatlar yaxın günlərdə mətbuat vasitəsilə veriləcək.

Namizədlər sənəd qəbulu 9 dekabr 2017-ci il tarixdə başlamış, bu ilin yanvar ayının 11-də yekunlaşmışdı. Sənəd qəbulu nəticəsində namizədlərin sayı 2000-ə yaxın olub

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir