Modern.az

Trampın “cındır ölkələr” ifadəsi diplomatik qalmaqal yaratdı

Trampın “cındır ölkələr” ifadəsi diplomatik qalmaqal yaratdı

12 Yanvar 2018, 14:53

ABŞ prezidenti Donald Trampın Haiti dövlətini nəzərdə tutaraq işlətdiyi “cındır ölkələrdən gələn miqrantlar” ifadəsi diplomatik qalmaqal yaradıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, artıq Haiti hökuməti ABŞ rəsmilərindən Trampın bəyanatı ilə bağlı izahat tələb edib.


“Biz ABŞ səfirindən izahat tələb edirdik. Trampın səsləndirdiyi fikirlər yanlış stereotiplərə əsaslanır”.

 

Tramp konqresmenlərlə görüşü zamanı "Haiti və digər cındır ölkələrdən" miqrant qəbul etmək istəmədiyini demişdi.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi