Modern.az

Qışda YAZ HAVASI - Ekoloq səbəblərdən danışdı

Qışda YAZ HAVASI - Ekoloq səbəblərdən danışdı

Aktual

12 Yanvar 2018, 15:17

Son günlər Bakıda və Abşeron yarımadasında, eləcə də regionlarda müşahidə olunan mülayim hava qışdan çox yaz fəslini xatırladır. Bəziləri qışda yaz havasının fəsadlarından danışır. İnsanlar arasında yayılan bəzi xəstəlikləri çoxları  qış fəslinə uyğun olmayan bu günəşli və yağıntısız hava ilə əlaqələndirir, müşahidə olunan hava şəraitini qış fəsli üçün anomal hesab edirlər.

Havaların mülayim keçməsi nə ilə əlaqədardır?


Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov Modern.az-a açıqlama verib:

“Hava temperaturunun kəskin  düşüb-qalxması iqlim dəyişikliyi ilə əlaqədardır. Amma normalda isti yanvar ayları hər zaman müşahidə edilib. Məsələn, bu dəqiqə Amerika  qarın, çovğunun içində batır. Moskvada isə temperatur 3-5 dərəcədir. Bax bu hallar iqlim dəyişilmələrinə aiddir. Qış aylarında havanın mülayim keçməsinə səbəb isə hava axınlarıdır. İsti yerlərdən ölkə ərazisinə daxil olan hava cərəyanları yanvarın mülayim keçməsinə səbəb olan amildir”.

G.Süleymanov qeyd edib ki, sabahdan etibarən havalar soyumağa başlayacaq:

“Lakin hava durumu belə qalmayacaq və dəyişəcək. Yanvar ayının orta temperaturu saxlanılacaq. Ayın 13-dən başlayaraq ölkə ərazisində qış fəsli özünü göstərəcək.

Ümumiyyətlə son 30-40 ildə iqlim dəyişiklikləri ilə əlaqədar olaraq adətən qışda isti hava dalğaları daha çox yayılır.  Bu baxımdan əksər ölkələrdə qış  daha mülayim keçir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?