Modern.az

Millət vəkilləri Şamaxıda toy mərsimində iştirak ediblər

Millət vəkilləri Şamaxıda toy mərsimində iştirak ediblər

9 İyul 2011, 15:56

Milli Məclisinin bir qrup deputatı Azərbaycanda qonaq olan Belçika parlamentinin 5 üzvü ilə birgə Şamaxıdan seçilən millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə iyulun 7-də bu rayonda səfərdə olublar. Bu barədə Modern.az-a E.Süleymanovun rəhbəri olduğu AVCİYA təşkilatından məlumat verilib.
Bildirilib ki, qonaqlar əvvəlcə Şamaxı Rayon İcra Hakimiyyətində olaraq icra başçısı Asif Məmmədovla görüşüb, bölgədə aparılan işlər barədə məlumat alıblar.

Sonra deputatlar Şamaxı rayonunun Qalaybuğurt kəndinə gediblər. Burada onlar Qarabağ müharibəsi əlili Mərdan Hacıyevin oğlu Bəhlulun toy mərasiminə qatılıblar.

Deputat Elxan Süleymanovun maddi və mənəvi dəstəyilə təşkil olunan toyda Belçikalı parlamentarilər, Milli Məclisin deputatları Qənirə Paşayeva, Əli Hüseynli, Xanhüseyn Kazımov, Rövşən Rzayev, Azər Kərimli fəal iştirak ediblər.

Mərasimdə xalq artisti Alim Qasımov, əməkdar artistlər Zabit Nəbizadə, Azərin, tanınmış aktyor Ramiz Əzizbəyli də iştirak ediblər.

Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Filip Blanşar toyda çıxış edərək  belə bir mərasimə qatılmaqla Azərbaycanın zəngin adtət-ənənəsi barədə maraqlı məlumatlar aldığını deyib.

Toy mərasimin keçirildiyi həyətyanı sahədə yeni ailə quran gənclər üçün tikiləcək evin təməli qoyulub. Elxan Süleymanov xeyirxah insanların dəstəyi ilə gənclərə 3 otaqlı hər çür şəraiti olan ev inşa etdiriləcəyini bildirib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir