Modern.az

Paraqvaylı konqresmendən Ermənistanın Xocalı ilə bağlı etirazına tutarlı CAVAB

Paraqvaylı konqresmendən Ermənistanın Xocalı ilə bağlı etirazına tutarlı CAVAB

12 Yanvar 2018, 15:26

Paraqvay Kongresinin Deputatlar Palatası 2017-ci ilin oktyabr ayının 25-də 1992-ci ildə Azərbaycanın Dağlıq Qarabağ regionunun Xocalı şəhərində ermənilər tərəfindən müharibə cinayətlərinin törədildiyinə dair bəyannamə qəbul edib.

Modern.az xəbər verir ki, bəyannamə günahsız Azərbaycan əhalisinin qətlə yetirilməsini qınayır və bu hərəkəti etnik azərbaycanlıların soyqırımı kimi tanıyır.

Bəyanat qəbul edildikdən sonra, Ermənistan Parlamentinin vitse-prezidenti, Eduard Sharmazanov Paraqvay Parlamentinin prezidenti Pedro Lorenzo Aliana Rodrigezə məktub yollayaraq bəyannamə barədə narahatçılığını ifadə edib.

Paraqvay Milli Konqresinin üzvü Esmerita Sançez de Da Silva Eurasia Diary-ə bildirib ki, Xocalı soyqırımının tanınmasına dair bəyannamə günahsız insanların qətlə yetirilməsi barədə həqiqətlərin yayılması, Asunson və Bakı arasında ikitərəfli strateji əməkdaşlığın möhkəmləndirilməsinə yönəlib. Məsələyə müstəqil ekspert Piter Tase de fikrini bildirib.

 

"Cənab Eduard Şarmazanovun məqsədyönlü şəkildə beynəlxalq ictimaiyyəti və ümumilikdə cəmiyyəti çaşdırmaq, yalan məlumat vermək cəhdi yanlış addımdır", -deyə o "Eurasia Diary” portalına açıqlama verib. Siyasi analitik və tarixçi Piter Tase hesab edir ki, cənab Pedro Alliana hətta Paraqvayın Latın Amerikasınındakı bütün qonşu dövlətlərindən belə fərqlənən böyük seçici kütləsi ilə ən iri siyasi partiya olan Kalorado Partiyasına mənsub təcrübəli siyasətçidir.  

 

Onun sözlərinə görə, Xocalı soyqırımı müstəqil Azərbaycan ərazisində qanunsuz fəaliyyət göstərərək heç bir günahı olmayan mülki şəxsləri, qadın və uşaqları öldürən Erməni əsgərləri və terroristləri tərəfindən törədilib. 

 

Eduard Şarmazanovun məktubunda "Erməniləri Xocalı ilə heç nə birləşdirmir" çağırışı dolaşdırıcı, yalan informasiya, aldadıcı məlumatdır. "Qara Bağ: Ermənistan və Azərbaycan Sülh və Müharibə yolu ilə" (Nyu York və London: Nyu York Universiteti, 2003, p. 172) kitabının müəllifi Tomas de Vall da verdiyi müsahibədə Ermənistanın hazırki prezidenti və Ermənistanın keçmiş müdafiə naziri Serj Sarkisyanın rəhbərliyi ilə  ermənilərin Xocalıda Azərbaycanın mülki əhalisini qətlə yetirməsini inkar etməyib. Bundan əlavə, Erməni yazıçı Markar Melkonian özünün "Mənim Qardaşımın Yolu: Amerikalının Ermənistana taleyüklü səyahəti" (Nyu York: I.B. Tauris, 2005, p 213) kitabında soyqırım cinayətini törədənlərdən biri olan qardaşı Monte Melkonyanın Xocalı şəhərində insanları necə qətlə yetirməsindən danışır. Şarmazanovun məktubunu şərh edən siyasətçi bildirib ki, Paraqvay Parlamentinin nümayəndələr Palatası tərəfindən təsdiqlənən bəyanat qanunauyğundur və beynəlxalq hüquq, Paraqvay institutlarının azadlığı prinsipinə əsaslanır. Ermənistan BMT Təhlükəsizlik Şurasının və Avropa Şurası Parlament Assambleyasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən qətnamələrini hələ də yerinə yetirməyib.

 

Ermənistan hakimiyyəti davamlı şəkildə Avropa tarixinin təhrif olunması kampaniyasını həyata keçirir. “Bu gec-tez Ermənistanın xaricdəki imicinə ciddi ziyan vuracaq", deyə Piter Tase müsahibəsi zamanı əlavə edib. Bu arada Paraqvay Milli Konqresinin beynəlxalq əlaqələr üzrə baş məsləhətçisi Nikolya Benites Saqier “Xarici Siyasət Xəbərləri”-nə tutarlı açıqlama verib. O bildirib ki,  Paraqvay Milli Konqresində bu qətnamə rəsmi bəyanatla qətiyyətli şəkildə 1992-ci ildə Xocalı xalqına qarşı törədilmiş soyqırımı mühakimə edilib. Bunun ermənilərin törətdiyi böyük bir cinayət olduğunu deyib və əlavə edib ki, bəşəriyyət əleyhinə törədilmiş bu dəhşətli faciə ilə bağlı, Paraqvay xalqı Azərbaycan Respublikası ilə həmrəydir.

 

Nikolas Benitesin sözlərinə görə, Paraqvay Parlamentinin nümayəndələr Palatası və Azərbaycan Milli Məclisi arasında siyasi əməkdaşlıq 2018-ci ilin iyulunda işini başlayacaq qanunverici orqanın əsas fəaliyyət istiqamətlərindən biri olacaq. Hər iki dövlət, Paraqvay və Azərbaycan öz tarixlərində müharibələrdən çox əziyyət çəkdikləri üçün  Azərbaycan Respublikası ilə strateji əlaqələri möhkəmləndirmək indi Paraqvay dövləti üçün əsas prioritetdir..

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir