18 yanvar 2018, Cümə axşamı
Ana Səhifə - MEDİA - 50 yaşlı dəliqanlı  
50 yaşlı dəliqanlı  
12.01.2018, 15:52

“Salam, ay qağa!”- yazıya keçməmişdən qabaq onunla məktublaşmalarıma, mesajlarıma baxdım, hamısı da bu cür başlayır: “Salam, ay qağa!”. Ərinməyib mesajların hamısını bir-bir təzədən oxudum, bütün cümlələrdə bitmiş fikir yer almışdı, bir dənə də olsun orfoqrafik səhv yox idi, durğu işarələrinin hamısı yerli-yerindəydi. O, mənim tanıdığım yeganə adamdı ki, hətta telefonla tələsik göndərdiyi mesajlarında belə xitabdan sonra vergül qoyur. Belə adamlar Azərbaycanda nə qədər olar bilmirəm, hər halda ümid edək ki, barmaqla sayılacaq həddə deyillər. Bu gün isə barmaqla göstərilən Azərbaycan jurnalistlərindən biri, peşəkar redaktor və dəyərli dostum Yusif Rzayevin doğum günüdür, 50 yaşı tamam olur.

Uzun illərdir çalışdığı “525-ci qəzet”in simvollarından birinə çevrilmiş Yusif müəllim haqqında kimdən soruşsan, hamının deyəcəyi bir kəlmə söz var: “Əla redaktordur”. Yazı adamları, jurnalistlər bir qayda olaraq nadir hallarda redaktorları sevirlər, hətta bir çoxları özlərini “ulduz” hesab etdiyindən mətnini redaktora göstərməyi artıq iş sayır. Amma hamı yazısını məmnuniyyətlə Yusif müəllimə etibar edir, başa düşürlər ki, onun düzəlişləri yazının da, müəllifin də xeyrinədir.Azərbaycan dilində gözəl yazmaq, dilin bədii ifadə formalarını dərindın duymaq, çoxlarının unutduğu doğma sözlərimizin tozunu alıb keşiyində dayanmaq Yusif Rzayevin bu dünyada bacardığı gözəl işlərdən biridir, bəlkə də ən gözəlidir. 

“525-ci qəzet” bu gün Azərbaycanın ictimai-mədəni həyatında nə qədər nüfuzlu yerə malikdirsə, bu, həm də onun veteran əməkdaşlarının, o cümlədən Yusif Rzayev kimi redaktorlarının xidmətidir. Qəzetlərin arxivləşdiyi, muzey eksponatına çevrildiyi indiki vaxtda gənclər jurnalistikanın sirlərini təkcə kitablardan yox, bütün həyatı dərs vəsaitini xatırladan insanlardan da öyrənə bilərlər. Yaxşı ki, bu adamlar hələ var, hələ xatırlanırlar və istəsələr də unudula bilməzlər. Guya saytlar çoxaldı deyə qəzetlər dəbdən düşdü, guya sosial şəbəkələr yarandı deyə artıq heç kim kitab oxumayacaq. Özümüzü aldatmayaq, inkişaf eləmiş dünyada qəzet də çıxır, yüksək tirajlarla nəşr olunan kitablar da oxunur. İstəyirsən kağıza yaz, istəyirsən feysbuka yaz, lap istəsən divara yaz, gözəl və istedadlı yazı həmişə dəbdədir. Yaxşı yazının isə həmişə zövqlü redaktora ehtiyacı var, bu baxımdan, əzizim Yusif müəllim, əllidir, altmışdır... yüzdür, bunlar pasport yaşıdır, yəni statistikadır, sizin sənətiniz də, elə özünüzdə həmişə dəbdəsiniz və belə də davam edəcək.

Azərbaycan dilini sevmək elə bu torpağı sevmək deməkdir. Torpaqdan söz düşmüşkən, havası, suyu doğma olan ellərimiz üçün qəribsəyəndə Yusif müəllim kimi adamlarla görüşürəm. Elə qənimət adamlarımız var ki, onlarla sadəcə söhbət eləmək, kəlmə kəsmək kifayət edər ki, Qarabağın nəfəsini duyasan, torpağının ətrini hiss edəsən. Məsələn, mən heç vaxt görmədiyim Şuşanın qarını, dumanını Hikmət Sabiroğluyla danışanda duyuram. Arabir səhərlər “İnşaatçılar” metrosunun qabağında qarşılaşıb salamlaşanda elə bilirəm ki, Bakı Şuşaya çevrilib, biz də səhər çağı bazar meydanında hal-əhval tuturuq. Bir dəfə Rəşad Məcidin yubileyi ilə bağlı yazıda Ağdamdan, Leninin heykəli olan bağdan elə yazmışdım ki, neçə nəfər zəng edib bir sinifdə oxuduğumuzu soruşdu.  Qaladan aşağı, Ağdamla yanaşı dayanan aran Qarabağının sözünü-söhbətini isə Yusif Rzayevin şirin ləhcəsindən eşitmək nə qədər xoşdur. Bütün bunlar hamısı dəyərlərdi, elə qiymətli hisslərdi ki, yaşadıqca adamın qəlbini işıqla, sevgiylə doldurur. 

Mən onu bir dost kimi həmişə möhkəm, etibarlı görmüşəm. Onun içində gizlənmiş, ara-sıra boy göstərib, sonradan müdrikcəsinə susan dəliqanlılığı bəzən məni heyrətləndirib. “Sevən vaxtlarım idi...” - tez-tez eşitdiyim sözlərindən biridir. Amma bu sevginin keçmiş zamanda deyilməsini heç cür qəbul edə bilmərəm, inanmıram ki, onun sevməyən vaxtları olsun. Çünki biz: dostların, doğmaların, şagirdlərinSİZİ sevirik. Yarım əsirlik yubileyin mübarək, əziz dost! Həmişə vergülü, nidası yerində olan xoş sədanı eşidək - “Salam, ay qağa!”.

 

Natiq Məmmədli


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Livan mediası 20 Yanvar faciəsindən yazdı
18.01.2018, 21:14

Livan mediası 20 Yanvar faciəsindən yazdı

Milli Oftalmologiya Mərkəzində aksiya …
18.01.2018, 20:59

Milli Oftalmologiya Mərkəzində aksiya …

Vaxtı keçmiş kreditlərin məbləği 1.8 milyard manatı ötüb
18.01.2018, 20:47

Vaxtı keçmiş kreditlərin məbləği 1.8 milyard manatı ötüb

Ukrayna müharibəyə hazırlaşır - İDDİA
18.01.2018, 20:33

Ukrayna müharibəyə hazırlaşır - İDDİA

Türkiyədə fövqəladə  vəziyyət  rejimi daha 3 ay uzadıldı
18.01.2018, 20:19

Türkiyədə fövqəladə vəziyyət  rejimi daha 3 ay uzadıldı

Elmar Məmmədyarovun Nalbandyanla görüşü yekunlaşdı - YENİLƏNİB
18.01.2018, 20:02

Elmar Məmmədyarovun Nalbandyanla görüşü yekunlaşdı - YENİLƏNİB

“Azərpoçt”un rəhbəri Vergilər Nazirliyində baş direktor oldu
18.01.2018, 19:51

“Azərpoçt”un rəhbəri Vergilər Nazirliyində baş direktor oldu

Qəza Heydər Əliyev prospektində tıxac yaratdı
18.01.2018, 18:55

Qəza Heydər Əliyev prospektində tıxac yaratdı

Avropada qasırğa 4 nəfəri öldürdü
18.01.2018, 18:47

Avropada qasırğa 4 nəfəri öldürdü

Teleradio yayımçılarına 3 milyon manat ayrıldı
18.01.2018, 18:39

Teleradio yayımçılarına 3 milyon manat ayrıldı

Prezident azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı sərəncam verdi
18.01.2018, 18:26

Prezident azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı sərəncam verdi

Teymur Bünyadov “Şərəf” ordeni ilə təltif edilib
18.01.2018, 18:15

Teymur Bünyadov “Şərəf” ordeni ilə təltif edilib

Baş redaktordan TƏKLİF: “Sahil” bağı “Cümhuriyyət” bağı adlandırılsın”
18.01.2018, 18:04

Baş redaktordan TƏKLİF: “Sahil” bağı “Cümhuriyyət” bağı adlandırılsın”

Magistraturaya hazırlaşanlara xəbər var
18.01.2018, 18:02

Magistraturaya hazırlaşanlara xəbər var

Fransada 100-dən artıq məhbus qiyam qaldırıb
18.01.2018, 18:01

Fransada 100-dən artıq məhbus qiyam qaldırıb

ABŞ səfiri azərbaycanlı tələbələrin  suallarını cavablandırdı
18.01.2018, 17:57

ABŞ səfiri azərbaycanlı tələbələrin  suallarını cavablandırdı

Ramil Usubov Bakıda polis rəislərinin qarşısına TƏLƏBLƏR qoydu - MÜŞAVİRƏ   
18.01.2018, 17:52

Ramil Usubov Bakıda polis rəislərinin qarşısına TƏLƏBLƏR qoydu - MÜŞAVİRƏ  

Daha bir avtobus sürücüsü işdən qovuldu - VİDEO
18.01.2018, 17:31

Daha bir avtobus sürücüsü işdən qovuldu - VİDEO

Ölkədə neçə km yolun, nə qədər körpünün tikildiyi bəlli oldu - YENİLƏNİB  
18.01.2018, 17:30

Ölkədə neçə km yolun, nə qədər körpünün tikildiyi bəlli oldu - YENİLƏNİB  

Manatın sabahkı MƏZƏNNƏSİ
18.01.2018, 17:27

Manatın sabahkı MƏZƏNNƏSİ

Yevda Abramov hələ İsraildən qayıtmayıb - Deputatın müalicəsi haqda AÇIQLAMA   
18.01.2018, 17:22

Yevda Abramov hələ İsraildən qayıtmayıb - Deputatın müalicəsi haqda AÇIQLAMA  

Azərbaycanda müəlliməni oğurlayıb zorlayanlara AĞIR CƏZA
18.01.2018, 17:11

Azərbaycanda müəlliməni oğurlayıb zorlayanlara AĞIR CƏZA

Ermənistanda nazir istefa verdi
18.01.2018, 17:06

Ermənistanda nazir istefa verdi

Aqil Abbas: Azərbaycan nağılları - Göydən 5 rayon düşdü
18.01.2018, 17:02

Aqil Abbas: Azərbaycan nağılları - Göydən 5 rayon düşdü

8 ailə “20 Yanvar şəhidi” adı almaq üçün Prezidentə MÜRACİƏT ETDİ  
18.01.2018, 16:49

8 ailə “20 Yanvar şəhidi” adı almaq üçün Prezidentə MÜRACİƏT ETDİ  

Suriya Türkiyəyə xəbərdarlıq etdi: “Cavab verəcəyik”
18.01.2018, 16:43

Suriya Türkiyəyə xəbərdarlıq etdi: “Cavab verəcəyik”

SOCAR “Palmali”dən 14 gəmi aldığını TƏSDİQLƏDİ
18.01.2018, 16:26

SOCAR “Palmali”dən 14 gəmi aldığını TƏSDİQLƏDİ

Səfirdən AÇIQLAMA: Fransanın Qarabağla bağlı mövqeyi dəyişməyib
18.01.2018, 16:17

Səfirdən AÇIQLAMA: Fransanın Qarabağla bağlı mövqeyi dəyişməyib

Nazirlik rəsmiləri quduzluqla bağlı Bakıda toplandılar
18.01.2018, 15:56

Nazirlik rəsmiləri quduzluqla bağlı Bakıda toplandılar

Təşviş yaradan yeni SİLAH: O, heç bir sığınacağa, bunkerə “rəhm etmir”
18.01.2018, 15:53

Təşviş yaradan yeni SİLAH: O, heç bir sığınacağa, bunkerə “rəhm etmir”

Əfqanıstanda 8 polis öldürüldü
18.01.2018, 15:50

Əfqanıstanda 8 polis öldürüldü

Bakıda banka basqın olub
18.01.2018, 15:45

Bakıda banka basqın olub

“Azərsu”da 20 yanvar şəhidlərinə EHTİRAM   
18.01.2018, 15:42

“Azərsu”da 20 yanvar şəhidlərinə EHTİRAM  

Bərdənin Təhsil Şöbəsi qaçırılan müəlliməyə XEYİR-DUA VERDİ: “Öz razılığı olub” - YENİLƏNİB
18.01.2018, 15:28

Bərdənin Təhsil Şöbəsi qaçırılan müəlliməyə XEYİR-DUA VERDİ: “Öz razılığı olub” - YENİLƏNİB

Ermənilər Xocalıda Günəş Elektrik Stansiyası tikəcək
18.01.2018, 15:23

Ermənilər Xocalıda Günəş Elektrik Stansiyası tikəcək

ARXİV
SORĞU
Aylıq məvacibinizi ən çox nəyə xərcləyirsiniz?
- Ərzağa(55.1%)
- Geyimə(3.28%)
- Müalicəyə(5.47%)
- Kommunal xidmət haqlarına(12.7%)
- Təhsilə(2.55%)
- İstirahətə(1.09%)
- Kitaba(1.09%)
- Rüşvətə(4.74%)
- Əyləncəyə(0.72%)
- Digər şeylərə(13.1%)