Modern.az

175 nömrəli marşrutda təzə avtobuslar sabahdan işləyəcək  

175 nömrəli marşrutda təzə avtobuslar sabahdan işləyəcək   

12 Yanvar 2018, 16:40

Yanvarın 13-dən etibarən, sərnişinlərə 175 nömrəli müntəzəm marşrut xətti üzrə “BakuBus” MMC-yə məxsus müasir avtobuslar xidmət edəcək.

Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyi (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib.

M.Ağayev qeyd edib ki, hərəkət sxeminə əsasən 175 nömrəli marşrut xətti üzrə avtobuslar Hövsan qəsəbəsi “Məktəb” küçəsindən deyil, E.Qasımov küçəsindən “Səməd Vurğun” bağına, eləcə də əks istiqamətdə hərəkət edəcəklər:

“Belə ki, “Məktəb” küçəsi istiqamətində avtomobil yolu “BakuBus” MMC-yə məxsus iri tutumlu avtobusların rahat və maneəsiz hərəkəti üçün uyğun hesab edilmir. “Məktəb” küçəsi istiqamətində sakinlərin ictimai nəqliyyatdan istifadəsini təmin etmək məqsədi ilə 132 nömrəli marşrut xətti üzrə avtobusların son dayanacaq məntəqəsi qeyd edilən ünvana köçürülüb”.

 

 

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir