Modern.az

Prezident Əhəd Abıyevi ordenlə təltif etdi  

Prezident Əhəd Abıyevi ordenlə təltif etdi   

12 Yanvar 2018, 17:53

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Əhəd Mikayıl oğlu Abıyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Modern.az-ın məlumatına görə, Əhəd Abıyev hazırda Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyir. Yanvarın 15-də onun yubileyidir, 60 yaşı tamam olur.

Əhəd Abıyev 1958-ci il yanvarın 15-də Masallı rayonunda anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun iqtisadiyyat və planlaşdırma fakültəsini və "Təfəkkür" Universitetinin hüquq fakültəsini bitirib.

Əmək fəaliyyətinə Masallı Konserv Zavodunda başlayıb. 1977-1979-cu illərdə hərbi xidmətdə olub.

1979-1980-ci illərdə Azərbaycan Avtomobil Nazirliyinin 1 saylı tikinti-quraşdırma idarəsində usta, 1980-1982-ci illərdə Bakı şəhər Mənzil İdarəsində texnik, 1982-1984-cü illərdə "Azərittifaq" Universal bazasında iqtisadçı, 1984-1991-ci illərdə Bakı şəhər Soveti İcraiyyə Komitəsində böyük müfəttiş, böyük iqtisadçı, 1991-1995-ci illərdə Bakı Şəhər İcra Hakimiyyəti əhalinin sosial müdafiəsi və məşğuliyyəti şöbəsinin müdiri vəzifələrində çalışıb.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.
Azərbaycan Prezidentinin 23 fevral 2011-ci il tarixli sərəncamı ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Azərbaycan Kikboksinq Federasiyasının Birinci vitse-prezidentidir.

Ailəlidir, iki övladı var.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi