21 oktyabr 2018, Bazar
Ana Səhifə - GÜNDƏM - İtaliya mediası İlham Əliyevin keçirdiyi toplantıdan yazdı
İtaliya mediası İlham Əliyevin keçirdiyi toplantıdan yazdı
12.01.2018, 21:24

İtaliyanın “Scenari İnternazionali”, “Agenparl”, “Eurasianews”, “Agenzia Nova” kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin fikirlərinə istinadən geniş məqalələr dərc olunub.

 

Modern.az xəbər verir ki,məqalələrdə Prezident İlham Əliyevin 2017-ci ildə Azərbaycanın sürətlə və uğurla inkişaf etməsi, bütün sahələrdə əldə edilmiş nəticələrin ölkənin ümumi inkişafına böyük töhfə verməsi, Azərbaycan xalqının 2017-ci ildə də sabitlik və təhlükəsizlik şəraitində yaşaması ilə bağlı fikirləri oxucuların diqqətinə çatdırılıb. Dövlət başçısının Azərbaycanda sabitliyin mənbəyinın Azərbaycan xalqı, onun iradəsi və eyni zamanda, hökumətin apardığı siyasətin təşkil etməsi, xalq-iqtidar birliyinin uğurların əsas şərti olması, bu uğurlu siyasətin təməlində xalq tərəfindən göstərilən dəstəyin dayanması və bu müsbət meyillərin gücləndirilməsinin Azərbaycanın uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcəyi fikri xüsusi qeyd olunur.

 

Bildirilir ki, Prezident İlham Əliyev nitqində 2017-ci ilin Azərbaycanda dərin iqtisadi islahatlar ili olduğunu, həm Dünya Bankı, həm Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycanda gedən proseslərə yüksək qiymət verdiyini, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyinə görə 2017-ci ildə iki pillə irəliləyərək dünya miqyasında 35-ci yerdə qərarlaşdığını, ölkənin MDB məkanında liderlik mövqeyini qoruyaraq möhkəmləndirdiyini qeyd edib.

 

Ölkənin iqtisadi göstəricilərinə diqqət çəkilən yazılarda Prezident İlham Əliyevə istinadən vurğulanır ki, 2017-ci ildə Azərbaycanda iqtisadi sahədə çox böyük uğurlar əldə edilib, iqtisadiyyat artıb, xüsusilə də qeyri-neft sektorunda artım 2,5 faiz təşkil edib, valyuta ehtiyatları 4,5 milyard dollar artaraq 42 milyard dollar təşkil edib və adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə Azərbaycan dünya miqyasında ön yerlərdən birini tutub.

 

Bildirilir ki, ötən il Azərbaycan iqtisadiyyatına 14,6 milyard ABŞ dolları həcmində investisiya yatırılıb və bu da Azərbaycanın həm yerli, həm də xarici investorlar üçün cəlbedici ölkə olduğunun göstəricisidir. 2017-ci ildə ölkənin ixrac potensialı, o cümlədən ixrac 19 faiz, qeyri-neft ixracı isə 24 faiz artıb, ticarət balansında müsbət saldo 6,2 milyard dollar təşkil edib, xarici turistlərin gəlişi də rekord səviyyəyə çatıb.

 

Yazılarda diqqətə çatdırılır ki, 2017-ci ildə hökumətin sosial siyasətinin nəticələri barədə də danışan Prezident İlham Əliyev il ərzində ölkədə 177 mini daimi olmaqla 221 min yeni iş yerinin açıldığını və bunun son illər ərzində açılan iş yerlərinin sayına görə rekord göstərici olduğunu, habelə ilin yekunlarına görə Azərbaycanda işsizliyin 5 faiz, yoxsulluğun isə 5,4 faiz səviyyəsində olduğunu, bunun da dünya miqyasında ən yaxşı nəticələrdən biri olduğunu deyib və əlavə edib ki, sosial infrastruktur layihələri çox böyük əhəmiyyət daşıyır, hökumətin siyasətinin istiqamətini əks etdirir, hökumət sosial məsələlərin həlli üçün əlindən gələni edir və böyük işlər görür.

 

Məqalələrdə Prezident İlham Əliyevin Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş işlər barədə də fikirlərinə yer verilir, o cümlədən Cocuq Mərcanlı kəndinin bərpası və Şıxarx qəsəbəsində yeni şəhərciyin qurulması barədə danışılır. Prezident İlham Əliyevə istinadən bildirilir ki, Azərbaycan dövləti Cocuq Mərcanlının timsalında bir daha göstərib ki, heç vaxt işğalla barışmayacaq. Bütün köçkünlər bir arzu ilə yaşayırlar ki, tezliklə öz doğma torpaqlarına qayıtsınlar. Habelə qeyd olunur ki, Prezident İlham Əliyev Şıxarx qəsəbəsinin erməni işğalçılarından təmizlənərək azad edildiyini bildirib və əlavə edib ki, orada yeni böyük şəhərciyin salınması bir daha onu göstərir ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır, bu, həmişə belə olub, bu gün də belədir, sabah da belə olacaq. Dağlıq Qarabağ probleminin həlli ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür və bunun heç bir başqa yolu yoxdur.

 

Bildirilir ki, beynəlxalq ictimaiyyətin münaqişə ilə bağlı Azərbaycanın haqlı mövqeyinə dəstəyindən danışan Prezident İlham Əliyev ölkənin prinsipial mövqeyinin ədalətli, beynəlxalq hüquqa əsaslanan və daha çox beynəlxalq dəstək qazanan mövqe olduğunu vurğulamaqla ötən il ərzində bunu əks etdirən bir neçə önəmli hadisənin baş verdiyini və onlardan birinin Dağlıq Qarabağda separatist rejim tərəfindən keçirilmiş qanunsuz “referendum”un dünya ictimaiyyəti tərəfindən tanınmaması olduğunu və bunun da bütün dünya tərəfindən Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi kimi tanındığını göstərdiyini deyib.

 

Yazılarda qeyd olunur ki, dövlət başçısı ilin sonunda Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Zirvəsində qəbul edilmiş Bəyannamədə də “Şərq tərəfdaşlığı”na üzv olan ölkələrin ərazi bütövlüyü və suverenliyinin Avropa İttifaqı tərəfindən birmənalı şəkildə dəstəklənməsinin işğalçı Ermənistana növbəti zərbə olduğunu, Azərbaycanın öz prinsipial mövqeyindən geri çəkilməyəcəyi və ölkənin ərazi bütövlüyünün bərpasının əsas məsələ olduğunu diqqətə çatdırıb. Habelə Prezident İlham Əliyevə istinadən Azərbaycanın öz hərbi gücünü də artırdığı, bu gün beynəlxalq reytinqlərə görə, Azərbaycan Ordusunun dünya miqyasında güclü ordular sırasında olduğu, ordu üçün nə lazımdırsa edildiyi və bundan sonra da güclənəcəyi və istənilən tapşırığı yerinə yetirməyə hazır olduğu qeyd edilir.

 

Dövlət başçısının 2017-ci ili energetika sahəsində tarixi hadisələrin baş verdiyi il kimi xarakterizə etdiyi və bu hadisələrdən birinin “Azəri-Çıraq-Günəşli” yatağı üzrə kontraktın müddətinin 2050-ci ilə qədər uzadılması olduğu bildirilərək, bunun ən azı 2050-ci ilə qədər hasilat səviyyəsinin sabit qalmasına, Azərbaycanın neft sektoruna xarici investorlar tərəfindən bundan sonra da böyük həcmdə - on milyardlarla dollar həcmində ölçülən sərmayə qoyulmasına və Azərbaycanın da bonus kimi 3,6 milyard dollar qazanmasına imkan yaradacağı vurğulanır.

 

Bildirilir ki, Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin də uğurlu icrasının təmin edildiyini, “Şahdəniz-2” layihəsinin icrasının 99 faizə çataraq demək olar ki, yekunlaşdığını, Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz boru kəmərinin 93 faizinin, TANAP layihəsinin icrasının 90 faizinin və TAP layihəsinin icrasının 60-62 faizinin həyata keçirildiyini, bütün bunların Cənub Qaz Dəhlizinin artıq reallaşdığını göstərdiyini vurğulayıb.

 

Məqalələrdə dövlətimizin başçısının Bakı-Tbilisi-Qars dəmir yolunun açılışının nəinki Azərbaycan üçün, bölgə və dünya üçün önəmli hadisə olduğunu və bu tarixi layihənin icrasının ölkəni beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevirəcəyini vurğuladığı, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin icrası istiqamətində önəmli addımlar atıldığını diqqətə çatdırdığı da qeyd olunur.

 

Prezident İlham Əliyevin Azərbaycanın İslam həmrəyliyinin möhkəmləndirilməsi və multikulturalizm dəyərlərinin təşviqinə verdiyi töhfələrdən də danışdığı bildirilir və onun aşağıdakı fikirlərinə yer verilir: “2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməyimiz İslam aləmində çox böyük dəstəyə və rəğbətə səbəb oldu. Ötən il Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Bizim siyasi, diplomatik, iqtisadi uğurlarımıza bir uğur da əlavə edildi – idman uğurumuz. Bu Oyunlar ən yüksək səviyyədə keçirilmişdir. İl ərzində keçirilmiş çoxlu tədbirlər bir daha göstərir ki, Azərbaycan dünya miqyasında həm İslam həmrəyliyi işlərinin təşkili, eyni zamanda, multikulturalizmin təbliği üçün əvəzolunmaz ölkəyə çevrilir”.

 

Məqalələrdə Prezident İlham Əliyevin bu il Azərbaycanın müstəqilliyinin yüz illiyini qeyd edəcəyini və yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq Azərbaycanda demokratik respublika yaradıldığını vurğuladığı deyilir. Dövlət başçısının “Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” fikirləri oxucuların diqqətinə çatdırılır.

 

Sonda Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini bildirdiyi və 2018-ci ili ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etdiyi, il ərzində həm ölkə daxilində, həm də xaricdə bununla əlaqədar bir çox tədbirlərin keçiriləcəyini bildirdiyi vurğulanır.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Ermənilər atəşkəsi 27 dəfə pozdu
21.10.2018, 09:51

Ermənilər atəşkəsi 27 dəfə pozdu

Gəncədə ev yandı
21.10.2018, 09:40

Gəncədə ev yandı

Sosial mənzil sahibi olanlar bu tarixdə evlərinə KÖÇƏCƏK
21.10.2018, 09:34

Sosial mənzil sahibi olanlar bu tarixdə evlərinə KÖÇƏCƏK

İmişlidə naməlum kişi meyiti tapıldı
21.10.2018, 09:27

İmişlidə naməlum kişi meyiti tapıldı

Nyu-Yorkda təyyarə avtomobil yoluna endi
21.10.2018, 09:15

Nyu-Yorkda təyyarə avtomobil yoluna endi

ABŞ iki yeni raketli sualtı atom qayığını suya buraxıb
21.10.2018, 08:58

ABŞ iki yeni raketli sualtı atom qayığını suya buraxıb

Messi ağır zədə aldı - FOTO
21.10.2018, 00:23

Messi ağır zədə aldı - FOTO

Balakən xəstəxanasının gənc işçisi küçədə öldü
21.10.2018, 00:16

Balakən xəstəxanasının gənc işçisi küçədə öldü

“Liverpul”dan növbəti qələbə
21.10.2018, 00:01

“Liverpul”dan növbəti qələbə

Deputat Tehranda “Azərbaycan”ı səsləndirdi – Video
20.10.2018, 23:43

Deputat Tehranda “Azərbaycan”ı səsləndirdi – Video

Hərbi helikopter qəzaya uğradı
20.10.2018, 23:24

Hərbi helikopter qəzaya uğradı

Almaniya Camal Qaşıqçı ilə bağlı şəffaflıq tələb edir
20.10.2018, 23:09

Almaniya Camal Qaşıqçı ilə bağlı şəffaflıq tələb edir

Gürcüstanda prezidentliyə namizədin “marixuana festivalı” baş tutmayıb
20.10.2018, 22:53

Gürcüstanda prezidentliyə namizədin “marixuana festivalı” baş tutmayıb

Serbiyada azərbaycanlı şairin kitabı təqdim edildi
20.10.2018, 22:29

Serbiyada azərbaycanlı şairin kitabı təqdim edildi

“Ən böyük səhv özümüzdədir”- Qurban Qurbanov
20.10.2018, 22:08

“Ən böyük səhv özümüzdədir”- Qurban Qurbanov

Londonda 500 min insan “Brexit”in əleyhinə çıxdı
20.10.2018, 21:54

Londonda 500 min insan “Brexit”in əleyhinə çıxdı

“Qarabağ”a texniki məğlubiyyət verilə bilər
20.10.2018, 21:38

“Qarabağ”a texniki məğlubiyyət verilə bilər

Badamdar sürüşmə zonasında gərginlik qalmaqdadır.
20.10.2018, 21:19

Badamdar sürüşmə zonasında gərginlik qalmaqdadır.

“Total” İrandakı layihələrini “CNPC”yə təhvil verdi
20.10.2018, 21:07

“Total” İrandakı layihələrini “CNPC”yə təhvil verdi

Səbinə Əzimova Avropa birinciliyində gümüş medal qazandı
20.10.2018, 20:50

Səbinə Əzimova Avropa birinciliyində gümüş medal qazandı

Lenovo yeni modelini təqdim etdi
20.10.2018, 20:34

Lenovo yeni modelini təqdim etdi

Olimpiada qalibləri Şamaxı Safari Parkında - FOTOLAR
20.10.2018, 20:19

Olimpiada qalibləri Şamaxı Safari Parkında - FOTOLAR

“Neftçi”nin “Qəbələ”yə məğlub olduğu oyunda  qarşıdurma
20.10.2018, 20:01

“Neftçi”nin “Qəbələ”yə məğlub olduğu oyunda  qarşıdurma

Seçki günü partlayış: 15 ölü, 115 yaralı
20.10.2018, 17:50

Seçki günü partlayış: 15 ölü, 115 yaralı

Göygöldə 24 yaşlı qız gecə saatlarında itkin düşdü
20.10.2018, 17:37

Göygöldə 24 yaşlı qız gecə saatlarında itkin düşdü

Bərdədə 600 kq at əti aşkar olunub
20.10.2018, 17:24

Bərdədə 600 kq at əti aşkar olunub

Merkuri planetinə kosmik missiya göndərilib
20.10.2018, 17:17

Merkuri planetinə kosmik missiya göndərilib

"Azərenerji"də yeni təyinatlar olub
20.10.2018, 17:03

"Azərenerji"də yeni təyinatlar olub

Əli Həsənov: Hər bir dövlət qonşu dövlətlərlə dialoq aparmalıdır
20.10.2018, 16:55

Əli Həsənov: Hər bir dövlət qonşu dövlətlərlə dialoq aparmalıdır

Raket və artilleriya birləşmələri döyüş atışlı təlimlər keçirir - FOTOLAR
20.10.2018, 16:38

Raket və artilleriya birləşmələri döyüş atışlı təlimlər keçirir - FOTOLAR

Naxçıvanda bal festivalı keçirilir – FOTOREPORTAJ
20.10.2018, 16:23

Naxçıvanda bal festivalı keçirilir – FOTOREPORTAJ

Kayseridə Xocalı abidəsi açılıb
20.10.2018, 16:00

Kayseridə Xocalı abidəsi açılıb

ABŞ aviasiyası səhvən 2 kəndi məhv etdi: 62 ölü, 100 yaralı
20.10.2018, 15:51

ABŞ aviasiyası səhvən 2 kəndi məhv etdi: 62 ölü, 100 yaralı

Dəniz nəqliyyatı işçilərinə “Əməkdar mühəndis” fəxri adı verdib
20.10.2018, 15:38

Dəniz nəqliyyatı işçilərinə “Əməkdar mühəndis” fəxri adı verdib

Bu şəxsə də prezident təqaüdü veriləcək
20.10.2018, 15:18

Bu şəxsə də prezident təqaüdü veriləcək

Azərbaycan Prezidenti dəniz nəqliyyatı işçilərini təltif edib
20.10.2018, 15:14

Azərbaycan Prezidenti dəniz nəqliyyatı işçilərini təltif edib

Deputatlar “Star” zavodunun əhəmiyyətindən DANIŞDI -“ Hər iki dövlət böyük gəlirlər əldə edəcək”
20.10.2018, 15:07

Deputatlar “Star” zavodunun əhəmiyyətindən DANIŞDI - Hər iki dövlət böyük gəlirlər əldə edəcək”

Qərargah: Badamdarda sürüşmə sahəsində uçqun tipli hərəkət qeydə alınıb
20.10.2018, 15:01

Qərargah: Badamdarda sürüşmə sahəsində uçqun tipli hərəkət qeydə alınıb

“Hizbullah”a yüksək dəqiqlikli raketlər üçün avadanlıq aparan təyyarə Livana enib
20.10.2018, 14:48

“Hizbullah”a yüksək dəqiqlikli raketlər üçün avadanlıq aparan təyyarə Livana enib

İranda nazir istefa verdi
20.10.2018, 14:36

İranda nazir istefa verdi

Şəkidə məcburi köçkün məktəblilərə dərs ləvazimatları paylanılıb
20.10.2018, 14:20

Şəkidə məcburi köçkün məktəblilərə dərs ləvazimatları paylanılıb

Bakı meriyasının təhvil verdiyi dayanacaqlarda problemlər var - RƏSMİ
20.10.2018, 14:18

Bakı meriyasının təhvil verdiyi dayanacaqlarda problemlər var - RƏSMİ

Bakıda 1 kq heroini 22 min manata satan dəstə zərərsizləşdirildi
20.10.2018, 14:12

Bakıda 1 kq heroini 22 min manata satan dəstə zərərsizləşdirildi

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
20.10.2018, 13:49

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb

“STAR neft emalı zavodu Azərbaycanın gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir”
20.10.2018, 13:40

“STAR neft emalı zavodu Azərbaycanın gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir”

Kişilərin sipəri  
20.10.2018, 13:32

Kişilərin sipəri  

Sabah Bakıda 25 dərəcə isti olacaq
20.10.2018, 13:23

Sabah Bakıda 25 dərəcə isti olacaq

Baş Prokurorluq həbs olunmuş MTN generalları ilə bağlı məlumat YAYDI
20.10.2018, 13:16

Baş Prokurorluq həbs olunmuş MTN generalları ilə bağlı məlumat YAYDI

Gürcü namizəd azərbaycanlılara müraciət etdi: “Prezident seçilsəm, azərbaycanlı vətəndaşlarımız üçün...”
20.10.2018, 12:52

Gürcü namizəd azərbaycanlılara müraciət etdi: “Prezident seçilsəm, azərbaycanlı vətəndaşlarımız üçün...”

Azərbaycanda 9 min adda siqaret müsadirə olundu
20.10.2018, 12:47

Azərbaycanda 9 min adda siqaret müsadirə olundu

ARXİV