Gəncədə iki avtomobil toqquşub. Modern.az APA-ya istinadən xəbər verir ki, “KAMaz” və “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”-da olan şəxslər bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Xəsarət alanlar 1981-ci il təvəllüdlü Orucov Natiq, 1975-ci il təvəllüdlü Orucov Elşad və 1986-cı il təvəllüdlü Orucov Afiqdir.
Onların iki qardaş və əmioğlu olduğu bildirilir. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Orucov Natiqin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Yüngül xəsarət alan digər iki şəxs tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.