Modern.az

Ərəbistanlı qadınlardan daha bir İLK

Ərəbistanlı qadınlardan daha bir İLK

12 Yanvar 2018, 22:14

Bu gün Səudiyyə Ərəbistanında qadınlar ilk dəfə futbolu stadionda izləyə bilib. Modern.az  xarici mediaya istinadən xəbər verir ki, artıq Səudiyyə Ərəbistanında aparılan sosial islahatlar nəticəsində qadınlar ilk dəfə futbol yarışını stadionda izləyib. Azərbaycan saatı ilə 21:00-da başlayan Ahli – Al Batin oyunu paytaxt Riyaddakı “Kral Fahd” Stadionunda oynanılır.

 

Ölkədə qadınlar artıq özlərinə yoldaşlıq edən bir kişi olmadan üç böyük şəhərdə (Riyad, Cidde və Dammam) şəhərdə təşkil olunan idman yarışlarına baxmaq üçün stadionlara girə biləcəklər.

 

Bu gün “Kral Fahd” Stadionunda oynanan matçdan sonra qadın tərəfdarlar şənbə günü də Cidde şəhərində yerləşən “Kral Abdullah” stadionundakı yerli komandaların oyununu izləyə biləcəklər.

 

18 yanvar tarixində də ölkənin şərqində yerləşən Dammam şəhərindəki stadionda oynanılacaq futbol yarışı da qadın azarkeşlərə açıq olacaq.

           

Qadınlar oyunu stadionda xüsusi ayrılmış sektorlarda yoldaşları, uşaqları ilə bərabər və ya tək izləyirlər.

 

Bu sektorlarda oturan qadınların yanında kişilərin yoldaşlıq etməsi şərt deyil. Stadionun bufetində də qadınlar üçün xüsusi yer ayrılıb.

 

Qeyd edək ki, bu Səudiyyə Ərəbistanında qadınların tamaşaçı kimi futbol stadionlarına girişinə izn verən fərmana əsasən həyata keçirilir. 

 

 

Nəzrin Cavid

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir