Modern.az

İrana qarşı sanksiyalar genişləndirildi

İrana qarşı sanksiyalar genişləndirildi

12 Yanvar 2018, 23:07

ABŞ İrana qarşı sanksiyaları genişləndirib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə nazirliyi məlumat yayıb.

Sanksiyalar 14 fiziki şəxs və şirkətə qarşı tətbiq edilib. “Qara siyahıya” salınanlar arasında İran Məhkəmə Sisteminin rəisi Sadıq Laricaninin də olduğu bildirilir. S. Laricani İran parlamentinin spikeri Əli Laricaninin qardaşıdır.

Qeyd edək ki, yanvarın 4-də ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiya siyahısına 5 müəssisə və 3 fiziki şəxsi əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?