Modern.az

ABŞ səfiri Trampa etiraz olaraq istefa verdi 

ABŞ səfiri Trampa etiraz olaraq istefa verdi 

12 Yanvar 2018, 23:49

ABŞ-ın Panamadakı səfiri Con Filey (John Feeley) prezident Donald Trampın bəzi Latın Amerikası və Afrika ölkələrini nəzərdə tutaraq işlətdiyi "iyrənc ölkələrdən gəlirlər" ifadəyə etiraz olaraq istefa verib. Modern.az teleqraf.com-a istinadən xəbər verir ki, Filey ABŞ XİN-ə təqdim etdiyi istefa ərizəsində bundan sonra Tramp administrasiyasına xidmət etməyəcəyini bildirib.

 

ABŞ XİN isə Fileyin şəxsi səbəbdən təqaüdə çıxdığını açıqlayıb.

 

C.Filey Barak Obamanın prezidentliyi dövründə - 2015-ci ildə Panamaya səfir təyin edilmişdi.

 

Qeyd edək ki, Tramp Ağ Evdəki toplantıda "Nə üçün bu iyrənc ölkələrdən insanların bura gəlməsini istəyək? Norveçdən daha çox miqrant qəbul etməliyik", - deyə bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir