Modern.az

Tramp İranı terrorçuluğun əsas sponsoru olmaqda suçladı

Tramp İranı terrorçuluğun əsas sponsoru olmaqda suçladı

Aktual

13 Yanvar 2018, 01:15

ABŞ prezidenti İranı terrorçuluğun əsas sponsoru adlandırıb. Modern.az “RİA "Novosti"yə istinadən xəbər verir ki, Donald Tramp İranı terror təşkilatlarına, xüsusən “Hezbollah” və HƏMAS-a dəstək verməkdə ittiham edib.

 

Donald Tramp bildirib ki, İran rejimi dünyada terrorizmə sponsorluq edən əsas dövlətdir: “Onun hərəkətləri "Hezbollah"a, HƏMAS-a və başqa terrorçulara xaosu yaymaq və günahsız insanları öldürməyə imkan verir. İran Yaxın Şərqdə dağıntıları genişləndirmək üçün 100 mindən çox döyüşçünü maliyyələşdirib, silahlandırıb və hazırlayıb”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!