21 yanvar 2018, Bazar
Ana Səhifə - MƏDƏNİYYƏT - Dinlər və homoseksuallıq - hansı inanclar ona haqq qazandırır…
Dinlər və homoseksuallıq - hansı inanclar ona haqq qazandırır…
13.01.2018, 10:26

Homoseksuallıq eyni cinsdən olan insanların bir-birlərinə duyğusal və cinsi nöqteyi-nəzərdən yaxınlıq hiss etməsidir. Homoseksuallıqda anadagəlmə faktorların rol oynadığını söyləyənlər kimi, bunun sonradan yaranan bir xəstəlik olduğunu irəli sürənlər də var.

 

Amerika Birləşmiş Ştatlarında cinsi azlıqların sayı təxminən 8,8 milyondur. Eyni zamanda 1 milyon uşaq homoseksuallar tərəfindən böyüdülür. Heç bir araşdırma bunun nədən qaynaqlandığını dəqiq olaraq ortaya çıxara bilməyib. Cinsi azlıqlar dünya əhalisinin 5%-ni təşkil edir. Onların intiharları mühafizəkar cəmiyyətlərdə daha tez-tez baş verir. Belə gənclərin narkotik maddə istifadə etmə faizi digər gənclərdən daha yüksəkdir.

Dr. Rauben “Cinsi düzən” kitabında cinsi azlıqlar haqqında: “Heç kim homoseksual olmağa qərar vermir. Homoseksuallıq öz-özünə yaranır” fikrini qeyd edib. 

 

Bəs dinlərin homoseksuallığa münasibəti necədir?

 

Yəhudilik dəhomoseksuallıq anlayışı “Tövrat” yaranan zamandan mövcuddur. “Tövrat” 5 kitabdan ibarətdir. Bəzən “Tövrat” dedikdə bütün yəhudi qanunu nəzərdə tutulur.

Musəvilik dinində homoseksuallıq mövzusuna“Tövrat”a daxil olan “Yaradılış” və “Levililər” kitablarında rast gəlinir. “Levililər” kitabında kişilərin bir-birləri ilə cinsi əlaqəyə girməsi qadağan edilib və bu iyrənc hərəkət olaraq dəyərləndirilir. Kişilərin bir-birləri ilə cinsi əlaqədə olmaları yəhudi qanunlarına görə edamla cəzalandırılır.

Homoseksuallıq müəyyən dövrə qədər yəhudiliyə zidd anlayış sayılırdı. Bu ziddiyyət Ortodoks yəhudilikdə hələ də davam edir. Lakin “Reconstruktionist” yəhudilik ilə “Reformist” yəhudilik məzhəbləri bu ziddiyyətə qarşı çıxaraq,  homoseksuallığa icazə verir. Homoseksuallığa icazə verilməsinə baxmayaraq, bəzi cinsi hərəkətlərin tətbiqi qadağandır.

 

“Tövrat”da cinsi azlıqlardan 2 dəfə bəhs edilir:

1. Qadınlarla yatdığınız kimi, kişilərlə yatmayın, bu iyrəncdir.

2. Bir kişi başqa bir kişiylə cinsi əlaqədə olarsa, ikisi də iyrənclik etmiş sayılır. Onlar qəti şəkildə öldürüləcəklər. Ölümə layiqdirlər.

 


Xristianlıq (Katolik və Ortodoks) dinində
homoseksuallıq kəskin şəkildə rədd edilir və haramdır. Homoseksuallıq Tanrını inkar edərək ona itaətsizlik etməyin nəticəsi olaraq qiymətləndirilir. İnanca görə, Tanrı insanları qəlblərində belə istəklər olaraq yaratmayıb. Bu insanların öz seçimləridir və anadangəlmə hesab olunmur.

 

İsa Məsih bir ifadədə Tanrının kişi ilə qadını bir-birləri üçün yaratdığını qeyd edib:

“Yaradan insanları kişi və qadın olaraq yaratdı. Və dedi ki, kişi anasını-atasını buraxıb həyat yoldaşına bağlanacaq, ikisi bir bədən olacaqlar. Artıq onlar iki yox, bir bədən hesab olunurlar”.

 

Yəni münasibətin normalı qadın və kişi arasında olan əlaqələrdir.Xristianlıq inancına görə, homoseksual sayılan hər cür münasibət iyrəncdir və  bu Tanrının qəzəbinə layiq görülür.

Bəzən Avropada yayılmış homoseksuallıq Xristian dini ilə əlaqələndirilsə də, dində bunun haram sayılması Avropadakı bu vəziyyətin xristianlığın məhsulu olmadığını ortaya çıxarır. 

 

İslam dinində homoseksuallıq barədə “Qurani-Kərim”də söhbət açılır. 


“Quran”da öz cinsindən olan biri ilə əlaqəyə girdiyinə görə və müxtəlif günahlar səbəbiylə Allahın qəzəbinə tuş gəlib məhv edilənLut qövmündən bəhs edilir.

 

Lut qövmünün kişinin kişiylə cinsi əlaqə qadağasına əməl etmədiyi üçün cəzalandırıldığı qeyd edilib. İslamda homoseksuallıq bidət hesab olunur. Lakin ayrı-ayrı məzhəblərdə mövzuya münasibət müxtəlifdir.

 

İslami təfəkkürdə “fahişəlik” anlayışı bir qadının evlilik xaricində başda pul olmaqla hər hansı bir qarşılıq gözləyərək, vücudunu bir başqa kişiyə satması mənasına gəlir. Amma bu terminin çox daha geniş mənada işləndiyi bildirilir və kişinin kişi ilə, qadının qadınla cinsi münasibətə girməsi də bu terminə daxil edilir.

 

“Qurani-Kərim”in “Məaric” surəsinin 29,30 və 31-ci ayələrində və “Nur” surəsinin 6 və 7-ci ayələrində evli olanların evli olduqları insan xaricində yaşadığı bütün cinsi əlaqələrin haram olduğu vurğulanır. Eyni zamanda, kişilər arası münasibətləri qınayan və qadağan edən bir çox ayə var. İslam dinində homoseksuallığın kəskin olaraq qınanıldığı və bü cür cinsi əlaqənin haram olduğu ən kəskin şəkildə “Əraf” surəsinin 80 və 81-ci ayələrində əksini tapıb.

 

“Lutu da (peyğəmbər göndərdik). Bir zaman o öz tayfasına demişdi: “Sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi həyasızlığı (kişilər arasında olan cinsi əlaqəni) sizmi edəcəksiniz?”

 

“Siz qadınları atıb şəhvətlə kişilərin üstünə gəlirsiniz. Siz, doğrudan da, həddi aşmış bir tayfasınız!”

 

Buddizm təxminən 500 milyon üzvü olan din və təlimlər birliyidir. Əvvəlcə Hindistanda ortaya çıxmış, daha sonra zaman içində Cənubi, Cənub-şərqi və Şərqi Asiyada (Çin, Yaponiya, Koreya, Monqolustan, Nepal, Şri-Lanka,Tayland kimi ölkələrdə) yayılıb.

Fərqli dünyagörüşlərinə görə din və fəlsəfə olaraq təyin olunan buddizmin hədəfi, həyatdakı ağrı, iztirab və təminsizliyin qaynaqlarını açıqlamaq və bunları aradan qaldırmanın yollarını göstərməkdir.

Buddizm Allahsız dinlərdəndir. O, kainatı yaradan bir qüvvənin mövcudluğu fikrini dilə gətirmir.

Bu dində homoseksual münasibəti qadağan edən məcburi  qayda yoxdur.

Hər nə qədər buddizm cinsi münasibətlərə müsbət yanaşan bir din olsa da, bəzi cinsi əlaqələr günah olaraq qəbul edilir. Buddizmdə Qərb dünyasındakına bənzər bir cəhənnəm anlayışı var. Buddist anlayışına görə, hər insan öz  davranışlarından məsuliyyət daşıyır. Ən böyük günah isə ana ilə yaşanan cinsi əlaqə hesab olunur. Bu günahı edənin yeri cəhənnəm sayılır. Homoseksuallıq isəən yüngül günah olaraq dəyərləndirilir.

Yaponiyada yerləşən bir buddist məbədi homoseksual cütlüklərin bərabər dəfn olunmasına icazə verir. Homoseksualların evliliyi isə Yaponiyada qadağandır.

Buddizmdə hər iki tərəfin razılığı əsasında sevgi, hörmət olan münasibətlərə 3-cü şəxsin qarışması yolverilməz hesab olunur. Bu, eyni cinsin nümayəndələri arasında da keçərlidir.

Çində homoseksuallıq yavaş-yavaş cəmiyyət tərəfindən qəbul edilmə səviyyəsinə çatıb. Araşdırmaçılar Çində get-gedə artan homoseksuallığın cəmiyyət tərəfindən qəbul edilməsini Çinin “tək uşaqlı” siyasəti ilə əlaqələndirirlər. Eyni zamanda, xristian dini qəbul edilmiş  Birləşmiş Ştatlar və Avropa ölkələrindən və müsəlmanlığı qəbul etmiş Cənub Şərqi Asiya ölkələrindən fərqli olaraq,Çinin homoseksuallığa qarşı çıxan bir dini yoxdur.

 


Nəzrin RÜSTƏMOVA
Xəbərin müəllifi

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycanlı çoban “O səs Türkiyə”də növbəti turda - Video
21.01.2018, 00:56

Azərbaycanlı çoban “O səs Türkiyə”də növbəti turda - Video

Məmmədyarov
21.01.2018, 00:39

Məmmədyarov "Tata Steel Chess"də 3-cü qələbəsini qazandı

Çexiyada otel yanğınında 2 nəfər öldü
21.01.2018, 00:17

Çexiyada otel yanğınında 2 nəfər öldü

Otelə hücumda ölənlərin sayı artıb
20.01.2018, 23:53

Otelə hücumda ölənlərin sayı artıb

Hindistanda fabrik yandı: 17 ölü
20.01.2018, 23:35

Hindistanda fabrik yandı: 17 ölü

“Qalatasaray”a yeni president seçildi
20.01.2018, 23:23

“Qalatasaray”a yeni president seçildi

İsveçdə məscidin qapısına faşist svastikasının təsviri çəkildi
20.01.2018, 23:09

İsveçdə məscidin qapısına faşist svastikasının təsviri çəkildi

Üç ölkənin səfiri Türkiyə XİN-ə çağırıldı
20.01.2018, 22:54

Üç ölkənin səfiri Türkiyə XİN-ə çağırıldı

Şizofren pasientin etirafları: “Şeytanı eşidirəm və görürəm”   
20.01.2018, 22:31

Şizofren pasientin etirafları: “Şeytanı eşidirəm və görürəm”  

Azərbaycanda manyak: Polis hər yerdə onu axtarır - Foto
20.01.2018, 22:14

Azərbaycanda manyak: Polis hər yerdə onu axtarır - Foto

“Azadlığa aparan yol”  - Serbiya ictimaiyyəti 20 Yanvar dəhşətləri barədə məlumatlandırıldı
20.01.2018, 21:47

“Azadlığa aparan yol”  - Serbiya ictimaiyyəti 20 Yanvar dəhşətləri barədə məlumatlandırıldı

Tikinti sahəsində özbaşınalıq: yüzlərlə insanın həyatı təhlükədədir - Fotolar
20.01.2018, 21:27

Tikinti sahəsində özbaşınalıq: yüzlərlə insanın həyatı təhlükədədir - Fotolar

Türkiyə “Zeytun budağı” əməliyyatı ilə 108 hədəfi vurdu - Yenilənib
20.01.2018, 21:07

Türkiyə “Zeytun budağı” əməliyyatı ilə 108 hədəfi vurdu - Yenilənib

Ərdoğan 20 Yanvar şəhidlərini anıb
20.01.2018, 20:56

Ərdoğan 20 Yanvar şəhidlərini anıb

Qarabağda erməni hərbçısı yaralandı
20.01.2018, 20:34

Qarabağda erməni hərbçısı yaralandı

20 Yanvar 28 il sonra FOTOLARDA
20.01.2018, 20:19

20 Yanvar 28 il sonra FOTOLARDA

Çinin Rusiyadan aldığı  “S-400” geri qaytarılır
20.01.2018, 20:03

Çinin Rusiyadan aldığı  “S-400” geri qaytarılır

Rusiya və İran Türkiyəyə qarşı
20.01.2018, 19:51

Rusiya və İran Türkiyəyə qarşı

Salyan sakini bıçaqlanıb
20.01.2018, 16:50

Salyan sakini bıçaqlanıb

Qənirə Paşayeva İstanbuldan türk dünyasına çağırış etdi
20.01.2018, 16:37

Qənirə Paşayeva İstanbuldan türk dünyasına çağırış etdi

Ərdoğan: “Afrin əməliyyatı faktiki olaraq başlayıb”
20.01.2018, 16:28

Ərdoğan: “Afrin əməliyyatı faktiki olaraq başlayıb”

Yerevanda yeni etiraz aksiyası keçiriləcək
20.01.2018, 16:17

Yerevanda yeni etiraz aksiyası keçiriləcək

20 Yanvarı xatırlarkən...
20.01.2018, 16:05

20 Yanvarı xatırlarkən...

Azərbaycan Ordusunun şəhid əsgəri dəfn edilib
20.01.2018, 15:52

Azərbaycan Ordusunun şəhid əsgəri dəfn edilib

Facebook-da təhqir edən necə cəzalandırılmalıdır... – Deputatdan AÇIQLAMA  
20.01.2018, 15:38

Facebook-da təhqir edən necə cəzalandırılmalıdır... – Deputatdan AÇIQLAMA  

Hamilə ana öldü, körpəsi tabutda doğuldu
20.01.2018, 15:26

Hamilə ana öldü, körpəsi tabutda doğuldu

Türkiyə Ordusundan Afrindəki terrorçulara zərbə   
20.01.2018, 15:16

Türkiyə Ordusundan Afrindəki terrorçulara zərbə  

Azadlığa can vermişik...
20.01.2018, 15:07

Azadlığa can vermişik...

Azadlıq meydanının ilk şəhidi - Dubinka ilə döyülüb öldürülən Mikayıl Babayev   
20.01.2018, 15:00

Azadlıq meydanının ilk şəhidi - Dubinka ilə döyülüb öldürülən Mikayıl Babayev  

Sarkisyan Fransaya gedir   
20.01.2018, 14:45

Sarkisyan Fransaya gedir  

Dünən şəhid olan əsgərimizin ŞƏKİLLƏRİ   
20.01.2018, 14:33

Dünən şəhid olan əsgərimizin ŞƏKİLLƏRİ  

Göyçayda yol tikintisi zamanı torpaq uçqunu - fəhlə ölüb
20.01.2018, 14:12

Göyçayda yol tikintisi zamanı torpaq uçqunu - fəhlə ölüb

Bu gecə...   
20.01.2018, 14:04

Bu gecə...  

Yaqub Mahmudov: “Universitetin adı mənim təklifimlə dəyişdirildi”
20.01.2018, 14:02

Yaqub Mahmudov: “Universitetin adı mənim təklifimlə dəyişdirildi”

Aşıq Hüseyn Bozalqanlı ilə bağlı mübahisələr: “Hüseyn həm də qaçaqçılıq edib” - Tədqiqtaçı ilə MÜSAHİBƏ
20.01.2018, 13:50

Aşıq Hüseyn Bozalqanlı ilə bağlı mübahisələr: “Hüseyn həm də qaçaqçılıq edib” - Tədqiqtaçı ilə MÜSAHİBƏ

ARXİV
SORĞU
Hansı şirkətlər sosial layihələrə dəstək verir, xeyriyyəçilik edir?
BP Azərbaycan(35.7%)
SOCAR(17.8%)
Azersun Holding(10.7%)
Azercell(3.57%)
Bakcell(14.2%)
Nar mobile(0%)
Gilan Holdinq(3.57%)
Nurgun Group(0%)
Paşa Holding(3.57%)
Akkord(10.7%)