Modern.az

Yeni müharibə TƏHLÜKƏSİ – ABŞ və Rusiya bu ölkədə toqquşa bilər

Yeni müharibə TƏHLÜKƏSİ – ABŞ və Rusiya bu ölkədə toqquşa bilər

Dünya

13 Yanvar 2018, 12:49

ABŞ-la Rusiya bu dəfə görə bir-birinə qarşı başqa poliqonda yeni müharibəyə başlaya bilər. Budəfəki poliqon isə NATO və Rusiya üçün strateji rola malik Norveç ola bilər.

 

Modern.az-ın xarici hərbi nəşrlərə istinadən məlumatına görə, 2017-ci ilin yanvarında Amerika dəniz piyadaçıları Tronxeyma yaxınlığındakı Varnes bazasına gəliblər. Əsgərlər buradakı kontingentin əsas hissələridir və 300 nəfər civarındadır.

 

Pentaqon Norveçdə qış şəraitində müharibə riskini nəzərə alıb Amerika dəniz piyadaçılarının bu fəsildə döyüş qabiliyyətini yüksəltməyi qarşıya məqsəd qoyub. Və buna görə də onlara qışda təlimlər keçirilir, xüsusilə də Troms quberniyasının rayonlarında.

 

Pentaqonun Rusiyanın Norveçə hərbi təcavüzünün qarşını almaq üçün planı isə Avropa üçün də əhəmiyyətlidir.

 

Hərbi mənbələr bildirir ki, ABŞ 2018-ci ildə Rusiya təhdidinə qarşı 40 milyard Norveç kronu xərcləyəcək. Amerika dəniz piyada qoşunlarına isə 2648 cüt xizək veriləcək ki, bu da 100 milyon Norveç kronu dəyərindədir. Bu xizəklər xüsusi halda Norveçdə qış hərbi təlimlərində istifadə olunacaq.

 

Amerikanın hərbi hazırlığı Avropada silahlandırılmanın yarada biləcəyi eskalasiyaya yönəlmiş genişmiqyaslı planın bir hissəsidir.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!