Modern.az

“Amnistiya barədə dəqiq məlumat almışıq”  

“Amnistiya barədə dəqiq məlumat almışıq”   

13 Yanvar 2018, 13:16

Azərbaycan Prezidentinin 2018-ci ili “Cümhuriyyət ili” elan etməsi səbəbiylə yaxın aylarda amnistiya veriləcəyinə dair məlumatlar yayılıb.


Məsələ ilə bağlı hüquq müdafiəçisi Novella Cəfəroğlu Modern.az-a deyib ki, artıq amnistiya barədə məsələni ölkə rəhbərliyi diqqətə alıb və məsələyə baxılacaq:

“Cümhuriyyətin 100 illiyi ilə bağlı aminitsiya veriləcək. Bizə bu barədə dəqiq məlumatlar çatıb”.


Millət vəkili Tahir Kərimli də bildirib ki, bu il amnistiya gözləniləndir:

“Hesab edirəm ki, Novruz bayramında və ya ondan əvvəl amnistiya olacaq. Bu bizim arzumuzdur.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar amnistiyanın olacağına isə şübhə etmirəm.

Cənab prezidentin 2018-ci ili “Cümhuriyyət ili” elan etməsi ən çox milli azadlıq hərəkatında iştirak edən biri olaraq məni və mənim kimiləri daha çox sevindirib. Çünki biz o dövləti bərpa etmişik. Müasir Azərbaycan Respublikası AXC-nin varisidir. Bizim deputat kimi bunun altında imzamız var. Bu cür böyük ildə amnistiyanın olmağı gözləniləndir. Eyni zamanda, qanunauyğundur və arzu olunandır. Bu istiqamətdə  hər birimiz amnistiyanın olması üçün çalışacağıq. Bununla bağlı müvafiq müraciətlərimizi də edəcəyik”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir